Fəqir | Qulamhüseyn Səidi | Sözdələn

EPISODE · Aug 25, 2025 · 9 MIN

Fəqir | Qulamhüseyn Səidi | Sözdələn

from Sözdələn · host Sözdələn

1936-1985-ci illərdə yaşayıb-yaratmış Qulamhüseyn Səidi Güney Azərbaycanın Təbriz şəhərində, yoxsul bir ailədə anadan olmuşdur. Təbriz Universitetinin tibb fakültəsini bitirmiş, həkim-psixoloq ixtisasına yiyələnmişdir. 1964-cü ildən İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmış, işi ilə bağlı olaraq Güney Azərbaycanın müxtəlif bölgələrini gəzib dolaşmaq imkanı əldə etmişdir. Bu dövrdə onun redaktorluğu ilə "Əlifba" jurnalı dərc olunmuşdur. 1965-ci ildə siyasi baxışlarına görə həbs edilmiş, ağır işgəncələrə məruz qalmışdır. İran İslam inqilabının qələbəsindən sonra müxalif mövqe tutan yazıçı 1982-ci ildə ölkəni tərk edərək Fransaya mühacirət etmişdir. Burada "Otello qəribə məmləkətdə", "Nurlu qəlblər", "Doktor Əkbər" və "Renessans" adlı ssenarilərini yazmış, “Əlifba” jurnalının nəşrini davam etdirmişdir. Mühacirətdə ağır depressiya keçirən yazıçı 1985-ci il noyabr ayının 23-də, 49 yaşında Parisdə dünyasını dəyişmiş, Per Laşez qəbristanlığında dəfn edilmişdir.Qulamhüseyn Səidi yaradıcılığa hekayə ilə başlamış, sonralar povest və romanlar, dram əsərləri və ssenarilər yazmışdır. Xüsusilə, dramaturgiya sahəsində şöhrət qazanmış, əsərləri İranın müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur. Onun bədii əsərləri əsasında bir neçə film çəkilmişdir. Güney Azərbaycan ədəbiyyatında magik realizm üslubunda yazan nasir və dramaturq kimi tanınmaqdadır."Sözdələn"in budəfəki buraxılışında Qulamhüseyn Səidinin "Fəqir" adlı əsərini sənə danışıram.Əsərin mətni Vaqif Sultanlı və İrəc İsmayılın redaktoru olduğu "Güney Azərbaycan nəsri: Başlanğıcdan bu günə qədər (Antologiya)" kitabından əldə edilib. Kitab 2017-ci ildə "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilib.🔔 Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün layihənin "YouTube" kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş: https://youtube.com/@Sozdelen👍 💬 Buraxılışı bəyəndinsə, "Bəyən" düyməsinə basmağı, fikrini "Şərhlər" bölməsində bildirməyi unutma 😊💚 "Sözdələn"ə dəstək ol:Buzzsprout: https://sozdelen.buzzsprout.com/2447442/supporters/newKofe.al: https://kofe.al/@sozdelen🎧 "Sözdələn"i podkast platformalarında dinlə:Spotify: https://open.spotify.com/show/2QXl1iLL4AeE2SWFqN2FXo?si=2b69125512da47daApple Podcasts: https://podcasts.apple.com/us/podcast/sözdələn/id1794378741Digər podkast platforma linkləri: https://sozdelen.buzzsprout.com/2447442/follow📩 Əməkdaşlıq üçün: [email protected]🌐 "Sözdələn" sosial şəbəkələrdə:Facebook: https://facebook.com/profile.php?id=61567123967514Instagram: https://instagram.com/podcast.sozdelenTikTok: https://tiktok.com/@podcast.sozdelenVeb-sayt: https://sozdelen.buzzsprout.com⚖️ Səslənən musiqi və səs effektləri "POND5" platformasından alınmışdır və platformanın təyin etdiyi hüquqi lisenziya (https://pond5.com/legal/license) əsasında istifadə olunur.🏷️ Etiketlər: #Fəqir #QulamhüseynSəidi #SözdələnSupport the show

NOW PLAYING

Fəqir | Qulamhüseyn Səidi | Sözdələn

0:00 9:17

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

No similar podcasts found.

URL copied to clipboard!