PODCAST · society
Bəlkə elə deyil?
by Nigar Khayyam
Sadəcə səsli düşüncələrimi bir gün yazmaq qərarına gəldim.
-
23
Məni anlamayacaqsan və bu çox yaxşıdır
Bu buraxılış, başa düşülməmək qorxusundan azad olub, öz daxili kainatınızın tək sahibi olmağın verdiyi o möhtəşəm gücü kəşf etmək üçündür.
-
22
Qadınların qərarı, Gülməli asqıran qızlar
Ağlıma yığılan fikirlərdən qarışıq bir şeylər danışdım.
-
21
yenə Tailand?
Yenə, yenə, yenə!
-
20
Surfingin mənə öyrətdiyi həyat dərsləri
Balidən əli və dili dolu qayıtmışdım..
-
19
Həyat alqoritmimizi təmizləyək
Ən son nəyə ''not intersted'' demisiniz?
-
18
Bəs anam nələri düz edib? | Daha yaxşısını niyə eləmədi?
Ah bu travmalar..
-
17
Həyat keyfiyyətinin artırılması | Ev paltarı
Həyat keyfiyyətimizi artırmağa bəlkə elə ev paltarından başlayaq?
-
16
Böyüyəndə bizə bunları deməmişdilər
Böyüyəndə bizə çoxlu sözlər deyilirdi bəs bunlar haqqında niyə heç kim danışmadı?
-
15
Səmimiyyət Poxmeli
"Kaş dünən o qədər danışmazdım..." Bu cümləni neçə dəfə demisən? Səhər oyananda gələn o "Səmimiyyət Poxmel"indən (Vulnerability Hangover), hələ başlamadığımız işləri İnstaqramda car çəkməkdən və niyə hər şeyin bir izləyiciyə ehtiyacı olmadığından danışdım. Toxumlar ən yaxşı qaranlıqda böyüyür. Bu bölüm, nəticələr danışana qədər susmağı öyrənmək istəyənlər üçündür.
-
14
1 ay sonra yenidən | İlin sonu
bir aydır ki, yox idim çünki...
-
13
Bulvara və özümüzə etdiyimiz haqsızlıq
Bir nahar gəzintisində ağlıma gəldi bunu danışmaq. Bulvar və bulvara oxşayan insanlardan danışaq biraz.
-
12
Anamı ağladan sual bu gün məni də ağladır.
Niyə mən? Həftəsonu beyin qarışıqlığını sizə gətirmişəm.
-
11
Özümüzdən niyə boşanardıq? Gaslighting
Bəhs etdiyim film 1944-cü ildə çəkilib və 2 Oskarlı bir filmdir. Mütləq baxın. O ki qaldı nələrdən danışmışam, niyə danışmışam - yenə məsələ özüməm.
-
10
Emosional zibilxanadan salam gətirmişəm.
O saxta gülümsəmələrin bizi əslində necə çökdürdüyündən danışırıq. Və o içimizə atdıqlarımızın bir gün necə partlayacağından... Bəlkə də ağlaya bilməmək, elə ən böyük zəifliyimizdir.
-
9
Zəifliklərimiz və şillə kimi cümlə
Keçən dəfə oxuduğum bir status mənə təsir etdi dedim səsli düşünüm bu barədə. Ona görə də elə sizinlə söhbətləşmək istədim bu barədə.
-
8
Rənglənməliyik
Bu dəfə rənglərdən, necə ətrafımızı və ruhumuzu rəngləndirə bilərikdən danışdım. Həyatımız boz və qaralarda sıxışıb qalmayacaq qədər qısadır. Əlinizə boyanı alsanız siz ilk haranı rəngləyərdiniz?
-
7
Babama ithaf
Bu bir sağollaşma deyil. Bu həyatımın ən vacib insanını sizə tanıtmaqdır. Onunla olan münasibətimiz fiziki dünyadan mənəvi dünyaya keçdi. Və sonsuz oldu. Səni çox sevirəm canım Babam ❤️
-
6
Vaxtım yoxdur!
Bazar ertəsindən cüməyə qədər avtopilot rejimində yaşayırıq. İşə get, evə gəl, yemək ye, yat. Bütün ümidlərimizi isə o müqəddəs iki günə – həftəsonuna bağlayırıq.Amma şənbə səhəri gözümüzü açan kimi yeni bir stress başlayır: "Mənim cəmi bir həftəsonum var, onu da ən yaxşı şəkildə keçirməliyəm!"Görüşlər planlaşdırılır, gediləcək məkanlar siyahısı tutulur, sosial mediada hər kəsin "mükəmməl" həftəsonu ilə özümüzü müqayisə edirik. Və bazar axşamı yorğun halda divanda oturub düşünürük: "Mən istirahət etdim, yoxsa sadəcə növbəti tapşırıqları yerinə yetirdim?" Mixael Endenin "Momo" nağılındakı Boz adamlar kimi, biz də öz vaxtımızın oğrusuna çevrilmişik. Hər anı optimallaşdırmağa, hər dəqiqəni "səmərəli" keçirməyə çalışırıq. Amma bəlkə də əsl səmərəlilik, bəzən sadəcə olmaqdır. Heç bir plan qurmadan, heç bir məqsəd güdmədən...Əgər siz də avtopilotda yaşadığınızı hiss edirsinizsə və həyatın əsl dadını unutduğunuzu düşünürsünüzsə, bu söhbət sizin üçündür.Gəlin, birlikdə "pause" düyməsini axtaraq.
-
5
Bəlkə biz qorxağıq?
Bizi xoşbəxt etməyən bir iş, enerjimizi tükədən bir münasibət və ya artıq bizə xidmət etməyən köhnə bir vərdiş... Bütün bunlardan "qopmaqdan" niyə bu qədər qorxuruq?Bizi o qədər də rahat olmayan "komfort zonasında" saxlayan nədir?Bu buraxılışda dəyişim qorxusunun köklərinə enir, həqiqətən sağlam münasibətlərin içində olub-olmadığımızı sorğulayırıq. Bəlkə də ən böyük haqsızlığı, daha yaxşısına layiq olduğumuzu bildiyimiz halda, heç bir addım atmayaraq özümüzə edirik. Gəlin, cəsarətli seçimlər və özümüzə qarşı dürüst olmaq haqqında birlikdə düşünək.P.S. Səs 2 ay öncə yazılmışdır.
-
4
Mən sizdən fərqliyəm
İkinci buraxılışda fikirlərimi biraz daha sərbəst ifadə edə bildim məncə.Hamımızın içərisindəki ''mən sizdən fərqliyəm'' düşüncəsinin altında nələr var? Travmaları olan insanlar sizi də çox yormadı? Bəs asılılıqlarımızla vəziyyət necədir? Nə qədər yalançıyıq sosial mediada?Yenə ortaya qarışıq bir söhbət sizi gözləyir.
-
3
Bir az intro, bir az ortalamamız barədə
İlk buraxılış olduğu üçün nə danışacağımı, niyə danışdığımı tam anlamadım. Məqsəd bəlkə də beynimin içərisindəki səsləri susdurmaq ya da səsli bir gündəlik yazmaq kimiydi.Amma məncə bu yol maraqlı və mənzərəli olacaq. Həm mənə, həm sizə :)Fərqindəliklərimiz barədə, ətrafımızdakı insanların ortalamasından və digər beynimdəki səsləri bura tökdüm.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
Loading similar podcasts...