EPISODE · Sep 9, 2024 · 48 MIN
Helikopteri Kəşf Edən İnsan
from Kandar · host Kandar Kanal
Adil Salehov Azərbaycanda öz gücünə, emalatxanada sıfırdan helikopteri kəşf edən insandır. Bəli, o özünü mükaşif adlandırır və ixtira anlayışını kəşfdən ayırır. İxtira tarix boyu müxtəlif alimlərin səyi nəticəsində pilləli şəkildə inkişaf etdirilən və sonda bir alimin ayağına yazılan fenomendir. Kəşf isə bir dəfə ixtira olunan şeyin öz ölkəndə yenidən elmi əsaslarla ortaya qoyulmasıdır.Bu mənada Sikorskiy və ya Rayt qardaşları helikopteri, yaxud təyyarəni ixtira edərkən özündən əvvəl tikilən libasın yalnız naxışlarını vurmuş olurlar... Adil Salehov da elmi mühiti olmayan Azərbaycanda romantizm dövrünün alimi kimi ixtira olunanı yenidən kəşf edir. O sanki özünü sənaye dövründə aşkarlamış romantizm çağının eksperimentatorudur. O həmçinin hesab edir ki, elm bir qrup alimlərin kollektiv əməyinin nəticəsidir və dövlətlər buna müdaxilə etməməlidir. Ona qarşı lağlağı edən şairlərə isə əks arqument gətirərək bildirir: "Əgər ixtira olunan bir şeyi yenidən kəşf etmək gülməlidirsə, onda bütün ali şeirlər yazıldığı halda niyə şairlər yazmağa davam edirlər?!"Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 İntro0:45 Helikopter ehtirası necə yarandı?4:16 Nəzəri biliklərin vacibliyi 9:38 Da Vinçinin helikopter sxemi16:20 Kür kompüterlərinə görə kollecin bağlanması18:33 "Analoqu olmamaq" xəstəliyi və yalançı iddialar22:40 Elmi təcrübələrə dövlət müdaxilə etməlidirmi?23:49 Kəşf və ixtira28:00 Texniklər şairlərə qarşı!33:46 İntuisiyanın vacibliyi34:35 21 yaşında dueldə ölən mükaşif riyaziyyatçı35:37 "Biz 800 yolun səhv olduğunu kəşf etdik"38:52 Elmi mirası izləmək42:35 "Helikopter dünyasında lağlağı yoxdur"44:12 "Rayt qardaşları təyyarə düzəltməyib, onu sadəcə yerindən qaldırıb"47:35 Sizi ən çox qorxudan nədir?Çəkiliş heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaXüsusi təşəkkürlərGülnar SalehovaTural NuruluElnur Allahverdiyev
Embed this episode
Ready to play
Helikopteri Kəşf Edən İnsan
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.