səsli məktublar

PODCAST · society

səsli məktublar

Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.

  1. 36

    bütün güllər anamın bağçasındandır

    nə vaxt solacağını bilmədiyimiz tək şey insanın ömrüdür, ona görə şansınız varkən bir-birinizə solub gedəcəyini bildiyiniz gülləri hədiyyə edin.

  2. 35

    robotlar mənim insanlarım deyil

    uşaqkən düşünürdüm ki bəlkə də ətrafımdaki insanlar robotdu və sadəcə mən insanam, zaman keçdi özüm gün keçdikcə daha az insan hiss etdiyimi görməyə başladım. indi isə nə çevrəmizdəki robotları, nə də robotlaşmağı istəmirəm. mən robotları deyil insanlarımı istəyirəm.

  3. 34

    sadəcə bir mesajdır

    bu səfər uzun-uzun söhbət etmirik, amma “səsli məktublar”-ın ağlımda olduğunu bildirmək istədim. dinlədiyiniz və var olduğunuz üçün təşəkkür edirəm! yaxşı ki varsınız! yeni iliniz mübarək!

  4. 33

    Həyatıma bir gün qazandırmaq

    Kaş'a gedən yolda yenidən podcast bölümü qeydə almaq istəyimlə başlayıb, həyatımla və həyatımda nələr etmək istədiyimin fərqinə vardığım və hiss etdiyim , hər yaşadığımız gün barəsində, niyə "Ömrümüzdən bir gün getdi" deyirik amma "Ömrümə bir gün daha qazandırdım" demirik deyə sorğulayıb, bütün bunları bir araya topladığım bir bölümdür.

  5. 32

    qonaqlıqdan söhbətlər: kim sağalır?

    ötən günlərdə Aygüngilə qonaq getmişdim, söhbətlərimiz öz axışında davam edərkən qərara gəlmişdik ki, mikrofonu açaq və bir bölüm qeydə alaq. beləliklə podcast-ın ilk qonaqlı bölümü Aygünlə oldu🩷 yaxşı ki belə oldu. Aygünlə sağalmaqla bağlı fikirlərimizi, hislərimizi bölüşdüyümüz bir bölüm qeydə aldıq, qarşılıqlı bir-birimizi qonaq etdiyimiz gün, indi isə sizləri də söhbətimizə qonaq etmək istəyirik 🌟 xoş dinləmələr :)

  6. 31

    məni kimdən öyrənməliyəm?

    bu aralar yeni bir yerə, yeni bir həyata və rutinə öyrəşməyə çalışarkən, özümlə bağlı çox sualım yaranır və hər dəfə cavablarını axtarışa çıxanda bundan bir-iki ay öncə beynimdə canlanmış suala geri qayıdıram, məni kimdən öyrənməliyəm? bu bölümdə bu sual üzərinə düşündüyüm həftələrdən, hətda aylardan ibarət fikirlərimi toplamışam və sonunda cavabı deyəsən tapa və qəbullana bilmişəm. neçə müddətdir üzərində durub danışmaq istəmədiyim ya da dünyayla və özümlə necə paylaşacağımı bilmədiyim zaman aralıqlarından süzülüb gəlib bu bölüm.https://open.spotify.com/track/78k51U7QHqHwMPefHUdfx1?si=e0niWX-mSCGrxMtyjY2fVg

  7. 30

    dostum üçün

    artıq iki ildir mesajlarıma geri dönüş ala bilmirəm, bu səbəbə görə bu səs qeydini sənə yollayıram. görüşəcəyimiz günə qədər bunu etməyə davam edəcəm.

  8. 29

    uzaqdan şeirləri xatırlamaq

    insanın uzaqda olanda düşünmək, xatırlamaq üçün daha çox yeri və zamanı olur sanki. mən də bu zamanımın daxilində məni çox qınayan və uğursuz olacağımdan çox əmin olan birini kofe içməyə dəvət etdim. bəlkə bu səfər ətəyindəki daşları tökər və ikimizi də batırmağa çalışmaq əvəzinə, bunları niyə etdiyini açıqlayar deyə.

  9. 28

    konfet kağızlarının arasında gizlənmək

    Yaşamaq, yaratmaq, hiss etmək, bəslənmək, var olmaq, zövq almaq, yer tutmaq üçün yaradılmış bədənlərimizi limitləməli olduğumuzu dünyanı öyrəndiyim zamanlardan bəri deyirdilər deyə, elə bilirdim haqlıdırlar. Uzun müddətdir danışmağı istədiyim, amma içdən-içə utanc duyduğum hekayələrdən ibarət bölümdür, zövq almaq, var olmaq, varlığımızın yer tutmasından qorxmamaq haqqında fikirlərimi danışmışam. Bu bölüm illər öncəki Mirvarinin yaşantılarından və zehnindən süzülüb gələnlər ilə birləşib. “Sizcə bir dəfə var olan şeyin, varlığını danmaq mümkün olandı?”

  10. 27

    bir az söhbət edək ?

    Yeni il başlamışkən biraz söhbət etmək, 2024-dən danışmaq, 2025 üçün nələr düşündüyümü demək və ümumi axışa göz gəzdirmək istədim. “Demək istədiyim odur ki verdiyin ilk şansda da, bu sənin seçimin olmasa belə, ikinci şansda da, çətin olsa belə, səni aramızda görə bildiyim üçün və bu məktubu dinləyə bildiyin üçün şadam. Yaşama və hər saniyəsində verdiyin bütün şanslara dəyər olduğunu və səni sevdiyimi bildirmək istəyirəm. Bir sonraki bölümlərdə görüşməyi diləyirəm. Yeni başladığımız ildə, bunu nə zaman dinləyərsən bilmirəm amma hər yeni başladığımız gündə sənin tərəfindən dinlənməyi və oxunmağı gözləyən məktubların, baxmağını gözləyən tabloların, əyləşməyini gözləyən masaların, sığallamağını gözləyən pişiklərin, var olmağını diləyən insanların və saniyələrin, anların olduğunu xatırlatmaq istədim. Görüşənədək.”

  11. 26

    kameralarla qeydə alınmış nostalgiya

    uşaqkən atam birlikdə keçirdiyimiz günlərdə, kamerası ilə bölüşdüyümüz anları qeydə alırdı. böyüyərkəndə evdə film lentlərini, kameraları görürdüm. o zamanlar anları qeydə almağın önəmini, anları qeydə almağın insanı necə o anın içində saxlaya biləcəyini, anı və detalları tamlıqla dadmasına kömək edə biləcəyinin fərqində deyildim. taki, illər sonra öz günlərimi qeydə ala bilməyim üçün, anamın mənə polaroid kameramı(ilk işlətdiyim və sahib olduğum) kameranı alana qədər. o zamandan bu günümüzə kimi hələ də o anın daxilində rahatlıqla qala bilmıyimə ən çox kömək edən şey, o anları kamera ilə qeydə almaqdır. kameralarda qeydə alınmış uşaqlığın mənə verdiyi xoşbəxt nostalgiya hissindən və bütün həyatım boyunca bunu davam etdirmə istəyimdən danışdığım bölümdür. bu səs qeydlərinin hər biri mənim həyatımın ən önəmli qeydləri arasına daxil olmaqdadırlar. odurki gələcəkdə yaşana biləcək nostalgiyaların, indiki halının dadını çıxaraq.

  12. 25

    Özləri var idi, amma üzləri yox idi

    əsrlərdir qadınları bədəni, seçimləri üzərindən qoyulan, müzakirə edilən qaydalarda, qanunlarda, fikirlərdə, zarafatlarda qadınlar xaricindəki hər kəsin fikrinin olması, zərrə-zərrə qazandığımız azadlıqların əlimizdən alınmasının asan olduğuna inanılması, 21-ci əsrdə hələ də dünyanın fərqli yerlərində ən təməl insan haqlarının qadağa olunması “yavaş-yavaş” insanı boğaza yığıb. bu qədər şey boğazıma yığılmışkən və hələ də danışa bilmə haqqımız varkən, səs olmaq istədim. Bu bölümdə xoş dinləmələr, amma daha çoxu diqqətlə dinləmələr arzu edirəm.

  13. 24

    2 yaşın qeydi və yeni dönəmin başlaması

    bu bölüm, iki il ərzində podcastın həyatımda yaratdığı və sahib olduğu dəyəri, həyatımda, zehnimdə baş verən dəyişiklikləri qeyd etdiyim güvənli yer olması haqqında danışmışam.Bu zamana qədər dinləyən və dinləməkdə olan hər kəsə bolluca təşəkkürlərimi və sevgilərimi yollayıram.Var olmağa, yenilikləri həvəs və sevgi ilə qucaqlamağa davam edək!

  14. 23

    Kollajlamaq və zehnimizin axışı

    Bu bölüm kollajlamaq və zehnimin axışı haqqında danışdığım bir bölümdür. Bölüm kollajın bir sənət növü olduğunu öyrənmə, onu istifadə etmə, zehin axışımda fərqindəlik yaşama, bu fərqindəliklərlə ehtiyaclarımı və daxili ilham qaynaqlarımı tapma proseslərim haqqında söhbətlərdən ibarətdir. Bu podcast bölümünün videolu formatıda mövcuddur.

  15. 22

    21

    Sənin bacaracağına inanırdılar, sənin bacaracağına inanırsan. Sənə, sən var olduğun müddətcə heç solmayacaq qırmızı bir çiçək hədiyyə etmişəm. Ona yaxşı baxacağını bilirəm. İndi 21-dəyik. 21 ilə birlikdəyik. Gülüşünü özüm ilə hər zaman daşımışam və daşımağa da söz verirəm. Yeni yaşın, yeni yaşımız mübarək. 21 hər zaman səninlə bizimlə idi, hər zaman da elə olmağa davam edəcək.

  16. 21

    səyahətə başlayarkən

    yeni bir səyahətə başlayarkən, bu səyahətin anlarını qeydə almağı və yayımlamağı istəyirəm. bu bölümü səyahətimə başlamazdan iki gün öncə qeydə almışam, axışda hiss etdiyim, düşündüyüm və danışmaq istədiyim şeyləri sizlə bölüşürəm. xoş dinləmələr :)

  17. 20

    Görüşlərdən söhbətlər

    Özümə verdiyim tətil arasından sonra gəlib söhbətləşmək, görüşlərimdəki söhbətlərdən çıxarılan mənalar haqqında danışmaq istədim, xoş dinləmələr, yaxın zamanda görüşənədək, bolluca sevgilər

  18. 19

    torpaqdan böyümək

    yaşamaq üçün, yaşada bilmək üçün, yola davam etmək, əvvəlki mənlərlə bağ yarada bilmək, qısacıq zamanımızda var ola bilmək üçün.

  19. 18

    bir əlin beş barmağı

    bu bölümü kiminsə yaxşısı ola bilməyənlər, olmayanlar üçün qeydə almışam. xoş dinləmələr:)

  20. 17

    Əmək vermək və itirmək qorxusu

    Bu səs qeydində dispanserdə tanış olduğum rəssamın, yenidən sevdiyim şeylər üçün əmək verməyimə ilham olması və itirmək qorxumun məni həyatdan necə qopardığının fərqinə varmağımın hekayəsini danışıram.

  21. 16

    Saçıma düşən ilk ağ

    bu gün aynadaki əksimdə fərqinə vardım ki, mən saçıma ağ düşəcək qədər yaşaya bilmişəm, bu bölümü qeydə almazdan bir müddət öncə niyə yaşamalı olduğumun fərqinə varmışdım. illər keçir, saçımıza ağ düşür və biz yaşamağı istəyə bilirmişik, bu gün anladım bunu mən, sizlədə bölüşmək istədim, dinlədiyiniz üçün təşəkkür edirəm.

  22. 15

    Sərbəst atış: Ortaya qarışıq

    Salam, bu bölümün daxilində son zamanlarda beynimdə olan suallar, qərara gəldiyim və gəlmədiyim fikirlər, ortaya qarışıq, bir-biri ilə başda və sonda bağlılığı olan mövzular haqqındaki fikirlərimi danışmışam, qarmaşadaki sakitliyə xoş gəldiniz :) xoş dinləmələr.

  23. 14

    Qara qarğa və korellanın hekayəsi

    Əvvəlki evimizdə bizlə birlikdə yaşayan corellanın(Boss) hekayəsindən və qara qarğalardan danışdığım bölüm oldu. Açıqlamada yaza biləcəyim tək şey “Dayanmak kolaysa bırak onlar da yansın” :) xoş dinləmələr arzu edirəm, görüşənədək.

  24. 13

    Narahatlıqlarla yaşamağa çalışarkən kəşf etdiyim gözəl şeylər

    Uzun müddətdir narahatlıqlarla əl-ələ yaşayıram. Bəzən artıq davam edə bilməyəcəyimi düşündüyüm belə olur. Son zamanlarda narahatlıqlarıma və onları sakitləşdirmək üçün etdiklərimi analiz etdikcə, məni yaxşı və bütün hiss etdirən yeni amma köhnədən var olan şeyləri kəşf edirəm, bunların bəzilərini sizinlədə bölüşmək istədim🤍

  25. 12

    İşıq

    Nərgizin yazdığı və bəstələdiyi mahnını bu linkdən dinləyə bilərsiniz: https://soundcloud.com/nargiz-aliyeva-435183036/yas-n-sonu?utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing

  26. 11

    gələn səhərlərə sevgilərlə

    2023 boyunca mənimlə birlikdə olduğunuz üçün təşəkkürlər, bu ilki səyahətimizin sonuna gəldik. yeni başlayan səyahətimdə də məktublar göndərməyə davam edəcəm. sizi sevirəm, var olduğun üçün təşəkkürlər, səyahətimizdə uğur və sevgilər arzu edirəm. yeni ildə görüşənədək, sevgilərlə Mirvari’dən.

  27. 10

    19.22.25

    "Unutma, kiməsə ehtiyacın yoxdu sənin, sən gördüyüm ən güclü birisən"- qardaş Mircavad Həşimli.

  28. 9

    Terapiyaya başlamağa ehtiyac varmı?

    Salamm, bu bölümdə terapiyaya başlama, bu səyahət boyunca qarşılaşdığım, hiss etdiyim və yaşadığım bəzi şeylər haqqında danışacam. <3 Digər bölümlərdə görüşənədək.

  29. 8

    Evim

    evim. bu bölümdə sənə evim haqda danışmaq istəyirəm. baxçası çiçəklərlə dolu, təmir etməsi çətində olsa, zamanımı, sevgimi və əməyi verərək möhkəmləndirdiyim, mənə aid formaya saldığım, azad olduğum, çox sevdiyim evim. böyüdüyüm, bəzi zamanlarda savaş verdiyim və tərk etməyə çalışdığım, zamanla dəyərini anladığım və daxilində yaşlanmağı ümid etdiyim canım evim <3 səni çoox sevirəm. dinlədiyin üçün təşəkkür edirəm.

  30. 7

    Genç Wertherin acıları

    Salamm, bu bölümdə yeni oxuyub, bitirdiyim və artıq ən sevdiyim kitablar sıralamasında ən öndə yer alan kitab haqda danışıram. Oxuyarkən ağlımda olan şey bura gəlib, bütün bunları sənlə də bölüşmək idi, xoş dinləmələr<3

  31. 6

    Sərbəst atış#2 Aidlik

    Salamm, bu sərbəst atış bölümündə aidlik hissim və aid olduğum şeyləri tapmaq üçün çıxdığım yolda yeni nələr öyrəndiyim ilə bağlı danışacam<3 Uzun bir yol amma əyləncəli və dolu-doludur. Xoş dinləmələr, sevgilərlə, Mirvari<3

  32. 5

    Bölüşməli olduğum hekayə. Yemə pozuntuları bölüm. 2

    Salamm, mən Mirvari Həşimli. Səni yenidən gördüyüm üçün çox sevindim. Bu bölüm biraz yorğunluq, hüzün, üzləşmə və yaxşıya doğru gedən sağalma yoluma əsaslanaraq qeydə alınmışdır. Dinləyəcəyin hekayə mənə aiddir. Bu bölümün açıqlamasında yazacaq çox uzun cümlələrim yoxdur, duyğularımı və düşüncələrimi bölüm daxilində yetərincə bölüşmüşəm məncə, bilməlisən ki, dinlədiyin üçün sənə təşəkkürlərimi yollayır və bənzər şeyləri yaşıyırsansa/yaşamısansa mən sənin yanındayam. Zamanla yaralarımızın izləri belə itəcək. Səni sevirəm, yenidən görüşənədək.&nbsp;

  33. 4

    İnsanların parça-parça məhv etdikləri evimin pəncərə önünə çiçəklər düzməyə çalışırdım. Yemə pozuntuları bölüm.1/Bədənsəl varlıqlar.

    Salamm, mən Mirvari Həşimli. Bu bölümün daxilində bəzi tetikləyicilər mövcuddur. Bu bölümdə sizinlə yemə pozuntuları və bədənsəl olaraq mövcud olan düşüncələr haqda ilkin fikirlərimi bölüşürəm. Bu bir seri halında olacaqdır. Mümkün qədər dürüstlüklə sizinlə yaşantımda olan detalları bölüşməyə, həmçinin bundan əziyyət çəkən digər insanlarıda qonaq almağa çalışacam. Bəzən insanların gördükləri şeyləri, biz olaraq qəbul etmələri yetəri qədər acı verir. Bu səbəblə bunu yaşayan sənin də yalnız olmadığını xatırlatmaq  istəyirəm. Bizim bunlara məruz qalmağımız, bunları normal başlığı altına toplamır və bunu digərlərinə də ötürməyimizə haqq qazandırmır. Səni sevirəm və sənə ilk baxdığımda gördüyüm şey ruhunun necə var olduğudur. Var olduğun üçün təşəkkür edirəm &lt;3 Xoş dinləmələr. 

  34. 3

    Necə davam edə bilərəm?

    İki aylıq verdiyim aradan sonra, yenidən necə davam edə biləcəyimi düşünürdüm, yalnız podcast hazırlamağa deyil, yaşamda var olmağada. Sonunda bir cavab tapdığımda, bunu sənlə də bölüşmə qərarı aldım✨ Xoş dinləmələr, səni sevirəm❤️

  35. 2

    Sərbəst atış.1: Pəncərə önündəki bölüm

    Bölümün başlığı yetərli açıqlamanı verir. O pəncərədən daha öncə baxdığımda nə hiss etdiyimi xatırlayıram. Bu başlıq altında yayımlanacaq hər bölüm yenidən eyni hiss etməmək üçün olacaqdır. Çünki bu səfər o pəncərəni dünyaya səsimi eşitdirə bilmək üçün açıram. Eşitdiyinizi bilirəm..

  36. 1

    Səyahətdən məktub: Okalandiyadan sonra keçən zaman

    Salammm, burada səni gördüyüm üçün çox sevinirəm. Bölüşməli olduğumuz və bölüşmək üçün həyacanla gözlədiyim bir çox mövzu var. Bu bölümdə səyahətdən yazdığım ilk məktubu oxuyuram.Tək olaraq çıxdığım səyahətdən sonra xatırladığım, qeyd etdiyim və hiss etdiyim şeyləri sənə səsli mesaj olaraq buraxıram :)Dinlədiyin üçün təşəkkür edirəm, sonraki bölümlərdə görüşənədək, hələlikk.İnstagram hesabım: @mirvarihashimli

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.

HOSTED BY

Mirvari Həşimli

URL copied to clipboard!