PODCAST · society
HAQQ Talk
by İnara&Ayşə
İnara və Ayşə sizləri aktual sosial mövzulara bir də hüquq pəncərəsindən baxmağa dəvət edir.
-
31
Sizlərdən gələn suallar
İlk sezonun son buraxılışını sizin suallarınızı cavablandıraraq yekunlaşdırmaq istədik. Bizlərə mesaj və rəy bölmələrindən ünvanladığınız suallardan ən çox soruluşanları Ayşə və İnara sadə dillə sizlərə izah etməyə çalışdı. Demək olar ki, qanunvericiliyin bütün sahələrinə aid ən azı bir sualı cavblandırdığımız bu epizodun hər biriniz üçün faydalı olacağına əminlik veririk.Xoş dinləmələr!
-
30
İqlim dəyişikliyində rolumuz nə qədərdir?
COP29-a hazırlaşdığımız bu ərəfələrdə istədik ki, iqlim dəyişikliyinin həm hüquqi həm də sosial tərəflərinə birgə baxış keçirək. Vətəndaş məsuliyyətləri, dövlət strategiyaları və öhdəliklər üçün bir çox müqavilələr. Gəlin görək hər biri iqlim dəyişikliyi ilə mübarizədə nə qədər rol oynayır? Azərbaycanın rolu varmı? Hansı addımlar gələcəkdə iqlim dəyişikliyi ilə üzləşməmək üçün vacibdir? İnara və Ayşən bu dəfəki həmsöhbətləri siz olun:) Xoş dinləmələr! Abonə olmağı unutmayın!
-
29
Azərbaycanda feminist olmaq
Uzun müddətdir müşahidə edirik ki, feminizm haqqında misinformasiyalar sürətli şəkildə artmağa davam edir. Bəs, əslində feminizm nədir? Feminizim həqiqətən də səsləndirildiyi kimi kişilərə nifrət edir? Feministlər nə istəyir?Feminizm tarixinə qısa baxış keçirərək Azərbaycan və dünya təcrübəsində feminist fəaliyyətləri və tələbləri müzakirə etdik. Qonağımız Gülnarə Mehdiyeva Ayşə və İnaranın suallarını ətraflı cavablandıraraq sizlərə feminist baxış bucağını hər incə detalına qədər izah etməyə çalışdı.Bütün stereotiplərinizi qıracağınız faydalı bir epizod sizləri gözləyir.Xoş dinləmlər!
-
28
Nifrət cinayətləri necə başlayır?
Dünyada baş verən bir çox hadisələrin kökündə axtarsaq, bir nöqtədə nifrət nitqi tapmağımız təəssüf ki, qaçınılmazdır. Bəs, həqiqətən də mi hər birimiz nifrət nitqinin nə olduğunu bilirik? Əgər cavabınız "xeyr"-dirsə, onda bu epizod sizin üçündür. İnara və Ayşə bu dəfə siyasi fiqurların çıxışlarını təhlil edərək bunun necə nifrət cianyətlərinə yol açdığını, hüquqi aspektdən nifrət nitqinin qiymətləndirilməsini və məhkəmə praktikasında mövzuya baxış bucaqlarını müqayisə etdilər.Özündə bir çox neqativ stiuasiyaları əks etdirməsinə baxmayaraq, bu epizodu dinləyən hər kəsin fərqindəliyi ilə nifərt nitqi nümunələrinin azalacağına ümidimiz böyükdür. Şərhlərinizi gözləyirik!
-
27
Təhqir və böhtan nə zaman məsuliyyətə səbəb olur?
Sosial medyanın həyatımızda aktiv rol oynadığı bugünlərdə təhqir və böhtan hallarına demək olar ki, hər gün şahid oluruq. Bəs, bu qədər azad şəkildə təhqirlər səsləndirmək və vətəndaşları böhtanla üz-üzə qoymaq hüquqda necə qiymətləndirilir?Bu dəfə Ayşə və İnara sizlərə təhqir və böhtanın hüquqi qiymətləndirməsini sadə şəkildə izah etməyə çalışıblar. Azərbaycan və digər dünya ölkələri təcrübəsindən də maraqlı dəyərləndirmələrin yer aldığı bu epizodumuzu da bəyənəcəyinizi ümid edirik.Xoş dinləmələr!
-
26
Kiberzorakılıq əslində nədir?
"Stalking"in kiberzorakılıq olduğunu bilirdiniz? Texnologiyanın sürətli inkişafı təəssüf ki, bizi kiberzorakılıq və kiber cinayətlərdən sığortalamır. Bəs bu kimi hallarda qanunvericilik bizi necə qoruyur?İnaranın sualları və Ayşənin sadə izahı ilə bu epizodda sizlərə kiberzorakılığın hüquqi mənzərəsini təsvir etməyə çalışdıq. Stalking niyə kiberzorakılıq hesab olunur? Kiberzorakılığa daha çox kimlər məruz qalır? Azərbaycan məhkəmə təcrübəsində kiberzorakılığa yanaşma necədir? Kiberzorakılıqdan qorunmaq üçün hansı addımları atmalıyıq?Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik.Növbəti epizodlardan xəbərdar olmaq üçün abonə olmağı unutmayın.
-
25
Faktlar necə manipulyasiya olunur?
Sosial medianın həyatımızda aktiv rol oyandığı bu günlərdə yüzlərlə informasiyaya məruz qalırıq. Bəs, bu informasiyaların doğruluğunu necə dəqiləşdirə bilərik? Sualın cavabını müəyyənləşdirmək üçün İnara və Ayşə bu dəfə qonaqları tədqiqatçı Rövşən Məmmədli ilə birgə fakt yoxlamadan danışdılar.Fakt yoxlanışı nədir? İnformasiyanın doğruluğunu hansı mənbələrə istinad edərək müəyyənləşdirə bilərik? Faktlar necə manipulyasiya olunur? Fakt yoxlayan şəxslər qərəzli ola bilərmi?Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik.Növbəti epizodlardan xəbərdar olmaq üçün abonə olmağı unutmayın.
-
24
Uşaq evlilikləri nəyə səbəb olur?
Bu epizodda İnara və Ayşə qonaqları hüquqşünas Sevinc Quliyeva ilə birlikdə aktuallığını itirməyən erkən nikah hadisələrinə hüquqi və sosial baxış gətirməyə çalışdılar.Erkən nikah necə baş və verir və davamlılığına təkan verən amillər nələrdir? Erkən nikahla mübarizədə hüquqşünas mövqeyi necə olmalıdır? Problemlə mübarizədə hansı uğurlu təcrübələr mövcuddur?Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik.Bəyənməyi və abonə olmağı unutmayın!
-
23
İnsan yönümlü şəhər necə olmalıdır?
İnara və Ayşə bu dəfə qonaqları memar Dilqəm İsmayılovla birgə insan yönümlü şəhər anlayışını və Bakının aktual vəziyyətinin uyğunluğunu müzakirə etdilər. İnsan yönümlü şəhər necə olmalıdır? Bakı insan yönümlü, yoxsa avtomobil yönümlü şəhərdir? Bakı insan yönümlü şəhər hesab olunması üçün hansı standartlara cavab verməlidir? Ağıllı şəhər əslində nədir və biz onu necə başa düşürük? Dünya təcrübəsi insan yönümlü şəhərlər haqqında nə deyir? Bütün suallarınıza cavab tapacağınız bir epizod olacağını ümid edirik. Abonə olmağı unutmayın!
-
22
Azərbaycana qarşı, Azərbaycan naminə!
Yəqin ki, uğursuz məhkəmə təcrübəsindən sonra vətəndaşların "Avropa Məhkəməsində görüşərik!" ifadəsini tez-tez eşitmisiniz. Elə bu səbəblə Azərbaycandan olan müraciətlərin prakitk həllinə birlikdə baxmaq və hansı hallarda müraciət etmək lazımdır kimi məsələləri aydınlaşdırmaq üçün qonağımız vəkil Sevinc Əliyeva ilə birlikdə sizlərə maraqlı kontent hazırlamışıq. Gəlin birlikdə ölkəmizdən Avropa Məhkəməsinə olan müraciətləri və prosesə onların yanaşmasını dəyərləndirək. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, abonə olmağı, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙
-
21
Hüquqda məhbus ömrü
Daha çox sadə vətəndaşların xəbər saytlarında həbs olunan şəxslərlə bağlı qarşılaşdıqları yalnış informasiyalara İnara və Ayşə qonaqları vəkil Fariz Namazlı ilə aydınlıq gətiriblər. Bu epizodda sizləri real praktiki təcrübələrlə yanaşı, mümkün ola biləcək təqsirləndirilmə hallarında hüquqi özünümüdafiə addımları haqqında bolca məlumat gözləyir.Həbs olunmuş şəxslərin və məhkumların hansı hüquqları var? Təqsirləndirilən şəxs susma hüququndan istifadə edə bilərmi? Məhkumların ailələri ilə görüşləri necə tənzimlənir? Tutulmuş şəxslərin yazışmalarının yoxlanılması qanunidir? Avropada Məhkəməsi məhkum hüquqlarını hansı aspektdən dəyərləndirir? Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙Əməkdaşlıq üçün: [email protected]
-
20
Gender əsaslı zorakılıq
İnara və Ayşə bu dəfə digər zorakılıq növləri ilə çox zaman qarışdırılan gender əsaslı zorakılıqdan və bunun müəyyənləşdirilmə meyarlarından danışacaqlar.Gender əsaslı zorakılığı digər zorakılıq növlərindən əsas fərqləndirən məqam nədir? Bu zorakılıq növü necə təzahür olunur? Kişilər gender əsaslı zorakılığa necə məruz qalır? Qanunvericilik bizi bu kimi zorakılıq hallarından necə qoruyur? Digər gender kimlikləri gender əsaslı zorakılığa hansı formalarda məruz qalırlar? Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙Əməkdaşlıq üçün: [email protected]
-
19
Alınan mallar geri qaytarılır?
İnara və Ayşə bu dəfə alqı-satqı məsələlərində vətəndaşların tez-tez rastlaşdığı problemlərə aydınlıq gətiriblər. Bu epizod demək olar ki, bütün vətəndaşların gündəlik həyatda işlərinə lazım olacaq sadə məlumatlarla doludur. Gəlin görək bütün alınan malları geri qaytara bilərikmi? Hüququmuz qaytarmaq, yoxsa, dəyişdirməkdir? Qanun istehlakçıya hansı güzəştləri edir? Beh ödənilən zaman istehlakçı sui-istifadə olunarsa, bu zaman hansı hüquqlarından istifadə edə bilər? Alıcı və satıcı arasında şifahi müqavilə bağlanarsa, tərəflərin maraqları və hüquqları qanun çərçivəsində necə qorunur? Bütün suallarınıza cavab tapacağınıza inanırıq. Yeni buraxılışımız haqqında şərhlərinizi bölüşməyi, bəyəndiyiniz təqdirdə "👍🏻" qeyd etməyi və dostlarınızla bölüşməyi unutmayın💙Əməkdaşlıq üçün: [email protected]
-
18
Mənəvi zərər nədir?
İnara və Ayşə bu dəfə mənəvi zərər mövzusuna hüquqi baxış gətirəcəklər. Bu epizodda Azərbaycan məhkəmə təcrübəsində mənəvi zərərlə bağlı müraciətlərə ümumi yanaşmanı və mövcud qanunvericiliyi prakitiki nümunələrlə sizlər üçün asanlaşdırıblar. Mənəvi zərər nədir? Zərər anlayışı necə dəyərləndirilir? Məhkəmədə mənəvi zərər təcrübəsi necə qiymətləndirilir? Mənəvi zərərlə bağlı cərimə ödənişi nə qədər olmalıdır? Bu və bu kimi bütün suallarınıza cavab tapacağınız bir epizod olacaq.Suallarınız olduğu təqdirdə şərh bölməsində bizlərlə bölüşməyi unutmayın.
-
17
Hüquq təhsilinin problemləri
İnara və Ayşənin qonağı bu dəfə hüquq elmləri doktoru Sübhan Əliyev oldu. Azərbaycanda hüquq təhsilini ətraflı müzakirə etdiyimiz bu epizodda, xüsusilə, gənclərin sürətli beyin köçünün ixtisaslaşmalarına təsirindən söz açıblar.Universitetlərdə müəllimlər hansı problemlərlə üzləşirlər? Hazırda ölkədə hüquq təhsili nə yerdədir? İnkişaf üçün nələrə ehtiyac var? Hüquq tələbələri nə üçün xarici ölkələrə üz tuturlar?Bütün hüquq tələbələrini və hüquqa hazırlaşan gəncləri yeni epizodumuzu dinləməyə dəvət edirik.Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi baxış gətirə bilək.
-
16
Haqsız rəqabət
Kiçik marketlər niyə bağlanır? Yəqin ki, bu sual haqqında ən azı 1 dəfə düşünmüsünüz. Bu minvalla haqsız rəqabətdən danışmağa qərar verdik.Haqsız rəqabət nədir? Bazarda güc kimdədir? Yeni qəbul olunmuş "Rəqabət məcəlləsi" kiçik sahibkarları qoruya biləcəkmi? Bu və bu kimi bir çox sualları qonağımız, hüquqşünas Rəşad Cahangirov sizlər üçün cavablandıracaq.Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün ən maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi baxış gətirə bilək.
-
15
Həkim səhvi
"Hippokrat andı" qalsın bir kənara, bu dəfə İnara və Ayşə vəkil Anar Məmişovla həkim fəaliyətinin hüquqi tərəflərini aydınlaşdıracaqlar.Uğursuz estetik əməliyyatlar və insan həyatını təhülkəyə atan qalıcı fəsadlar.... Bu hallarda həkimləri hansı məsuliyyətlər gözləyir? Estetik əməliyyata daxil olduqda imzaladığımız müqaviləyə niyə baxmalıyıq? Həkim səhvlərini kim müəyyən edir? Bu kimi suallarınıza cavab tapacağınız maraqlı bir epizod hazılramışıq. Bəyənəcəyinizi ümid edir, rəy və təkliflərinizi gözləyirik!
-
14
Vergi faizlərinin artması kimlər üçündür?
Nahid bəy deyir ki: "Bu dünyada iki şeyə çarə yoxdur: vergi və ölüm."İnara və Ayşənin budəfəki qonağı vergi məsələləri üzrə təcrübəli vəkil Nahid Tağıyev oldu. Vergi məcəlləsində mövcud dəyişikliklər kimlərə aiddir? Sadə vətəndaşlar yoxsa, sahibkarlar narahat olmalıdır? Vergidən yayınanlar kimlərdir? Influenser və blogerlər vergi ödəyirlərmi?Qısacası sizlər üçün vergi məcəlləsini sadələşdirik.Bəyənəcəyinizi ümid edir, rəy və təkliflərinizi gözləyirik!
-
13
Biraz BİZdən, biraz HAQQ'dan!
Geridə qoyduğumuz ildə fərqli platformalar üzərindən sizlərdən gələn maraqlı sualları cavablandırmağı özümüzə borc bildik. Bu epizodda moderatorumuz Familə sizləri maraqlandıran sualların cavabını canlı-canlı İnara və Ayşədən almağa çalışdı. Ümid edirik bu epziodda "faydalılıq" məqsədimizi qoruyaraq sizlər üçün həm də maraqlı yol yoldaşı olacağıq.Yeni il üçün canlı yayımlar və maraqlı epizodlarla qarşınızda olmağa davam edəcəyik. Hər zaman HAQQ yolunda olaq.Yeni iliniz mübarək!
-
12
Cinsi qısnama hüquq müstəvisində
Bu epizodda sizlərə "cinsi qısnama" anlayışını hüquqi müstəvidə izah etməyə çalışdıq. Bir çox hallarda baş verdiyinin fərqində belə olmadığımız cinsi qısnama halları necə təfsir olunur? Qanunvericilik bizi bu hallarda qoruyurmu? Cinsi qısnama hallarında vətəndaşlar hansı addımları ata bilərlər? Bütün bu kimi suallarınıza cavab tapacağınız bir bölüm olacağına inanırıq.Bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın!Xoş dinləmələr.
-
11
Azərbaycanda və xaricdə: "Absurd" qanunlar
Hər şeydə olduğu kimi qanunda da absurdluq ola bilir. Bu dəfə İnara və Ayşə qonaqları vəkil İsrafil Əlili ilə birgə ölkədə və xaricdə müşahidə olunan absurd qanunların geniş təhlili və müzakirəsinə yer veriblər. Gəlin görək ki, absurd qanun deyəndə onlar nəyi nəzərdə tutur? Hansı istiqamətdə tənzimlənən qanunlarda absurd hallar daha çox müşahidə olunur? Müxtəlif məhkəmə təcrübələri nəyi göstərir?Xoş dinləmələr!Bəyənməyi və paylaşmağı unutmayın.
-
10
Danışığımıza fikir verməliyikmi?
Bu epizodda ifadə azadlığını geniş şəkildə təhlil edərək bu başlıq altında "Hamı hər şeyi danışa bilər?" sualına İnara və Ayşə aydınlıq gətirir. Sosial mediada və real həyatda istifadə etdiyimiz və ya etmək istədiyimiz bütün ifadələr həqiqətən də ifadə azadlığıdır? Danışığımıza fikir verməsək nə olar?Dinləyin, bəyənin, paylaşın və növbəti epizodlar üçün rəylərinizi bölüşməyi unutmayın.Xoş dinləmələr!
-
9
Taksi sürücüləri necə istismara məruz qalırlar?
Qonağımız Fərid Mehralızadə ilə birlikdə ən çox diqqətdən kənar qalan taksi sürücülərinin hüquqlarından danışmışıq. Əslində normal qəbul olunan hallar taksi sürücülərinin əməyinin istismarı ola bilərmi? Hökümətin taksi fəaliyyətini tənzimləməsinə ehtiyac varmı? Qlobal taksi şirkətləri ölkədə niyə bu qədər sərbəst fəaliyyət göstərirlər? Bu və bu kimi bütün suallarınızı yeni epizodumuzda sizlər üçün aydınlaşdırmağa çalışmışıq. Dinləyin, paylaşın və bəyənin ki, hüquqlarını bilməyən heç kim qalmasın.
-
8
Xidmət yoxsa əmək müqaviləsi?
Müşahidə edirik ki, işçi hüquqları son zamanlarda ən aktual mövzulardan biridir, xüsusilə də müqavilələr. İnara və Ayşə bu dəfə sizlər üçün xidmət və əmək müqavilələrinin fərqlərini, həmişə olduğu kimi təməl işçi hüquqlarını və sadəcə dinləyicilərimizin biləcəyi gizli sirlər bölüşüb.Dinləyin, bəyənin və paylaşın ki, hüquqlarını bilməyən vətəndaşlarımızın sayı azalsın.Xoş dinləmələr!
-
7
Azərbaycan niyə selektiv abortlara liderlik edir?
Bəli. Başlıqdan da məlum olduğu kimi bugün cinsinə görə hamiləliyin sonlandırılmasından, yəni selektiv abortlardan danışırıq. Qonağımız ginekoloq Dr. Elnarə Məmmədova ilə birlikdə mövzunu real nümunələr üzərindən həm tibbi, həm də hüquqi aspektdən geniş-geniş müzakirə etmişik. Bu epizodla böyük fərqindəlik yaratmağı hədəfləyirik. Bunun üçün podkastı dinlədikdən sonra dostlarınızla da paylaşmağı unutmayın.Xoş dinləmələr!
-
6
Özünü öldürmə həddinə çatdırma
Qonağımız Əli Qəmbərovla birlikdə artan intihar hallarına hüquqi baxış gətirməyə çalışdıq. Fərdlər niyə intihara əl atırlar? Burada digər şəxslərin rolu varmı? Olduğu təqdirdə cəza təbirləri nələrdir? Medyanın intihar hadisələrini işıqlandırması nə dərəcədə doğrudur?Gəlin diskussiyamıza qoşulun və suallarımızın cavabını birlikdə alaq.Xoş dinləmələr!
-
5
Uşaq valideynə, yoxsa dövlətə məxsusdur?
Bugün danışırıq valideyn hüquqlarından. Valideynlərin uşaqları üzərində hansı səlahiyyətləri var? Uşaqları yetişdirmək onların öhdəliyidir, yoxsa seçimi? Xarici təcrübədə valideyn və övlad münasibətləri necə tənzimlənir? Qısacası, çalışmışıq ki, bütün suallarınızın cavabını bir epizoda sığışdıraq. Dinləyin və bal verməyi unutmayın. Xoş dinləmələr!
-
4
Mühafizə orderi qoruyurmu?
Bu epizodumuzda məişət zorakılığına məruz qalmış hər bir şəxsin təməl hüququ olan mühafizə orderindən danışmışıq. Gəlin birlikdə mühafizə orderinin təcrübədə bizi həqiqətən də qoruyub-qorumadığını müəyyənləşdirək. Xoş dinləmələr!
-
3
Borc və dələduzluq
Bu dəfə qonağımız Vəkillər Kollegiyasının üzvü Babək Həmidovla birgə son dönəmlərdə aktuallığını davam etdirən dələduzluq hallarını real hadisələr üzərindən müzakirə etmişik. Borc almaq və vermək hazırki dövr üçün nə qədər təhlükəlidir? Dinlədikdən sonra şərhlərinizi gözləyirik.
-
2
Polisin hansı səlahiyyətləri var?
Hüquqşünas Səməd Rəhimli ilə bu həftə polislərin səlahiyyətlərindən danışırıq. Müzakirəmizdə polisin müqavimətindən, hansı hallarda odlu silahdan istifadə edə biləcəyindən, etirazlara qanuni cavablardan: qısacası -mali, məli (lər)-dən danışırıq. Fasilə verdiyiniz hər anlarda sizləri həmsöhbətimiz olmağa dəvət edirik.
-
1
Kuryerlər nə istəyirlər?
HAQQ Talk podkastın ilk buraxılışının qonağı iqtisadçı Fərid Mehralızadədir. İnara və Ayşə qonaqları ilə birgə son dönəmlər aktual mövzu olan kuryerlərin hüquqlarından danışırlar. Gəlin görək qanunvericilik kuryer hüquqları haqqında nə deyir?
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
Loading similar podcasts...