PODCAST · science
Kintsugi Psixologiya
by Bəyim Dövlətova
Qırılmamaq deyil, onları zamanla və səbirlə sağlam şəkildə birləşdirə bilməkdir bizi mükəmməl edən. Günlük həyatınızda ən az bir dəfə də olsun bəhsi keçən ”psixoloji mövzular”ı istədiyiniz zaman və istədiyiniz yerdə dinləyə biləcəksiniz. O qırıqları birləşdirmək isə hər zaman öz əlinizdə olacaq.
-
7
Valideynlərin Peşəkar Dəstəyə Ehtiyacı Ola Bilər
Tam versiya üçün "Uşaq Böyütmək Qorxusu" adlı seriyaya keçid edə bilərsiniz.
-
6
Sosial Şəbəkələrdə Görünən "Mükəmməl" Valideynlik
Tam versiya üçün "Uşaq Böyütmək Qorxusu" adlı seriyaya keçid edə bilərsiniz.
-
5
"Yetəri Qədər Yaxşı Valideyn" Necə Olur?
Tam versiya üçün "Uşaq Böyütmək Qorxusu" adlı seriyaya keçid edə bilərsiniz.
-
4
Qorxu və Təşviş. Fərq Nədir?
Tam versiya üçün "Uşaq Böyütmək Qorxusu" adlı seriyaya keçid edə bilərsiniz.
-
3
"Uşaq nə vaxtdı?" Kimi Suallara Məruz Qalan Valideynlər
Tam versiya üçün "Uşaq Böyütmək Qorxusu" adlı seriyaya keçid edə bilərsiniz.
-
2
010. Uşaq Böyütmək Qorxusu | Bir Valideyn, Bir Övlad
Övlad sahibi olmaq istəyi bir çox insan üçün həyatın ən dərin və məsuliyyətli qərarlarından biridir. Bu qərarla birlikdə isə çox vaxt müxtəlif düşüncələr və təşvişlər də ortaya çıxır. Bəzi insanlar “yaxşı valideyn ola biləcəyəmmi?”, “övladımın ehtiyaclarını doğru şəkildə qarşılaya biləcəyəmmi?” kimi suallar üzərində düşünür, bəziləri isə uşağın gələcəyi, məsuliyyətin ağırlığı və həyatın dəyişməsi ilə bağlı narahatlıqlar yaşayır. Bu cür düşüncələr və təşvişlər əslində bir çox valideynin və ya valideyn olmağa hazırlaşan insanın yaşadığı təbii bir təcrübədir və çox zaman insanın öz həyat hekayəsi, keçmiş münasibətləri və uşaqlıq təcrübələri ilə də bağlı olur. Unutmayaq ki, valideynlik təkcə uşaq böyütmək deyil — bu, yol boyu öz uşaqlığımızla təkrar-təkrar qarşılaşmaqdır. Dinləyərkən özünüzü zaman-zaman həm bir valideyn, həm də keçmişə qayıdan bir övlad kimi dəyərləndirə bilərsiniz. Bu seriyanın davam edən bölümləri sizi öz ehtiyaclarınızla övladınızın ehtiyaclarını ayırd etməyə, ailə daxilində rolların və sərhədlərin necə formalaşdığını düşünməyə, həmçinin ailə daxilində alt sistemlərin necə işlədiyini və münasibətlərin hansı təməllər üzərində qurulduğunu birlikdə araşdırmağa dəvət edir. 🌿
-
1
009. Giriş | Bir Valideyn, Bir Övlad
Valideynlik təkcə uşaq böyütmək deyil — bu, yolda öz uşaqlığınızla təkrar-təkrar qarşılaşmaqdır. Dinləyərkən özünüzü zaman-zaman həm bir valideyn, həm də keçmişə qayıdan bir övlad kimi dəyərləndirəcəksiz. Davam edən bölümlər isə sizi özünüzün və övladınızın ehtiyaclarını ayırd etməyə, ailə daxilindəki rolları və sərhədləri müəyyənləşdirməyə, alt sistemlərin necə işlədiyi və münasibətlərin hansı təməllər üzərində qurulduğu barədə düşünməyə dəvət edəcək. 🌿
-
0
008. Psixoloqa Getmək Zəiflik Deyil | Psixoterapiya Qeydləri
Bu cümləni bəlkə də çox eşitmisiniz… Amma onu sadəcə eşitmək yox, həqiqətən hiss edib qəbul etmək — bir qədər zaman və daxili hazırlıq tələb edir. Psixoloji dəstək almaq — insanın özünü anlamağa, daxili resurslarını yenidən kəşf etməyə və həyat keyfiyyətini artırmağa yönəlik atdığı mühüm bir addımdır. Zəiflik deyil, əksinə, şüurlu fərdi inkişafın göstəricisidir. Dəyişiklik bəzən kiçik bir addımla başlayır. O addımı atmaq isə sizin seçim və iradənizlə mümkündür. 📲 Konsultasiya üçün əlaqə: +994 70 858 55 50 (WhatsApp)
-
-1
007. Yetərsiz Valideynlər | Toksik Valideynlik
Bildiyiniz kimi indiki davranışlarımızı anlamaq üçün ilk öncə içimizdəki uşağı anlamalıyıq. Yetərsiz valideynlə böyüyən o uşağı gəlin "Toksik Valideynlik" seriyası ilə anlamağa çalışaq. Kitab üçün linkə daxil olun: https://bitly.cx/xis8f
-
-2
006. Psixoloji Sağlamlıq Nədir?
Hər birimiz bəzi yaşantılarda fərqli davranışlar, düşüncələr və emosiyalarla psixoloji sağlamlığımızı qorumağa çalışırıq. Bəs istifadə etdiyimiz strategiyalar psixoloji sağlam olduğumuzu göstərirmi? Biraz üzərinə düşünək... Kitab və film üçün linkə daxil olun: https://bitly.cx/gwZn9
-
-3
005. Giriş | Toksik Valideynlik
Əksər hallarda indiki və uşaqlıq yaşantılarımız arasında bir bağlantı olur. Yəni indiki davranışlarımızı anlamaq üçün ilk öncə içimizdəki uşağı anlamalıyıq. Gəlin o uşağı "Toksik Valideynlik" seriyası ilə kəşf edək. Kitab üçün linkə daxil olun: https://bitly.cx/xis8f
-
-4
004. Aldatmaq və Aldadılmaq | Romantik Münasibətlər
Münasibətlərdə dərin izlər buraxa bilən, bəzən sonlanması, bəzən isə yenidən bərpası ilə nəticələnə bilən xəyanətdən bəhs etdim. Xəyanətə səbəb olan faktorlardan danışmaq qətiyyən onu doğrulamaq və onu normallaşdırmaq məqsədi daşımır.
-
-5
003. Uşaqlarda Sosial - Emosional İnkişaf
Uşaqlıq dövründə meydana gələn izlər bəzən yetişkinlikdə də davam edir. Bu epizodda valideynin uşağa qarşı münasibəti və davranışları, uşağın temperamenti, valideynlik stilləri kimi müxtəlif altbaşlıqları ələ alaraq, erkən uşaqlıq dövründəki sosial-emosional inkişafdan bəhs etdim. İstinad üçün linkə daxil olun: https://bitly.cx/O7iab
-
-6
002. Flirt Şiddəti | Romantik Münasibətlər
Bəlkə də hamımızın zaman zaman eşitdiyi, bildiyi vəya yaşadığı, amma adlandıra bilmədiyi bu şiddət növündən, yaranma səbəblərindən və ortaya çıxardığı nəticələrdən bəhs etdim. İstinad üçün linkə daxil olun: https://bitly.cx/mYjs
-
-7
001. Özünü Tapmaq
Başından sonuna qədər özüm haqqında danışdığım ilk və bəlkə də tək epizodda psixologiyaya hansı yollardan keçərək gəldiyimdən qısaca bəhs etdim. Növbəti planlar isə fərqlidir.
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
Qırılmamaq deyil, onları zamanla və səbirlə sağlam şəkildə birləşdirə bilməkdir bizi mükəmməl edən. Günlük həyatınızda ən az bir dəfə də olsun bəhsi keçən ”psixoloji mövzular”ı istədiyiniz zaman və istədiyiniz yerdə dinləyə biləcəksiniz. O qırıqları birləşdirmək isə hər zaman öz əlinizdə olacaq.
HOSTED BY
Bəyim Dövlətova
CATEGORIES
Loading similar podcasts...