EPISODE · Feb 21, 2025 · 21 MIN
Techweek #8: Onlayn fırıldaqçılıq Süni İntellekt/LLM dövründə - innovasiyaların pis niyyətli istifadəsi, insan həssaslıqlarının istismarı və müdafiəsi
from Tech-week · host Kamran Hasilovich
Tech-week'in 8-ci buraxılışında sizləri xoş gördük əziz Dinləyicilər! Instagram üzərindən bildiriş etdiyimiz üzrə, bir daha nəzərinizə çatdırmaq istərdik ki, artıq yeni buraxılışlarımız 2 həftə aralıqla yayımlanacaqdır. - Bu günün müzakirə mövzusu onlayn scam-lər barəsində oldu və biz kiber fırıldaqçıların süni intellekt və böyük dil modelləri dövründə innovativ yeniliklərdən istifadə edərək insanları, xüsusən həssas qrupları necə tələyə salmasından, sürətlə inkişaf edən və mürəkkəbləşən kiber dünyada daha güvənli onlayn mövcudluğumuzu təmin etmək üçün atmalı olduğumuz addımlar və diqqətli olmalı olduğumuz məqamlardan bəhs etmişik. Bu bölümün şüarını da tapdıq! "Sağlam dərəcədə şübhəcilik hər zaman bizi qoruyar. " Həqiqətən də, əgər insan olaraq nə qədər həssas məqamlarımızın olduğunu və internetin açıq dünyasında, kibercinayətkarların bu həssaslıqları istismar etməyə hazır olduqlarını başa düşüb qəbullansaq, şübhəciliyin və ehtiyatın daha lazımlı olduğunu dərk etmiş olarıq. Tech-week olaraq missiyamıza sadiq qalaraq inanırıq ki, maariflənmək və bu kompleks mövzularda ətraflı bilgilənmək bizim onlayn kimliyimizin ən sağlam bünövrəsini atacaq, kiber təhlükəsizliyimizi daha da artıracaq. Xoş dinləmələr! Bizi digər platformalardan izləyib bəyənməyiniz, iştirakçılığınız və ətrafınızla paylaşmağınız işimizə dəyər qatır, bizlərə dəstək olur. (c) @techweek.podcast
Embed this episode
Ready to play
Techweek #8: Onlayn fırıldaqçılıq Süni İntellekt/LLM dövründə - innovasiyaların pis niyyətli istifadəsi, insan həssaslıqlarının istismarı və müdafiəsi
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.
Similar Podcasts
No similar podcasts found.