PODCAST · society
İçimdən gəldiyi kimi
by Bahar Mirzezade
Hər şey sürətlə gedərkən arada bir dayanmaq lazımdır. Bu podcast daxili səs, sakitlik, düşünmək və həyatın içində öz yerini tapmaq haqqındadır. Kiçik xoşbəxtliklər, hisslər və insan olmağın sadə halları:)
-
14
Azadlığın Paradoksu: İnsan həqiqətən azaddırmı?
Azad olduğumuzu düşünürük. Amma qərarlarımız doğrudan da özümüzə məxsusdurmu? Bu epizodda insanın azadlığı və seçimlərimizin arxasındakı təsirləri haqqında danışdım:)
-
13
Sosial şəbəkələrin insan psixologiyasına təsiri
Bu epizodda sosial şəbəkələrin insan psixologiyasına necə təsir etdiyini danışdım. Sosial mediada gördüyümüz həyatların bizdə yaratdığı müqayisə hissi, özümüzü yetərsiz hiss etməyimiz və bunun düşüncələrimizə təsiri haqqında fikirlərimi bölüşdüm.
-
12
Səssizlik və tək qalma qorxusu
Bəzən insan başqalarından yox, öz fikirlərindən qaçır. Tək qalanda beynimizdə çoxlu suallar yaranır və bu suallar bəzən bizi narahat edir. Bu epizodda tək qalma qorxusu, səssizliyin psixologiyası haqqında danışıram
-
11
Niyə bəzi xatirələr bizi buraxmır?
Hər birimiz həyatımızda bəzi xatirələrin bizi buraxmadığını hiss edirik. Bu bölümdə uşaqlıq xatirələrindən, keçmiş dostlardan və həyatımıza təsir edən insanlardan danışırıq. Gəlin birlikdə baxaq ki, niyə bəzi anlar heç vaxt yaddaşımızdan çıxmır və onlar bizi necə formalaşdırır
-
10
Özəl günlər yoxdur ,özəl anlar var
Bu epizodda özəl günlərdən yox, həyatımızı həqiqətən dəyərli edən özəl anlardan danışıram. Bəlkə də sevgi və diqqət üçün xüsusi bir tarix gözləməyə ehtiyac yoxdur:)
-
9
Niyə sərhəd qoya bilmirik?
Hamını razı salmağa çalışdığın günlər bitməlidir. Çünki sən hamının rahatlığı üçün yaradılmamısan:)
-
8
20-lərdə kimlik axtarışı
20-lər qırıldığımız, öyrəndiyimiz və yenidən qurulduğumuz illərdir. Bu podkast sənin içindəki gücü xatırlatmaqdı:) Küləyin səsi bəzən çox gələ bilər ama düşündüm orda hiss etdiyim kimi yenidən danışa bilməyəcəm ona görə olduğu kimi paylaşıram:)
-
7
Niyə səhv etməkdən qorxuruq?
Bəlkə də mən səhvdən yox, ‘bacarmadın’ deyən səslərdən qorxuram:)
-
6
Bəlkə xoşbəxtlik çatmaq deyil, dayanıb baxmaqdır?
Günün içində itirdiyimiz o balaca anları görməyi öyrənsək, həyat bir az daha yüngülləşər:))
-
5
Başlamaq üçün gözlədiyimiz şey əslində nədir?
Bir il sonra kaşki başlasaydım demək yoxsa yaxşiki başlamışam demək?Seçim sənindir:)
-
4
İnsan münasibətləri və duyğusal məsafə
Bizi ən çox anlayanlar deyil, ən zərif dinləyənlər sağaldır:)
-
3
Həyatda balans tapmaq
Gündəlik gərginlik, iş, sosial həyat və iç dünyan arasında tarazlıq axtarışı.Hər şeyə çatmağa çalışdıqca insan özündən uzaqlaşa bilir. Bəlkə də balans, bir az dayanıb özünü yenidən eşitməkdir:)
-
2
Daxili səs və özünü tanımaq
Bu podcastda daxili səsimizi eşitməyin nə demək olduğunu danışırıq. Səs-küyün içində itirdiyimiz o səssiz, amma doğru yolu göstərən səsi. Bəzən ən doğru cavablar başqalarında yox, öz içimizdə olur:)
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
Loading similar podcasts...