Sağlam ol Sevda ilə

PODCAST · health

Sağlam ol Sevda ilə

Sağlamlıqla bağlı nələr bilirsiniz?Sağlamlıqda doğru bildiyimiz yanlışlar nələrdir?Peşəkar həkim və mütəxəssislərin məsləhətlərini, xəbərdarlıqlarını öyrənmək üçün "Sağlam ol Sevda ilə"ni mütləq dinləyin!

  1. 207

    Şirələr nə zaman faydalıdır?

    Meyvə və tərəvəzlərdən hazırlanmış təzə şirələr insan orqanizmi tərəfindən daha asan mənimsənilən və biokimyəvi proseslərdə iştirak edən çoxlu sayda vitamin və mineral ehtiva edir. Təzə sıxılmış şirələr mağazada satılan hazır şirələrdən fərqli olaraq, maddələr mübadiləsini sürətləndirir, enerji verir, ürək-damar sistemini gücləndirir.Bəs hansı meyvə və tərəvəzlərin şirəsi müalicəvi ola bilər? Bu barədə fitoterapevt Dr. Elnur Eldaroğlu ilə danışdıq.

  2. 206

    İstirahət və səyahət zamanı sağlam qal!

    Həkim oftalmoloq Ergün Rəşidəlizadə ilə məzuniyyətdən əvvəl, səyahət və istirahət zamanı yarana biləcək sağlamlıq problemlərindən, yayda gözlərimiz üçün potensial təhlükələrdən və onların qarşısını almağın yollarından, günəş eynəklərinin keyfiyyətindən danışdıq.

  3. 205

    Uşaqla necə davranmalı?

    Adekvat qidalanma və yaxşı tibbi yardım alan, lakin böyüklərlə tam ünsiyyətdən məhrum olan körpə nəinki zehni, həm də fiziki cəhətdən zəif inkişaf edir: boy atmır, arıqlayır, həyata marağı azalır. “Problemli”, “çətin”, “itaətsiz” və “qeyri-mümkün” uşaqlar, eləcə də “kompleksli” və ya “məzlum” uşaqlar çox vaxt ailədəki düzgün olmayan münasibətlərin nəticəsidir. Uşaq psixiatrı doktor Vəfa Şirinova ilə sağlam münasibətlər qurmaq, həm də uşaqlarla münaqişələri azaltmaq üçün valideynlərə uşaq psixologiyası və inkişafı üzrə faydalı ola biləcək məşhur kitablar barədə danışdıq.

  4. 204

    Ölçməyə və ya içməyə ehtiyac yoxdur: D vitamini üçün yeni tövsiyələr

    Endokrin Cəmiyyətinin yeni təlimatları xüsusi risk qrupları üçün gündəlik tövsiyə olunan qəbuldan kənar D vitamini əlavələrinin məhdudlaşdırılmasını tələb edir. “Kim, nə zaman və nə qədər D vitamini qəbul etməlidir?” Bu mövzuda iyunun əvvəli Boston, Massaçusetsdə keçirilən Amerika Endokrin Konfransında (#ENDO2024) iştirak etmiş həkim endokrinoloq Fərhad Burzu ilə danışdıq. D vitamini diabetin inkişafını yavaşladır? Ultraemal olunmuş qidalar nədir?

  5. 203

    Qarın niyə piylənir?

    Həkim kardioloq, idman endokrinoloqu Zaur İslamovla orqanizmin hormonal sistemindən, hormonların çəkiyə və ümumən sağlamlığa təsirlərindən, fiziki yüklənmədən sonra orqanizmə bərpa üçün tələb olunan istirahətdən, qarın yağlanması və piylənmədən qurtulmağın doğru yollarından danışdıq. İdman endokrinoloqu kimdir? Fiziki yüklənmə endokrin sistemə necə təsir edir? Stres hormonu qarın piylənməsinə səbəb olur?

  6. 202

    Kartof qızartması siqaret qədər zərərlidir?

    Qərb mətbuatı britaniyalı həkimlərə istinadən dərin qızardıcıda hazırlanmış “french fry” qızardılmış kartof dənəsinin 1 ədəd çəkilmiş siqaret qədər zərərli olduğunu yazır. Bu bənzətmə doğrudurmu? Qızartma üsulunun sağlam alternativləri nədir? Plastik qablardakı su nə zaman təhlükəli ola bilər? Bu mövzuları araşdırmaq üçün diyetoloq, nutrisioloq Lalə Mahmudova ilə söhbət etdik.  Kartof qızartma üçün uyğun qida deyil? Suyun tərkibindəki plastik zərrəcikləri orqanizmdən çıxarmaq olarmı? “Əti qızartmayın!” xəbərdarlığı nə qədər doğrudur?

  7. 201

    Günəş və dəniz problemli dəriyə necə təsir edir?

    Dəri xəstəlikləri zamanı günəş vannası qəbul etmək olar? Yayda üzdə ləkələrin yaranmasının səbəbləri nədir? Dərini uzun müddət günəş şüalarının təsirinə məruz qoymaq immuniteti azaldır?Bu və digər sualları həkim dermatoloq Bilqeyis Mustafayeva cavablandırdı.

  8. 200

    Qohum nikahlara genetik baxış

    Alimlər artıq uzun müddətdir ki, qan qohumları arasında nikahın müxtəlif genetik xəstəliklərin üzə çıxmasına səbəb olduğunu deyirlər, ciddi dəlillər gətirirlər. Genetik - mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Könül Həziyeva ilə qohum evliliklərdə ən çox rast gəlinən irsi xəstəliklərdən, genetik xəstəliklərin diaqnostikasından və maarifləndirmənin vacibliyindən danışdıq.Qohum evliliklər barədə həyəcan təbili“Sağlam genofond naminə” layihəsiİrsi xəstəliklərin müalicəsində yeniliklər

  9. 199

    Kosmetologiyada bioloji qida əlavələrinin istifadəsi təhlükəsizdir?

    2000-ci illərin əvvəllərində Britaniyanın “British Journal of Nutrition” elmi jurnalı dərini qidalandırmaq və onun xüsusiyyətlərini yaxşılaşdırmaq üçün gündəlik rasiona daxil edilməli olan vitamin və qida maddələrinin siyahısını dərc edib. Bu gün, 24 il sonra, dünya əhalisinin demək olar ki, üçdə biri gözəlliyini qorumaq üçün artıq qida əlavələrindən istifadə edir.Kosmetologiyada təklif olunan bioloji qida əlavələri barədə nəyi bilməliyik?Onları seçərkən nəzərə alınmalı olan vacib parametrlər hansılardır? Bu haqda həkim kosmetoloq Sevda Bayramova ilə söhbət etdik.Sosial mediada geniş təbliğat və reklamın gücü;Bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) nədir və hansı formada olur?Təhlükəsizlik və keyfiyyət nəzarəti;Daxilə qəbul edilən kollagen barədə həqiqətlər;Təbii hialuron turşusu və kollagen sintezi;Elmi təsdiqini tapmış dəri üçün ən yaxşı vitaminlər və mikroelementlər.

  10. 198

    Məşq və fitneslə bağlı tez-tez verilən suallar

    Fitnes mütəxəssisi, beynəlxalq idman jurnalisti Əkbər Kərimovla aktiv və həvəskar idmanla məşğul olanlar üçün maraqlı və faydalı ola biləcək məqamlardan danışdıq. Fitnes klublarında “yoqa” adı ilə tətbiq olunan nədir? Səhər güc məşqləri ürək üçün zərərlidirmi? Acqarına məşq arıqlamağa kömək edirmi?

  11. 197

    Bal və pəhriz

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt dr. Elnur Eldaroğlu və arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyev ilə birlikdə faydalı söhbətimiz oldu.

  12. 196

    Sümük-oynaq problemlərinin diaqnostikası

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və radioloq Elşən Rəhimov ilə birlikdə faydalı söhbətimiz oldu.

  13. 195

    Xroniki bronxitin müalicəsinə inteqrativ yanaşma

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və inteqrativ tibb həkimi terapevt osteopat Gülnar Quliyeva ilə  birlikdə faydalı söhbətimiz oldu.

  14. 194

    Kəskin böyrək zədələnməsində zülal itkisi

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və  nefroloq Taleh Nəğdəliyev ilə  birlikdə faydalı söhbətimiz oldu.

  15. 193

    Yayda bağırsaq problemləri. Turist diareyası

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və doktor terapevt Arzu Hüseynova ilə birlikdə faydalı söhbətimiz oldu.

  16. 192

    Disfagiya nədir?

    İnteqrativ tibb həkimi, qastroenteroloq, hepatoloq, endoskopist Nuranə Quliyeva ilə udma problemlərinin ciddiliyindən, qida borusu manometriya müayinəsinin üstünlüklərindən və inteqrativ tibbin qida borusu xəstəliklərinə yanaşmasından danışdıq.Niyə udma refleksi pozulur?Ezofagial manometriya müayinəsi necə aparılır? Neyroqastroenteroloji baxış - mərkəzi sinir sistemi ilə həzm sistemi arasında əlaqə nədir?

  17. 191

    Plastik əməliyyat öncəsi əsas qorxular

    Plastik və estetik cərrah dr. Günəş Piriyeva ilə pasiyentləri cərrahi müdaxilədən öncə narahat edən əsassız və əsaslı qorxulardan, plastik cərraha ən çox ünvanlanan suallardan danışdıq.Yaxşı həkimi necə tapmalı?Plastik cərraha müraciətin əsas səbəbləri nədir?Əməliyyatdan öncə psixoloji dəstək lazımdır?

  18. 190

    Yanlış qidalanma uşaqlarda hansı xəstəliklərə yol açır?

    İnteqrativ tibb həkimi, pediatr Aytən İsmayılzadə ilə qidalanma zamanı çox vaxt buraxılan səhvlərdən, zərərli qida nümunələrindən, bağırsaq sağlamlığının vacibliyindən və gündəlik qida rejimi qaydalarından danışdıq.Yanlış qida bağırsaq sağlamlığına necə təsir edir?Uşağın istəyinə görə yeməsi doğrudurmu?Qidanın miqdarı və qəbulunun tezliyi necə olmalıdır?

  19. 189

    Təbiətin möcüzəsi - arı və arı məhsulları

    Fitoterapevt, apiterapevt dr.Elnur Eldaroğlu və arı məhsulları üzrə mütəxəssis İlham Atakişiyevlə BMT tərəfindən təsis olunan Ümumdünya Arılar Gününə həsr olunmuş efirdə arıların ekosistemə verdiyi töhfədən, arı məhsullarının müxtəlifliyindən və sağlamlığa faydasından danışdıq.Niyə arılar belə vacibdir? Hansı hallarda bal ən qısa müddətə müalicəvi təsir göstərə bilər?Bal sənayesindəki saxtakarlığı necə anlaya bilərik?

  20. 188

    Ayaq və aşıq-baldır oynağı xəstəlikləri

    Ortopediya və travmatologiya mütəxəssisi doktor Şəhriyar Fətullayev ilə 20 may Ümumdünya Travmatoloqlar Günündə ayaqla bağlı şikayətlərdən, yastıpəncəlik, daban mahmızı, Halluks valqus, yanlış ayaqqabı seçiminin fəsadlarından və s. haqqında danışdıq.Yastıpəncəlik nə zaman xəstəlik sayılır?Daban mahmızının müalicəsi necədir? Ayaq baş barmaq əyriliyinin əməliyyatsız müalicəsi varmı?

  21. 187

    Oynaq ağrıları zamanı inteqrativ tibbi yanaşma

    Niyə müasir zamanda oynaq ağrılarından şikayətlər çoxalıb? Ağrıların növləri və yaranma səbəbləri hansılardır? Yaşlı insanlar üçün risk faktorları nədir? Fizioterapiyanın müalicəvi metodları və effektivliyi barədə nəyi bilməliyik? Bu sualları həkim fizioterapevt Nuriyyə Əlibəyli ilə müzakirə etdik. Gündəlik həyatımızda hansı hərəkətlər oynaqlarımız üçün təhlükəli ola bilər? Hansı xəstəliklər oynaq ağrısı ilə müşayiət olunur?Niyə ağrıya biganə qalmaq olmaz ?

  22. 186

    Niyə arıqlaya bilmirik?

    Biz hamımız özümüzü unikal hiss etməyi sevirik. Bədənimizi də unikal hesab etmək düzgündür. Lakin onun işini idarə edən və sağlam çəkini qorumağa kömək edən qanunlar eynidir. Bəzi hallarda onlara riayət etsək də, kökəlməyə davam edirik. Niyə? Diyetoloq, aparıcı Dr. Tutu Zeynalova ilə arıqlamağa mane olan ən vacib səbəblərdən danışdıq. Maddələr mübadiləsinin sürətini nə azaldır? “Sağlam boşqab” necə olmalıdır?Qalıcı çəkinin qızıl qaydası nədir?

  23. 185

    Səyahət sığortası tibbi xidmətləri əhatə edirmi?

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız ümumi cərrah, tibb üzrə fəlsəfə doktoru Rafael Sərdarovla xarici ölkədə tətil zamanı səhhətimizdə yaşana biləcək problemlərdən, xəstəxana xərclərinin sığorta şirkətləri tərəfindən qarşılanması qaydalarından, tibbi sığortanın düzgün planlaşdırılmasından, beynəlxalq sağlamlıq sığortasından, xaricdə müalicənin müsbət və ola biləcək mənfi tərəflərindən danışdıq. Tez-tez səfər etdiyimiz ölkələrdə səyahət sığortasına ehtiyacımız var? Sığortam və pulum yoxdursa?Niyə müalicə almaq üçün xaricə üz tuturuq?

  24. 184

    Qlaukoma nəzarətsiz qalarsa, təhlükəlidir!

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız oftalmoloq Dr. Kəmalə Mustafayeva ilə el arasında “qara su” kimi tanınan qlaukoma xəstəliyinin erkən aşkarlanmasının vacibliyindən danışdıq.Kim qlaukoma riski daşıyır?Qlaukomanın görməyə zədələyici təsiri necə baş verir?Hansı zədə və xəstəliklər qlaukomaya yol aça bilər?

  25. 183

    Psixiatrın qəbulunda: psixoloji və psevdopsixoloji leksika

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız psixoterapevt, psixiatr Dr. Fəhmin Haqverdiyev oldu. Psixoterapevt, psixiatr dr. Fəhmin Haqverdiyev çox yayılmış və yanlış istifadə olunan, məs. narsisizm, panik atak, “love bombing-gaslighting-ghosting”, “stalker ” kimi psixoloji məhfumlara açıqlıq gətirdi. Niyə tibbi terminlərə ehtiyac yarandı?İnsanlar niyə dəyişir? Depressiya - dəb, yoxsa xəstəlik?

  26. 182

    Xarici dilin öyrənilməsi beyinə necə təsir edir?

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız həkim, tərcüməçi Aytən İslamova oldu. Xarici dili fərdi öyrənmə təcrübəsi mümkündür?Xarici dili daha yaxşı mənimsəmək üçün xüsusi yaş həddi varmı? İki dildə danışan uşaqların əqli inkişafı necədir?

  27. 181

    Ketogenik pəhrizin epilepsiya zamanı faydaları

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız diyetoloq Reyhan Cabbarlı oldu.  Nevroloji xəstəliklərdə müalicəvi qidalanmanın əhəmiyyəti nədən ibarətdir?   Ketogenik pəhriz epileptik tutmaları azaldırmı?Hamiləlik zamanı qidalanma necə olmalıdır?

  28. 180

    Ürək üçün pulsuz trenajor- pilləkənlər

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Üzeyir Rəhimov oldu."ChatGPT" ürək xəstəliyinə diaqnoz qoya bilərmi?İntervallı aclıq ürək-damar sisteminə necə təsir edir?Havanın çirklənməsi ürək-damar sisteminə necə təsir edir?

  29. 179

    Uşaq qidalanmasında keçid dövrləri

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız pediatr uzman .Dr Günay Muradova oldu.İlk 6 ay ana südü nə qədər vacibdir? Əlavə qidaya nə zaman başlamaq olar?Uşaqlar niyə yemək yemirlər?

  30. 178

    Gərginlik baş ağrısı zamanı inteqrativ müalicə

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız nevroloq Aygün Məmmədova oldu.Stress nədir? Əsəb, stres damarlarımıza necə təsir edir? Gərginlikdən yaranan baş ağrısını necə seçə bilərik? 

  31. 177

    Dəri xərçənginin növü: “Dəri melanoması”

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız uzman dermatoloq Lalə Mehdi oldu. Dəri melanoması nədir? Dəri melanoması necə yaranır? Dəri melanomasından necə qoruna bilərik

  32. 176

    Fizioterapevtə ən çox verilən suallar

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız uzman fizioterapevt Nurəli Aslanov oldu.Fizioterapevtə ən çox hansı suallar verilir?Hansı xəstəlikdən əziyyət çəkənlər fizioterapevtə müraciət etməlidir?Sinir ağrısı nədir və hansı simptomları var?

  33. 175

    "Duzlaşma" oynaq ağrıları zamanı fitoterapiya

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu "duzlaşma" oynaq ağrıları zamanı fitoterapiya haqqında faydalı və maraqlı söhbətimiz oldu.

  34. 174

    Rəqslər sağlamlığımıza necə təsir edir?

    "Sağlam ol Sevda ilə" verilişində Bakı Xoreoqrafiya Akademiyasının doktorantı, milli rəqslər üzrə xoreoqraf və Salsa rəqsini Azərbaycana ilk dəfə gətirən əməkdar artist Sənan Hüseyinli  ilə birgə söhbətimiz oldu.

  35. 173

    Yazda ən çox görülən vitamin çatışmazlığı xəstəlikləri

    "Sağlam ol Sevda ilə" verilişində həkim endokrinoloq Fərhad Burzu ilə birgə söhbətimiz oldu. -  Vitamin və mineral çatışmazlığı nədən yaranır?Bu mövsümdə vitamin balansını necə qoruyaq?Yaz-yay aylarında necə qidalanmalıyıq?

  36. 172

    Hansı ağrılar zamanı hansı diaqnostik metodlar güvənlidir?

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt Dr. Elnur Eldaroğlu və Dr. Radioloq Elşən Rəhimovla birlikdə faydalı söhbətimiz oldu.Baş və boyun ağrılarıBel ağrıları zamanı hansı müayinələrdən keçməliyik?Onurğa ağrılarını böyrək ağrılarından necə ayıraq?

  37. 171

    Mandala terapiya - uşaqlarda diqqət əskikliyi və hiperaktivlik sindromunda

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız rəssam, art-terapevt, mandala üzrə mütəxəssis Nübar Öztumbul oldu.Mandala texnikası necə həyata keçirilir?Hansı uşaqlar üçün mandala terapiyası vacibdir?Seçdiyimiz hansı rəng hansı narahatlığımızdan xəbər verir?

  38. 170

    Şüurlu qidalanma bizə nə qazandırır?

    "Sağlam ol Sevda ilə" verilişində nutrisioloq Lalə Mahmudova ilə qidalanma haqqında maraqlı məqamlara toxunduq:Piylənmə xəstəlikdirmi?Ət yeməkləri əhval-ruhiyyəmizə necə təsir edir? Ətin ideal bişmə müddəti nə qədər olmalıdır? Çiy qidalar sağlamlığımız üçün nə dərəcədə faydalıdır? Yeməyə şüurlu yanaşma necə olmalıdır?

  39. 169

    Şəkərli diabetin müalicəsinə inteqrativ tibbin yanaşması

    "Sağlam ol Sevda ilə" verilişində qonağımız Endokrinoloq dr.Lamiyə Nəbibəyli ilə şəkərli diabetdən və şəkərli diabet hallarında inteqrativ tibbin yanaşmasından danışdıq. 

  40. 168

    Ailədə uşaqlar arasında ideal yaş fərqi nə qədər olmalıdır?

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı psixoloq Kəmalə Baxış oldu. 

  41. 167

    Bürcümüz sağlamlığımıza necə təsir edir?

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı astroloq Dinara Axundova oldu. • Bədən üzvlərimiz bürclərlə necə bağlıdır? • Doğum xəritəsi analizi ilə insanda ola biləcək xəstəlikləri müəyyən etmək olar? • Astrologiyada hər hansı profilaktik tədbirlər görərək  xəstəliklərin qarşısını almaq olar? • Frekans nədir? • Qidalanma seçimimiz şüuraltımızla necə bağlıdır? • Planetlərin retro dövründə hansı məqamlara diqqət edilməlidir?

  42. 166

    Fitoterapiyada qanı laxtalanmadan qoruyan və qan duruldan bitkilər

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt dr.Elnur Eldaroğlu ilə söhbət.• Yaxşı yuxu yatsaq da, səhər oyana bilməmək qan dövranının pozulmasından xəbər verir? • Hansı xəstəliklər qanın qatılaşmasına səbəb olur? • Qanla bağlı analizlər nə vaxt verilməlidir? • Qandurulducu bitkilərdən istifadə  edəndə dozaya diqqət etmək niyə vacibdir? • Hansı bitkilər qandurulducu təsirə malikdir? •Sarımsaq, limon, bal ilə qan dəyərlərini necə yaxşılaşdırmaq olar?

  43. 165

    Fərq qüsur deyil! Neyromüxtəliflik nədir?

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı nevroloq dr.Ülviyyə Quliyeva oldu. • Neyrofərqlilik nədir?  • Əqli inkişaf geriliyini tamamilə müalicə etmək olar?  • Əqli inkişaf geriliyi olan uşaqlar sosial həyata necə öyrəşdirilməlidir?  • Uşaqda nitq ləngiməsi, öz adına reaksiya verməmək və göz təması qurmaq problemləri varsa, kimə müraciət edilməlidir?  • Neyrofərqliliyi olan uşaqlara hansı cəmiyyətlər dəstək olur?

  44. 164

    Aprel nemətləri - quzuqarnı, dombalan göbələyi, qulançar

    ""Sağlam ol Sevda ilə" verilişində fitoterapevt dr.Elnur Eldaroğlu ilə söhbət. • Quzuqarnı göbələyinin faydaları nədir ?   • Dombalan göbələyinin düzgün istifadəsi necə olmalıdır? • Quzuqarnı göbələyindən gün ərzində nə qədər yemək olar? • Böyrək çatışmazlığı olan insanlar niyə quzuqarnı göbələyindən istifadə etməməlidirlər? • Quzuqarnı və dombalan göbələkləri uzun müddət necə saxlanıla bilər? • Qaraciyərə faydalı olan çaşır bitkisi necə istifadə olunmalıdır? • Qulançar bitkisinin saxlanma qaydası və faydası necədir?

  45. 163

    Bronxial astmanın müalicəsi inteqrativ tibdə

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı terapevt, osteopat dr.Gülnar Quliyeva oldu.    • İlk dəfə bronxial astma diaqnozu qoyulduqdan sonrakı proses necə aparılır?   • Bronxial astmanın yaranmasına genetika, fiziki quruluş və yaş faktoru necə təsir edir?  • Bronxial astmanın göstəriciləri nədir?  • Bronxial astma düzgün müalicə olunmazsa, hansı fəsadları yaradar?  • İnteqrativ tibdə bronxial astma necə müalicə olunur?  • Xalq təbabəti ilə astmanı müalicə etməyin fəsadları ola bilər?  • Astma problemi olan valideynlər övladlarında bu xəstəliyin yaranmasının qarşısını necə ala bilərlər?

  46. 162

    Arıqlamaq üçün mədə botoksu effektivdir?

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı qastroenteroloq dr.Nərgiz Əfəndiyeva oldu.  • Hansı məşhur metodlar arıqlamaq üçün effektiv deyil?  • Mədə botoksu ilə arıqlama prosesi necə davam edir?  • Mədə botoksunun effektivliyi nə qədər davam edir?  • Mədə botoksu edildikdən sonra diyetoloq və fitnes üzrə məşqçiyə müraciət edilməlidir?  • Kimlər mədə botoksu etdirə bilməz?   • Mədə balonu prosedurundan sonra qidalanma necə təyin edilir?  • Endoskopik “sleeve” qastroplastika hansı tip xəstələrə edilə bilər?

  47. 161

    Yuxusuzluq və yuxu pozulmaları zamanı refleksoterapiya

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı nevroloq, refleksoterapevt dr.Ülviyyə Səlimova oldu.    • Sağlam yuxu beyin sağlamlığı üçün nə qədər vacibdir?  • Daha çox kim yuxu pozğunluğu yaşayır?  • Özbaşına yuxu dərmanı qəbul etməyin hansı fəsadları var?  • Yaxşı yuxu yatmaq üçün hansı qaydalara riayət edilməlidir?  • Niyə yaxşı yuxu yatsaq belə, oyananda özümüzü bəzən halsız və əzgin hiss edirik?  • Axşam idman etmək yuxu pozğunluğu yarada bilər?  • Refleksoterapiya yuxu pozğunluğunu necə müalicə edir?

  48. 160

    Yazda və yayda D vitaminini dərman kimi qəbul etmək olar?

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı endokrinoloq dr.Ziya Qurbanov oldu.  • Uşaqlarda D vitamininin əskikliyini necə anlamaq olur?  • Niyə günəşdən kifayət qədər D vitamini ala bilmirik?  • Vitamin D çoxluğu varsa, nə etmək lazımdır?  • Vitaminin mənimsənilməsinə nə mane olur?  • Həkim məsləhəti olmadan D vitamini qəbul etmək olar?  • D vitamini hansı formada qəbul edilməlidir?  • Hansı qidaları qəbul edərək D vitaminini artıra bilərik?

  49. 159

    Hipnoz və hipnoterapiya kimə kömək edir?

    "Sağlam ol Sevda ilə" verilişinin qonağı psixiatr uzm.dr.Əmrah Abdullayev oldu. • Telehipnozla müalicə almaq olar? • Hipnozla müalicə necə aparılır? • Hipnozun düzgün təsviri nədir? • Hipnoterapiya ilə asılılıqlardan azad olmaq olar? • İnsan özü-özünə hipnozu təlqin edə bilər?

  50. 158

    Hormonal balansı qorumaq üçün fitoterapiya

    "Sağlam ol Sevda ilə" verilişində fitoterapevt dr.Elnur Eldaroğlu ilə söhbət.• Yanlış həyat tərzi və yuxu rejimi hormonları necə pozur?  • Biyan kökünün mədə, səpki, böyrək problemlərinə təsiri necədir?  • Paxlalı bitkilər, brokkoli hormonal pozulma hallarına necə təsir edir?  • Ərküdə bitkisinin qadınlar üçün faydası nədir?  • Qalxanabənzər vəzin funksiyasını hansı bitkilər artırır?  • Zəfəran, sarıkök, zəncəfil nə zaman istifadə edilməlidir?

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

Sağlamlıqla bağlı nələr bilirsiniz?Sağlamlıqda doğru bildiyimiz yanlışlar nələrdir?Peşəkar həkim və mütəxəssislərin məsləhətlərini, xəbərdarlıqlarını öyrənmək üçün "Sağlam ol Sevda ilə"ni mütləq dinləyin!

HOSTED BY

Sağlam ol Sevda ilə

URL copied to clipboard!