PODCAST · music
Dalğa FM
by Dalğa FM
"Dalğa FM" 92.5 FM"Dalğa"nı tut, fərqi hiss et
-
541
Rejissor Zaur Tahirsoy yaradıcılığı və kino baxışı I Sənətin səsi
"Sənətin səsi"nin qonağı rejissor və ssenarist Zaur Tahirsoy ilə fərqli ekran işləri və gənc yaradıcıların yetişdirilməsi istiqamətində fəaliyyəti haqqında danışdıq.
-
540
Malik Həsənov və Səidə İbrahimli ilə "Sarı bülbül" layihəsi haqqında I Sənətin səsi
"Sənətin səsi"nin qonaqları xanəndə, pedaqoq Malik Həsənov və telejurnalist Səidə İbrahimli oldu. Verilişdə "Sarı bülbül" layihəsinin yaranma ideyası, məqsədi və həyata keçirilmə prosesi haqqında söhbət apardıq.
-
539
Uşaqlarda qida seçiciliyi I Valideyn saatı
"Valideyn saatı" verilişinin qonağı pediatrik nutrisioloq, uşaq qidalanması və piylənməsi üzrə mütəxəssis Nəzrin Ağayeva ilə uşaqlar arasında tez-tez rast gəlinən və bir çox valideyni narahat edən qida seçiciliyi mövzusunu müzakirə etdik. Qida seçiciliyinin səbəbləri, bunun uşağın inkişafına təsiri, valideynlərin bu vəziyyətdə necə davranmalı olduğu, məcburi yedizdirmənin doğru olub-olmaması, həmçinin sağlam qidalanma vərdişlərinin formalaşdırılması ilə bağlı danışdıq.
-
538
Kazım Həsənquliyev aktyorluq sənətinin incəliklərindən danışdı Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor, Əməkdar artist, Prezident mükafatçısı Kazım Həsənquliyev oldu. Səhnədə yaddaqalan obrazlar yaradan aktyorla yaradıcılıq yolu, aktyor peşəsinin incəlikləri, sənətdə qazandığı uğurlar barədə söhbət etdik.
-
537
Azərbaycanda moda brendi qurmağın sirləri I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı“Leya Couture” və “Dably Baku” markalarının yaradıcısı və dizayneri, həmçinin “Dably Social” restoranının direktoru Leyli Zalova oldu. Verilişdə moda sahəsində uğurlu brend yaratmağın sirrləri, şəxsi biznes yolunda qarşıya çıxan çətinliklər, yerli moda sənayesinin inkişaf perspektivləri, kreativ yanaşmanın biznesdə rolu barədə danışdıq.
-
536
Teatr, dramaturgiya və yaradıcılıq - Əli Əmirli I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli oldu. Verilişdə Əli Əmirlinin yaradıcılıq yolu, dramaturgiya sahəsində qazandığı uğurlar, Azərbaycan teatrının bugünkü inkişaf mərhələsi haqqında danışdıq.
-
535
Beynəlxalq səhnədə qələbə qazanan duet – yaradıcılıq yolu və uğurn I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı Özbəkistanda keçirilən III Beynəlxalq Makom Festivalında I yerə layiq görülən sənətçilər – Respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Nurəddin Tağıyev və zərb alətləri ifaçısı Teymur Cəbrayılov qonaq oldular. Onlar festivalın yaratdığı təəssüratlar, beynəlxalq səhnədə Azərbaycan musiqisinin qazandığı uğur, yaradıcılıq yolları haqqında danışdılar.
-
534
Uşaqlar və informasiya təhlükəsizliyi I Valideyn saatı
"Valideyn saatı" verilişinin qonağı media eksperti Müşfiq Ələsgərli ilə uşaqların internetdə qarşılaşa biləcəyi risklər, saxta məlumatların təsiri, kibertəhlükələr, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, valideyn nəzarətinin əhəmiyyəti və rəqəmsal savadlılığın artırılması yolları haqqında danışdıq.
-
533
Elşən Rüstəmovla aktyorluq sənəti, yaddaqalan rollar və yeni layihələr I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor, Əməkdar artist Elşən Rüstəmov oldu. Teatr səhnəsində və ekranlarda yaddaqalan obrazlar yaradan sənətkarla yaradıcılıq yolu, aktyorluq peşəsinin incəlikləri, səhnə və kamera qarşısında qazandığı təcrübələr, eləcə də yeni layihələri barədə söhbət etdik.
-
532
Moda biznesində uğur qazanmağın sirləri I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "Tuva" brendinin təsisçisi Şəbnəm Bayramova brendin yaranma hekayəsindən, yerli moda sənayesində uğur qazanmağın sirlərindən, dizayn yanaşmasından və Azərbaycan mədəniyyətinin müasir geyimlərdə əks etdirilməsindən danışdı. O, həmçinin sahibkarlıq yolunda qarşılaşdığı çətinlikləri, beynəlxalq moda mühitində qazandığı təcrübəni və gələcək hədəflərini bölüşdü
-
531
Xalq artistinin sənət yolu və musiqi irsi | Məmmədbağır Bağırzadə I Sənətin səsi
"Sənətin səsi" verilişində Xalq artisti Məmmədbağır Bağırzadənin zəngin sənət irsi haqqında söhbət etdik. Verilişin qonaqları sənətkarın oğlu Rahim Bağırzadə və nəvəsi Məmmədbağır Bağırzadə onun sənət yolu, illər keçsə də sevilərək dinlənilən mahnıları, xatirələri və onun Azərbaycan musiqisinə bəxş etdiyi irs barədə danışdılar.
-
530
-
529
Afaq Mustafayeva: "Food blogger" olmağın sirləri I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "food blogger" və şef Afaq Mustafayeva ilə kulinariya sahəsində uğur qazanmağın sirləri, şəxsi brend quruculuğu və rəqəmsal platformalarda məzmun istehsalının incəlikləri barədə söhbət apardıq. Afaq Mustafayeva həmçinin peşəkar mətbəx təcrübəsi, "food blogger" kimi fəaliyyət göstərməyin üstünlükləri və çətinlikləri haqqında fikirlərini bölüşdü.
-
528
İlahə Şıxlinskaya ilə televiziya dünyasına səyahət I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aparıcı İlahə Şıxlinskaya ilə televiziya fəaliyyətinə başladığı anlar, aparıcılıq peşəsinin görünməyən tərəfləri, efir mədəniyyəti, media sahəsində qazandığı təcrübələrdən danışdıq.
-
527
Azad Şükürov: Rollar, xatirələr və sənət yolu I Sənətin səsi
"Sənətin səsi"ndə aktyor, Əməkdar artist Azad Şükürov qonaq oldu. Verilişdə onun yaradıcılıq yoluı, aktyorluğun görünməyən tərəflərindən, Azad Şükürovun sənət həyatında iz qoyan rollarından, yadda qalan ekran işlərindən danışdıq.
-
526
Mirzə Babayev haqqında xatirələr | Nəvəsi Emin Babayev danışır I Sənətin səsi
Xalq artisti Mirzə Babayevin yaradıcılığına həsr olunan "Sənətin səsi" verilişinin budəfəki qonağı sənətkarın nəvəsi Emin Babayev oldu. Verilişdə Mirzə Babayevin ömür yolu, musiqi fəaliyyəti, estrada musiqisinin formalaşmasındakı xidmətləri haqqında danışdıq.
-
525
Müasir PR-da Yeni Trendlər I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı PR və strateji kommunikasiya üzrə ekspert, təlimçi Günel Əhmədova ilə ictimaiyyətlə əlaqələrin müasir dünyada rolu, PR sahəsində son tendensiyalar haqqında danışdıq. Qlobal PR Günü münasibətilə peşənin cəmiyyət, media və biznes arasında etibarlı körpü yaratmaq missiyasına nəzər saldıq.
-
524
Molla Pənah Vaqif və Azərbaycan poeziyası I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı qiraətçi Hüseynağa Aslanov oldu. Vaqif Poeziya Günlərinə həsr olunan verilişdə Molla Pənah Vaqifin zəngin ədəbi irsi, Vaqif Poeziya Günlərinin Azərbaycan mədəni həyatındakı əhəmiyyəti haqqında danışdıq.
-
523
Uşaqlar və sağlamlıq I Valideyn saatı
"Valideyn saatı"nın qonağı pediatr-infeksionist Aytən Ziyadova ilə uşaqlarda ən çox rast gəlinən infeksion xəstəliklər, onların əlamətləri, müalicə üsulları və profilaktik tədbirlər haqqında söhbət etdik.
-
522
Azərbaycanın unudulmaz səsləri necə qorunur? I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov ilə ölkəmizin zəngin səs irsinin qorunması, müxtəlif dövrlərə aid unikal səsyazmalarının toplanması, bərpası və rəqəmsallaşdırılması prosesi, eləcə də arxiv fondlarında saxlanılan dəyərli materialların mədəniyyət tariximizdəki əhəmiyyəti barədə danışdıq.
-
521
Şəfa Yadigarova sağlam qidalanmanı biznesə necə çevirdi? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı həkim-dietoloq, "Shefalı Heyat Coffee & Healthy Food"un təsisçisi Şəfa Yadigarova oldu. Verilişdə sağlam həyat tərzinin təşviqi ilə biznesi bir araya gətirməyin yolları, sağlam qidalanma sahəsində sahibkarlığa başlamaq, brend yaratmaq prosesi, bu sahədə qarşıya çıxan çətinliklər barədə söhbət etdik.
-
520
Vüsal Murtuzəliyev: Teatr, kino və dublyaj həyatı I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor Vüsal Murtuzəliyev oldu. Verilişdə aktyorun sənətə gəliş yolu, teatr və kino fəaliyyəti, dublyaj sahəsində qazandığı təcrübə, obrazları və yaradıcılıq planları haqqında söhbət apardıq.
-
519
Ələkbər Hüseynovun ömür və sənət yolu I Sənətin səsi
"Sənətin səsi"ində Ələkbər Hüseynovun 65 illik yubileyinə həsr etdiyimiz verilişdə sənətkarın yaradıcılıq yolu, canlandırdığı obrazlar, sənətə verdiyi töhfələr haqqında söhbət etdik. Qonaqlar - aktyorun övladları skripka ifaçısı Nərgiz Ələkbər Hüseynzadə və fotoqraf Cavidan Hüseynzadə ataları ilə bağlı xatirələrini, ailə daxilində tanıdıqları Ələkbər Hüseynovu, onun sənətə və həyata baxışı barədə danışdılar.
-
518
Rasim Qurbanovun çoxşaxəli yaradıcılıq dünyası I Sənətin səsi
"Sənətin səsi"nin qonağı çoxşaxəli yaradıcılığı ilə seçilən rəssam, dizayner, şair və musiqiçi Rasim Qurbanov oldu. Verilişdə qonağımızın incəsənətin müxtəlif sahələrini bir araya gətirən yaradıcılıq yolu, rəssamlıq və dizayn sahəsindəki fəaliyyəti, poeziyaya və musiqiyə olan sevgisi, ilham mənbələri, həyata keçirdiyi layihələr və gələcək planları barədə söhbət etdik.
-
517
Azərbaycanda moda biznesi: Fürsətlər və çətinliklər | Günel Hüseynli I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı “The Soft Speak” markasının təsisçisi və dizayneri Günel Hüseynli oldu.Verilişdə moda sahəsində sahibkarlığın inkişafı, şəxsi brend yaratmağın incəlikləri, dizayn prosesinin mərhələləri və yerli moda sektorunda qarşıya çıxan imkanlar və çətinliklər barədə söhbət etdik.
-
516
Araz İmanov musiqiyə necə başladı? I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı musiqiçi Araz İmanov oldu. Verilişdə onun musiqiyə gəliş yolu, yaradıcılıq fəaliyyəti, ifaçılıq təcrübəsi, ilham aldığı məqamlar barədə danışdıq. Həmçinin sənətə baxışı, səhnə xatirələri barədə də söhbət etdik.
-
515
Atanın uşağın həyatındakı rolu I Valideyn saatı
"Valideyn saatı" verilişinin qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov ilə ailədə atanın məsuliyyəti, övlad tərbiyəsində ata nümunəsinin əhəmiyyəti, ata-övlad münasibətlərinin möhkəmləndirilməsi yolları haqqında danışdıq.
-
514
Simarə İmanovanın sənət yolu və muğam yaradıcılığı I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı xanəndə, Xalq artisti Simarə İmanova ilə sənətkarın muğam yaradıcılığına uzanan yolu, illər ərzində qazandığı uğurlar, milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, eləcə də yaradıcılığındakı yeniliklər barədə söhbət etdik.
-
513
Diksiya və ünsiyyət uğura necə təsir edir? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "MentaLogical Academy"nin rəhbəri, diksiya və ünsiyyət bacarıqları üzrə mütəxəssisi Şəfiqə Xaliqova oldu. İşgüzar ünsiyyətdə ən çox edilən səhvlər, rəhbərlik və komanda münasibətlərində effektiv kommunikasiya, şəxsi brendin formalaşmasında nitqin əhəmiyyəti, sosial şəbəkələrdə və media qarşısında uğurlu çıxışın incəlikləri, eləcə də bu sahədə peşəkar inkişaf üçün vacib məqamları müzakirə etdik.
-
512
Zülfiyyə Qurbanova ilə teatr, sənət və səhnə həyatı haqqında I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova ilə sənətə gəlişindən, ilk səhnə təcrübələrindən, Bakı Bələdiyyə Teatrında keçdiyi yaradıcılıq yolundan və peşəsinin görünməyən tərəflərindən danışdıq.
-
511
Ayaz Qasımov: Sevilən mahnıların hekayələri I Sənətin səsi
"Sənətin səsi" verilişində qonaq olan Ayaz Qasımov ilə sevilən ifaları, musiqi yaradıcılığı ətrafında söhbət etdik. Həmçinin, o, repertuarında xüsusi yer tutan mahnıların hekayələri, hər mahnıya yanaşma tərzi barədə danışdı.
-
510
Mikrorayon serialı: kamera arxası və gələcək planlar I Sənətin səsi
"Sənətin səsi" verilişində"Mikrorayon" serialının baş prodüseri Sevinc Əliyeva, aktyorlar Orxan İskəndərli və Elşən Əskərov ilə serialın ərsəyə gəlmə prosesi, canlandırdıqları obrazlar və gələcək yaradıcılıq planları barədə söhbət etdik.
-
509
Sahibkarlıq yolunda çətinliklər və uğurlar: "iCheck Medical"ın təsisçisi Leyla Orucova I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "iCheck Medical" tətbiqinin təsisçisi Leyla Orucova ilə "iCheck Medical" tətbiqinin yaranma ideyası, istifadəçilərə təqdim etdiyi imkanlar, tibbi xidmətlərin daha əlçatan və rahat olmasına verdiyi töhfə, eləcə də sahibkarlıq yolunda qarşıya çıxan çətinliklər və əldə olunan uğurlar barədə danışdıq.
-
508
Fərqanə Qasımova ilə "Ana" layihəsi və milli musiqimizin gələcəyi I Sənətin səsi
"Sənətin səsi"nin qonağı xanəndə, Əməkdar artist Fərqanə Qasımova ilə milli musiqimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlər, "Ana" layihəsi, eləcə də yeni layihələri barədə söhbət etdik.
-
507
Camal Qasımov — "Sanremo Junior" Uğuru və Yaradıcılıq Yolu I Sənətin səsi
"Sənətin səsi"nin qonağı gənc ifaçı, "Sanremo Junior" beynəlxalq mahnı və musiqi müsabiqəsində Azərbaycanı uğurla təmsil edən Camal Qasımov oldu. Verilişdə Camal Qasımovun musiqiyə ilk addımları, beynəlxalq səhnədə qazandığı təcrübə, "Sanremo Junior" müsabiqəsində yaşadığı anlar, gələcək yaradıcılıq planları haqqında danışdıq.
-
506
Gülər Əmirahova: Memarlıqdan biznesə gedən uğur yolu I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı memar, "Flax Project" şirkətinin təsisçisi və rəhbəri Gülər Əmirahova ilə memarlıq sahəsində uğurlu karyera qurmağın sirlərindən, yaradıcılıqla biznesin vəhdətindən, öz brendini formalaşdırmaq yolunda atdığı addımlardan danışdıq.
-
505
Aktyor Səfa Mehdi: Yaradıcılıq yolu, teatr və kino haqqında I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor Səfa Mehdi oldu. Söhbət zamanı onun sənətə gəliş yolundan, teatr və ekran fəaliyyətindən, rol aldığı layihələrdən, yaradıcılıq axtarışlarından danışdıq.
-
504
Uşağın inkişafı və sağlamlığı: Pediatr məsləhətləri I Valideyn saatı
"Valideyn saatı"nın qonağı fəlsəfə doktoru, pediatr, "Boston Children's Hospital"ın "Developmental Pediatrics" şöbəsində elmi işçi Ülviyyə Aslanova ilə uşaqların fiziki və nevroloji inkişaf mərhələləri, erkən inkişafın qiymətləndirilməsiı, qidalanma, yuxu rejimi, immunitetin gücləndirilməsi, tez-tez rast gəlinən uşaq xəstəlikləri, profilaktik müayinələrin əhəmiyyəti haqqında danışdıq.
-
503
Xalq artisti Nəzakət Teymurova: Yaradıcılıq yolu və milli musiqimizin təbliği I Sənətin səsi
"Sənətin səsi" verilişində qonaq olan xanəndə, Xalq artisti Nəzakət Teymurova ilə yaradıcılıq yolu, səhnə fəaliyyəti, yaddaqalan obrazları, eləcə də milli musiqimizin ölkəmizdə və xaricdə təbliği istiqamətində gördüyü işlər barədə söhbət etdik.
-
502
Hobbidən brendə: “Resm Jewelry” necə yarandı? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı Rəsminə Qürbətova – “Resm Jewelry” brendinin təsisçisi ilə zərgərlik sənətinə olan marağın uğurlu biznesə çevrilməsi, yerli brendin formalaşma prosesi, müasir dövrdə əl işlərinin bazardakı rolu və sahibkarlıq yolunda qarşıya çıxan çətinliklərdən danışdıq. Həmçinin “Resm Jewelry” brendinin yaranma hekayəsi, fərqləndirici xüsusiyyətləri, müştəri məmnuniyyətinin təmin edilməsi haqqında da danışdıq.
-
501
Azərbaycan Muğamının İnkişafı: Qəzənfər Abbasov Danışır I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı xanəndə və Əməkdar müəllim Qəzənfər Abbasov ilə qonağımızın sənət yolu, muğam ifaçılığı sahəsində qazandığı uğurlar, pedaqoji fəaliyyəti və Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən söhbət açdıq.
-
500
Vətənpərvərlik uşaqlarda necə başlayır? I Valideyn saatı
“Valideyn saatı” verilişində hərbi ekspert Emin Həsənli ilə uşaqlarda vətənpərvərlik ruhunun formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti barədə söhbət apardıq. Verilişdə valideynlərin bu istiqamətdə üzərinə düşən vəzifələr, eləcə də gələcək nəslin vətənə bağlı, məsuliyyətli və fəal vətəndaş kimi yetişdirilməsi mövzularını da müzakirə etdik.
-
499
Aynur İsgəndərli: Hərbi Orkestrin səsi və vətənpərvərlik ruhu I Sənətin səsi
“Sənətin səsi” verilişinin qonağı Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Aynur İsgəndərli ilə hərbi orkestrin fəaliyyəti, vətənpərvərlik ruhunu aşılayan musiqi nümunələri, səhnə təcrübəsi və sənət yolunda qazandığı uğurlar barədə söhbət apardıq.
-
498
Müştəri məmnuniyyəti biznesi necə böyüdür? I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı “Premium Beauty”nin təsisçisi Münəvvər Mustafayeva ilə gözəllik və xidmət sektorunda uğurlu biznes qurmağın sirrləri, brend yaratmaq prosesində qarşıya çıxan çətinliklər, müştəri məmnuniyyətinin əhəmiyyəti və sahibkarlıq fəaliyyətində innovativ yanaşmalar haqqında danışdıq. Qonağımız öz biznes yolundan, qazandığı təcrübədən və gələcək hədəflərindən bəhs etdi.
-
497
Dublyajın görünməyən tərəfləri: Nəzakət və Rövşən Məmmədlilərlə səmimi söhbət I Sənətin səsii
"Sənətin səsi" verilişinin qonaqları aktrisa və dublyaj rejissoru Nəzakət Məmmədli, aktyor və dublyaj prodüseri Rövşən Məmmədli ilə sənətə gəliş yolu, dublyaj sahəsində qazandıqları təcrübə, bu peşənin görünməyən tərəfləri, eləcə də yaradıcılıq münasibətləri haqqında söhbət etdik
-
496
Uşaqlar və imtahan həyəcanı I Valideyn saatı
"Valideyn saatı" verilişində qonaq psixoloq, NLP Master Elmir İsgəndərov ilə imtahan həyəcanının yaranma səbəbləri, onun uşaqlarda özünəinam və nəticələrinə təsiri, eləcə də valideynlərin bu prosesdə rolu barədə müzakirə etdik. Qonağımız, həmçinin imtahan stressinin idarə olunması üçün psixoloji üsullar, uşaqlara dəstək yolları barədə valideynlərə faydalı tövsiyələr verdi.
-
495
Azərbaycan Operası Dünyaya Necə Tanıdılır? İlham Nəzərov I Sənətin səsi
"Sənətin səsi" verilişində Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, opera ifaçısı və pedaqoq İlham Nəzərov ilə musiqi yaradıcılığı, opera sənətinin incəlikləri, milli və dünya musiqisinin sintezi, beynəlxalq səhnələrdə qazandığı uğurlar və pedaqoji fəaliyyəti barədə söhbət apardıq. Verilişdə, həmçinin gənc musiqiçilərin yetişdirilməsi, Azərbaycan musiqisinin təbliği istiqamətində görülən işlər və sənətkarın gələcək layihələri haqqında da danışdıq.
-
494
Ata və övlad münasibətləri
"Valideyn saatı" verilişinin qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasətçi Amid Əliyev və qızı Gültac Əliyeva ilə ata və övlad münasibətlərinin müxtəlif tərəfləri barədə söhbət apardıq. Qonaqlarımız ailədə sevgi və hörmət mühitinin yaradılması, övladların tərbiyəsində atanın rolu, nəsillər arasında dialoqun qurulması, eləcə də bir-birini anlamağın əhəmiyyəti ilə bağlı danışdılar.
-
493
Muğam sənətinin incəlikləri: Yaqut Abdullayeva ilə sənət söhbəti
“Sənətin səsi” verilişinin qonağı xanəndə, Əməkdar artist Yaqut Abdullayeva ilə Qarabağ xanəndəlik məktəbinin sənətkarın yaradıcılığına təsiri və keçdiyi sənət yolu barədə söhbət apardıq. Qonağımız muğam sənətinə olan sevgisindən, səhnə fəaliyyətinin yaddaqalan məqamlarından bəhs etdik. Eyni zamanda, Qarabağın musiqi ənənələri, muğam sənətinin incəlikləri və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti barədə danışdıq.
-
492
Rəqabətdə necə fərqlənməli? Biznesdə Brend Dəyərinin Gücü I Biznes inciləri
“Biznes inciləri” verilişinin qonağı “Beko” şirkətinin Qafqaz regionu üzrə regional marketinq meneceri Əfşan Bağırlı ilə qlobal brendin regional bazarlarda tətbiq etdiyi marketinq strategiyaları, müasir dövrdə istehlakçı davranışlarının dəyişməsi, rəqəmsal marketinq alətlərinin biznesə təsiri və brend dəyərinin formalaşdırılması mövzularını müzakirə etdik. Həmçinin marketinq sahəsində müşahidə olunan yeni tendensiyalar, şirkətlərin rəqabət mühitində fərqlənmək üsulları və uğurlu kommunikasiya strategiyalarının əhəmiyyəti barədə söhbət apardıq.
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
"Dalğa FM" 92.5 FM"Dalğa"nı tut, fərqi hiss et
HOSTED BY
Dalğa FM
CATEGORIES
Loading similar podcasts...