PODCAST · kids
Havva Safarova - Ninja Mama Podcast
by Havva Safarova
Ninja Mama podcast-ımız müxtəlif qonaqlarla müasir dövrdə Azərbaycanda uşaq yetişdirmək, onların azad ruhlu inkişafında qarşılaşdıqları streotiplər, etdikləri səhvlər və doğru yolu tapma cəhdləri, uşaqlarla səyahət, uşaqların inkişaf dövründən bəhs edən azərbaycan dilində portaldır. Hər həftə yeni podcast dinləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz. Hosted on Acast. See acast.com/privacy for more information.
-
34
Xəstəxanalarda firma dərmanı biznesi
Həkim psixiatr Orxan İsgəndərovla seanslar zamanı "dərman istifadəsi" və bu asılılıq yaradırmı mövzusundan danışdıq! Sizin öz şəxsi təcrübələriniz necə olub? Bizimlə paylaşın. 0:07 - Salamlaşma1:13 - “Şizofreniya, depressiya kimi bir sıra psixoloji xəstəliklərin sağalması mümkün deyil” - bu həqiqətdirmi?3:52 - Psixi sağlamlıq istiqamətində miflər var. Bunlar hansılardır və nədən qaynaqlanır?6:16 - Psixoterapiya yalnız danışmaqdırmı?7:12 - Firma dərmanları effektsizdir? Niyə firma dərmanlarından bu qədər qorxuruq?9:29 - Apteklərin alternativ dərman tövsiyəsi nə dərəcədə etikdir?14:38 - Hansı mərhələdə, kimə (psixoloq, psixoterapevt, nevropatoloq və b.) müraciət etməliyik?17:23 - Dərmanlar asılılıq yaradırmı?19:37 - Dərman psixoloji problemdə nə kimi rol oynayır? Nəyə kömək edir?24:10 - Dərmanın istifadə fərqindəliyində olmaq həmin xəstəliyə təsirinə kömək edirmi? Yoxsa, faydalı olacağına inandığımız üçün təsir edir?29:07 - Uşaqlarda dərmanın effektivliyi uzunmüddətli inkişafında hər hansı əks təsir göstərə bilərmi? Bu tərz dərmanların əks təsirləri nələrdir?31:34 - Hiperaktiv pozuntusu olan uşaqlarda psixoterapevtik müdaxilə nə dərəcədə rol oynayır?#HavvaSafarova #OrxanIsgenderov #podcast Hosted on Acast. See acast.com/privacy for more information.
-
33
Travmalar bizi güclü edib? İndiki nəsil niyə zəifdir?
Bugün bizə psixoloqların həddindən artıq məlumat axını nəyi ötürməyə çalışır? Travmalar bizə həqiqətən zərərmi verir? Bu proseslərin qızıl ortasını qonağım, Nəfəs Psixi-Sağlamlıq Mərkəzinin həkim-psixiatrı Ramil Hüseynzadə ilə müzakirə etdik. Bəs siz necə düşünürsünüz? 01:00 - Ramil Hüseynzadə kimdir?01:30 - Psixi dözümlülük nədir?02:40 - Bizim valideynlərin psixologiyası yox idi? Niyə onlar haqqında kimsə düşünmürdü? Ancaq biz indi hər şeyi travma ilə əlaqələndiririk.05:34 - İnsan ya tam dərinə gedir, ya da ümumiyyətlə psixologiyanı məsxərəyə qoyur. Bunun qızıl ortası nədir? Hər şeydəmi psixoloqa qaçmaq lazımdır?!10:33 - Çətin zamanlar güclü insanlar formalaşdırır, güclü insanlar zəif xarakterlər formalaşdırır. Bu fikirlə razısınızmı? Burada qızıl orta nə olmalıdır?!14:45 - Səni dəstəkləməyən partnerindən boşanmaq, yoxsa istədiyin dəstəyi alana kimi mübarizə aparmaq? Doğru olan nədir?20:19 - Boşanmağı adiləşdirmək nə dərəcədə normaldır?25:57 - İnsanlar bəzən münasibətlərinin qeyri-sağlam olmadığının fərqində olmurlar və bunu normallaşdırırlar. Biz boşluqlarımıza görə münasibətə giririk? Buna əsl mənada nə ad vermək olar? 31:39 - Psixoloji dözümlülüyü kontrolda saxlamağın bir yolu var? Fərqində olmaq hər şeyi həll edir?38:54 - Niyə biz realı qəbullanmırıq? Niyə reallıqlardan qaçırıq?44:54 - Niyə yol bizə maraqlı deyil? Niyə bu yolun dadını çıxarmaq istəmirik? 50:38 - Uşaqların psixoloji dayanıqlığını davamlı etmək üçün valideynlər necə və hansı addımlar atmalıdırlar? Hosted on Acast. See acast.com/privacy for more information.
-
32
Rahat pul qazanmaqdan yeniyetmələr təhsildən uzaqlaşırmı?
Həkim-psixiatr Vəfa Şirinova ilə Yeniyetməlik nədir, yeniyetmənin yetişkindən fərqi nədir, yeniyetmə ilə necə davranmalı, yeniyetmələrə qarşı edilən bullinqlər, yeniyetmələrlə bağlı hansı risklərə diqqət etmək lazımdır, yeniyetməlik - təhsil və qərarlar, müasir yeniyetməlik, evdə yeniyetmələr varsa necə davranmalı mövzusunda Ninja Mama Podcast görüşümüzdə geniş müzakirə etdik! Hosted on Acast. See acast.com/privacy for more information.
-
31
Niyə işləri ertələyirik? DƏHB nədir?
DƏHP - Diqqət Əksikliyi və Hiperaktivlik Pozuntusu son zamanlarda olduqca aktuallaşan mövzudur.02:53 - Diqqət əksikliyi və hiperaktivlik pozuntusu əslində 2 ayrı-ayrı ifadələrdir. Niyə birlikdədirlər? Və ümumiləşdirsək nə mənaya gəlirlər?05:08 - İmplusivlik tərbiyə olunan bir şeydirmi? İmplusivliyin tərbiyə şəkli qorxu və əzmdirmi?11:22 - Necə o uşaqları qaydada saxlamaq olar? Bu disiplinin təməl qaydası nədir? Bu hansı yaşdan başlayır?12:43 - Uşağın beyni formalaşdığı zaman yaranan problemlər sadəcə qidadanmı asılı olur yoxsa inkişaf prosesində olacaq bir şeydirmi?16:37 - Niyə uşaqlarda məhz uşaq yaşlarında psixoloji dəstək almağa bu qədər meyilli olmuruq? Niyə mütləq ki, altında "nəsil problemi" axtarırıq? Valideynlər nəyi görməkdən qorxurlar?23:03 - Ertələmə xəstəliyi. Bunun kökündə dayanan şey nədir? Bu diqqət əksikliyinin ən təməl problemidir?29:16 - Gənclər asılılıq və implusivlikdən əziyyət çəkirlərsə bunun öhdəsindən necə gəlsinlər? Dəstək alaraq bunun öhtəsindən gələ bilərlərmi? Hosted on Acast. See acast.com/privacy for more information.
-
30
Gənclər niyə intihar edir? Çıxış yolun var! Bu podcastı dinlə
İntihar xəbərləri yayıldıqca, intihar halları artır. Mütəxəssislər bildirir ki, bir çox hallarda intihar qarşı tərəfi cəzalandırmaq üçün atılan addımdır və bu birdən-birə baş verəcək proses deyil. Qonağım, Nəfəs Psixi-sağlamlıq mərkəzinin həkim-psixiatrı Əziz Mustafayev ilə intihar, yalançı və şişirdilmiş media başlıqları və bunun qeyri-etik tərəflərindən danışdıq. Bəs siz necə düşünürsünüz? Hosted on Acast. See acast.com/privacy for more information.
-
29
Azərbaycanda 250 AZN ödəyərək, Özəl məktəbdə uşaq oxutmaq olar?
0:10 - Tural bəy kimdir? Nəçidir? Nə işlə məşğul olur?3:15 - 5 illik yaratmış olduğunuz bir sistemi qoyub, yenidən, sıfırdan bir sistem yaratmağa sizi təşviq edən nədir?5:37 - Zəfər liseyi haqqında ətraflı məlumat almaq istərdim. Həqiqətən təhsil 250 manatdırmı? Necə olur bir çox özəl məktəbdə illik ödəniş 7-8000-dən başlayarkən siz sadəcə 250 manata təhsil deyirsiniz?10:25 - Beynəlxalq təhsilə yönəlmək önəmi hardan gəlir? Yerli təhsil sistemində problem var ki, biz daha çox beynəlxalq təhsilə qaçmağa çalışırıq?15:45 - Beynəlxalq təhsil sahəsində hansı təcrübələriniz var? Hansı layihələrdə iştirak etmisiniz? Hansı layihələrə təşəbbüs göstərmisiniz?20:26 - Beynəlxalq təhsilin uşağın karyera yolunda sözünü dediyi nüans nədir? Bakıda və ya rayonda böyüyüb, daha sonra öz üzərində işləyərək beynəlxalq təsilə yiyələnə bilən insanlardan fərqi nə olacaq beynəlxalq təhsil alan uşağın?24:21 - Beynəlxalq təhsil proqramında şagirdlər hansı imtahanları vermələri vacibdir? 27:17 - Bu sahədə, proqramların tətbiqi Azərbaycanda nə dərəcədə yayqındır? Valideyn olaraq zəmanət və rahatlığı necə ala bilərik ki, həqiqətən dərsləri tədris edən müəllimlər ixtisaslı kadrlardır?30:14 - O zaman belə çıxır ki, bizim yerli kurikulum sistemi hərtərəfli olmağı öyrədir, nəyinki beynəlxalq sistem (parafreys)30:45 - Valideynləri beynəlxalq təhsildə maraqlandıran və sizin təcrübənizə ən çox daxil olan sual və narahatlıqlar nədir? Hosted on Acast. See acast.com/privacy for more information.
-
28
Niyə təntiyirik? Təntimə hansı psixoloji problemimizi göstərir?
Ninja Mama Podcast-ının bu dəfəki qonağı, Nəfəs Psixi-Sağlamlıq Mərkəzinin ( / nefes.academy ) həkim-psixiatrı Orxan Fərəcli ilə OKP-dən, yəni Obsessiv Kompulsiv Pozuntudan, loru dildə desək, təntimə zamanı yaranan psixoloji problemlərdən danışdıq! Toxunduğumuz mövzular aşağıdakı kimidir: 1. OKP nədir? İnsan hansı səbəblərdən bu xəstəliyə tutulur? Ümumiyyətlə bu xəstəlikdir mi? 2. OKP bir çox hallarda digər təşviş pozuntusu, depressiya kimi psixoloji narahatlıqlarla qarışdırılır. İnsan hansı halda anlamalıdır ki, onda məhz budur və vaxtında mütəxəssisə müraciət etsin? 3. OKP-li insanlar mütəxəssis seçən zaman, ən önəmli nələrə diqqət yetirməlidir?4. OKP sağala bilən xəstəlikdir mi? Hansı hallarda sağalması insanın çətinləşir?Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün bizə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola biərsiniz: https://kofe.al/@havva-safarova Hosted on Acast. See acast.com/privacy for more information.
-
27
Niyə boşanırıq? Azərbaycanda hər 2 ailədən 1-i boşanır - Elmir Təhməzovla Nəfəs dolu görüş
Azərbaycanda statistikaya görə evlənən hər 2 cütlükdən 1-i boşanır. Bəs bu boşanmaların səbəbi nədir? Evlənirik ki boşanaq? - qonağım, Nəfəs Psixonevroloji Mərkəzinin ( / nefes.academy ) psixiatrı Elmir Təhməzov! 00:40 - Salamlaşma 01:48 Evlilikdə biz nəyi yanlış edirik ki, boşanma ilə nəticələnir?03:22 - Rəsmi nikah həqiqətən sığortadırmı?07:55 - Evlilikdə cinsəllik nə qədər önəmlidir?12:05 - Qadınlar evləndikləri zaman niyə həyat yoldaşlarının xarakterini dəyişmək istəyirlər?15:34 - Uğursuz psixiatr yanaşması bir ailəni dağıda bilərmi? Bəzən psixiatrlar yanlış yönləndirilirmi?25:45 - Ailə dağılmasında kim günahkardır?29:25 - Cütlüyün bir birinə sevgisi bitsə, bu evlilik bərpa ola bilir?42:42 - Yanlışı özündə görünməyən insanla evlilik davam edə bilər?56:00 - Sağollaşma Hosted on Acast. See acast.com/privacy for more information.
-
26
Disleksiya nədir? - Uşağım yazıları tərs görür və yaza bilmirsə?!
"Başı var amma oxumur!" - çox mu deyirsiniz övladınıza? Bəlkə görmədiyiniz problemi var? Mən də o problemi görməmişdim! Disleksiya haqqında daha çox müəllim və valideyn bilməlidir, bilməlidir ki, uşaqlar təhsildən geri qalmasın!00:40 - Salamlaşma01:21 - Disleksiya nədir? Disleksiya üzrə həyəcan təbili nə zaman çalınmalıdır?03:47 - Disleksiyanın ilkin əlamətləri nədir?05:50 - Valideyn nə zaman anlamalıdır ki, nəsə düzgün getmir?11:19 - Disleksiya ilə diqqət əksikliyi arasındakı fərq nədən ibarətdir? Valideynlər kimə müraciət etməlidir?14:31 - Hansı mərhələlərdə disleksiya yox olur? Ümumiyyətlə disleksiya tam sağalırmı?21:25 - Kumulyativ anlatma strategiyası nədir?22:37 - Disleksiya ilə mübarizə üçün valideynlərə və müəllimlərə tövsiyəniz nədir?26:55 - Sağollaşma Hosted on Acast. See acast.com/privacy for more information.
-
25
Şəxsi brendinqimizin biznesimizə təsiri | Kvan kitabının müəllifi Coşqun Kərimov | Ninja Mama
Bugünün əsas tələbi satışdır mı yoxsa dəyər yaratmalıyıq? Bizim şəxsi brendinqimiz biznesimizin inkişafına nə dərəcə təsir edir? Kvan kitabının müəllifi Coşqun Kərimov "aşırı məşhurluq heç də yaxşı bir şey deyil, əgər doğru istifadə edilmirsə"."Danış Görək" adlı kitabında hazırda bu danışdıqlarımızın üzərinə əsas vacib detallar və ipuclarından ibarət tövsiyələrini qaçırmayın: https://kofe.al/@joshgun Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın. 🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz: https://kofe.al/@havva-safarova 📬ƏMƏKDAŞLIQ ÜÇÜ[email protected] Hosted on Acast. See acast.com/privacy for more information.
-
24
20-li yaşlarda qadın sahibkar olma problemləri (Fəridəni narahat edən nə idi?) - Ninja Mama Podcast
Azərbaycanda gənc yaşlardan biznesə başlayan qadınlar, adətən və ya daha çox hansı problemlərlə rastlaşırlar? Mən, Həvva Səfərovanın təqdimatında Ninja Mama podcastımın bu dəfəki qonağı sahibkar, ilin Tech influenseri Fəridə Əsgərzadədir. Bəs siz cəmiyyətimizdə hansı problemlərlə üzləşmisiniz qadın sahibkar olaraq?Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın. 🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz: https://kofe.al/@havva-safarova 📬ƏMƏKDAŞLIQ ÜÇÜ[email protected] Hosted on Acast. See acast.com/privacy for more information.
-
23
Uşaq infeksiyaları ilə bağlı ilkin görülməli tədbirlər | Peyvəndin önəmi | Bahar Quliyeva
Qonağım epidemioloq Bahar Quliyeva ( sosial media hesabı @epidlife_savelifewithus ) son dönəmlər yayılan infeksion xəstəliklər və onlardan müdafiə haqqında müsahibim oldu. 00:10 - Salamlaşma 00:49 - Vaksin vurulmalıdırmı? Peyvənd vurulmalıdırmı? Ümumiyyətlə peyvəndlərə qarşı bizdə niyə ikili münasibət var? Bəzi analar deyir ki, mütləq vurulmalıdır, bəzi analar isə bunun qəti əleyhinədir. Bir ortası yoxdur bunun?04:48 - Biz necə öz övladlarımızı uşaqlarına peyvəndlənməni etməyən laqeyd valideynlərdən qoruyaq?06:56 - Övladlarımızda bitlənmənin(pedikulioz) artım səbəbi nədir?09:12 - Övladlarımızı bağçada bağırsaq infeksiyasından necə qoruya bilərik?12:43 - Bağırsaq infeksiyası ilə bağlı profilaktik tədbirlər varmı? Biz bu infeksiyadan öncədən necə xəbər tuta bilərik?14:05 - Qonağın son sözü 14:41- Sağollaşma Hosted on Acast. See acast.com/privacy for more information.
-
22
Valideynimizlə münasibətimizin karyera və sevgi həyatımıza təsiri | Leyla Azadi | Ninja Mama
00:00 - Salamlama, Leyla Azadi kimdir01:10 - Biz insan olaraq yetişdiyimiz zaman valideynlərimizin təsiri bizə həqiqətən bu qədər çox olur ya genetik faktorlar öz sözünü deyir? 02:30 - Valideynlərdən gələn hər şey mi travmadır? Bundan necə qorunmalıyıq? 04:50 - Həqiqətən mi valideynlər bu qədər günahkardır? Bəs onların aldığı travmalar? 07:00 - Sanki bəzən başqa insanların, özəlliklə yaxınlarımızın seçimlərini zorlamalıyıq və müdaxilə etməliyik. Yalnış mı düşünürük? 08:10 - Yeni evli cütlüklərdə ailə sərhədlərinin pozulmasının qarşısını necə qorumaq olar? Ananı bu proseslərdən necə uzaq tutmaq lazımdır? 11:00 - Toksik sevgidə olan valideynlərin "mən sənin yaxşılığını düşünürəm" manipulyasiyalarından yığılan uşaqların partlayış anında emosiyaların idarə edilməsinin püf nöqtəsi nələrdir? 16:55 - Valideynlərimizlə olan çaxnaşma anından özümüzü maksimum necə qoruya bilərik? 20:00 - Müəyyən çətinlik və günahlandırılma duyğusunda onların dəyişimi üçün "necə valideynimi incitmədən, mən azad ola bilərəm" sorğulamalarına hansı tövsiyələri verə bilərsiniz mütəxəssis kimi? Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın. 🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz: https://kofe.al/@havva-safarova 👋 Kanalıma abunə olun! / @havvasafarovabloq💡valideynimlə münasibətimin karyerama təsiri..📬ƏMƏKDAŞLIQ ÜÇÜ[email protected]: / ninjamama_podcast / havva-safarova Hosted on Acast. See acast.com/privacy for more information.
-
21
Fabrika ayarlarımda mən kiməm və niyə travmalarım döngü yaşayır? | Sevda Əliyeva | Ninja Mama
Natamamlıq hissimiz bizə daim özümüzü inkişaf etdirmək üçün, daha yaxşı versiyamız halına çatmamız üçün bir stimul, impuls verir. Fabrika ayarlarımıza hər zaman geri dönürük, bu döngü bitmir, axı travmalarımızın fərqindəyik. Bəs bu fərqindəlik travmaları sağaltmadıqda bir işə yarayır mı? Yarasaydı, biz hər oxşar hadisədə eyni reaksiyaları verməzdik, eyni tərz emosiyalar sərgiləməzdik. Sağalmamış travmalar bizi hər dəfəsində məhz öyrəşilmiş fabrika ayarlarımıza aparır. Bəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digərləri ilə bölüşməyi unutmayın. 🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün mənə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola bilərsiniz: https://kofe.al/@havva-safarova 👋 Kanalıma abunə olun! / @havvasafarovabloq💡yaşadığım hisləri ilk öncə özümə qarşı yaşayıram... • mən keçmişimə sahib çıxdığım zaman, o güc, mənim bir parçam olur Həvva Səfərova Kimdir? / havva-safarova-034456133 📬ƏMƏKDAŞLIQ ÜÇÜ[email protected]: / ninjamama_podcast / havva-safarova Hosted on Acast. See acast.com/privacy for more information.
-
20
Emosional yoxsa Aqressiv - ziddiyətli iki ifadəni harada doğru istifadə edək? - Orxan Şahbaz
Aqressiya nədir və necə formalaşır? Nə vaxt emosiyalarımızın qurbanı olaraq, biz daha aqressiv mövqe sərgiləyirik? - Ninja Mama ilə Orxan Şahbazın #Zidd söhbətləriBəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digər valideynlər ilə bölüşməyi unutmayın. 🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün bizə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola biərsiniz: https://kofe.al/@havva-safarova 📬ƏMƏKDAŞLIQ ÜÇÜ[email protected]: / ninjamama_podcast Hosted on Acast. See acast.com/privacy for more information.
-
19
Təbii yeməklər varsa, qida əlavələri valideyn özünə rahatlıq axtardığı üçündür
Təbii qida əlavələri olduğu müddətdə, xüsusi göstəriş olmadan süni qida əlavələrinə gərək yoxdur. Qonağım Hetero şirkətinin direktoru, Rüfət SəmədovBəs siz necə düşünürsünüz? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.Şərhlərdə fikirlərinizi yazmağı, kanalımızı izləməyi, videonu digər valideynlər ilə bölüşməyi unutmayın. 🔔 Kanalın daha çox böyüməsi və daha maraqlı podcastlar üçün bizə öz dəsytəyinizi linkə keçid edib, kofe ismarlayaraq dəstək ola biərsiniz: https://kofe.al/@havva-safarova 👋 Kanalımıza abunə olun! / @havvasafarovabloq💡süni qida əlavəsi adı üzərində, sünidir... • balığın özünü qoyub, balıq yağı verməyin Həvva Səfərova Kimdir? / havva-safarova-034456133 📬ƏMƏKDAŞLIQ ÜÇÜ[email protected]: / ninjamama_podcast Podkastı dinləmək üçün:🔻Spotify: https://open.spotify.com/show/1EsGkyE... Hosted on Acast. See acast.com/privacy for more information.
-
18
Uşaqlarla səyahət zamanı tibbi çantamızda hansı dərmanlar olmalıdır? - Ninja Mama
Uşaqlarla səyahət zamanı #uşaqsağlamlığı ilk düşündüyümüz detaldır və bu səbəbdən də, #NinjaMama podcastı tətildə olsa da, qısa və net bu mövzuya toxunacağımız çəkilişi etdik. Pediatr Gülnar Abdullayeva, səyahət zamanı baş verə biləcək mümkün bütün problemlər və onlarla mübarizədən danışdıq. Səyahət gözəldir, uşaqlarla səyahət isə məsuliyyətli gözəldir. Necə deyərlər ehtiyat igidin yaraşığıdır. 📬ƏMƏKDAŞLIQ ÜÇÜN YAZIN: [email protected] Instagram: / havva_safarova Podkastı dinləmək üçün:🔻Spotify: https://open.spotify.com/show/1EsGkyE... Hosted on Acast. See acast.com/privacy for more information.
-
17
Sağlam qida biznesi - Avokadolar həqiqətən mi sağlamdır? - Fərid Səfərov - Ninja Mama Podcast
Ən çox sosial media üzərindən təbliğ edilən avokadolar həqiqətən də sağlamdır mı? Ümumiyyətlə, sağlam qida nədir və necə olmalıdır? Sağlam qidalanma zamanı nələri əsas götürməliyik? - qonağım qida eksperti Fərid Səfərov ( / frd.safarov ) bu istiqamətdə suallarıma cavab verdi. Sualınız varsa, yazın. Videoya dəstək üçün bəyənməyi və şərh etməyi unutmayın. Hosted on Acast. See acast.com/privacy for more information.
-
16
Qaynanalar gəlindən nə istəyir? - Ninja Mama - Günel Xəlilova - Esmira Səfərova - Həvva Səfərova
Qaynana-Gəlin münasibətləri və altında yatan psixoloji travmalar. Bu dəfə iki fərqli qonağımla həm real düşüncə, həm də bunun altında yatan psixoloji nüanslar üçün söhbət etdik. Qonaqlarım - qaynanam Esmira Səfərova, psixoloq Günel Xəlilova ( / psixoloq_gunel_xelilova )Sualınız varsa, yazın. Videoya dəstək üçün bəyənməyi və şərh etməyi unutmayın. Hosted on Acast. See acast.com/privacy for more information.
-
15
Doğum xəritəsi övladımızın həyat yolunda necə dəyişir?
Doğum xəritəsi insanların həyati yollarına istiqamət verdiyi üçün yaxşı olar ki, bu istiqaməti uşaqlarımızda da tətbiq edək ki, həm uşağımızın potensialına bələd olub onları istiqamətləndirə bilək, həm də ki, uşaqlıqdan doğru düzgün tərbiyələndirməyə qatqımız olsun.Eyni zamanda uşaqların xəstəlik ehtimallarını doğum xəritəsindən bilirik, bu da bizim onlar üçün başından tədbir görməyimiz üçün bir şans olmuş olur. Qonağım Arzu Məmmədli ( https://instagram.com/arzu_mammadlii?... ) bu istiqamətdə bütün suallarımı cavablandırdı. Kanala abunə olmağı və fikirlərinizi bildirməyi unutmayın. Əməkdaşlıq və sponsorluq üçün [email protected] mail ünvanına yaza bilərsiniz. Hosted on Acast. See acast.com/privacy for more information.
-
14
Tiktokda elmi mövzuda səhifə idarə edərək məşhur olmaq
Vüsal Yusifli ilə "Azərbaycanda ata olmaq və Tiktokda elmi mövzuda səhifə idarə edərək məşhur olmaq" mövzusunda gözəl müzakirəmiz oldu. Uzun zamandan sonra #ninjamama podcast yayımımız yenidən davam edir. Daha çox mütəxəssislərin fikirləri üçün kanalımı izləməyi unutmayın. Proqrama tərəfdaş və ya sponsor olmaq üçün əlaqə: [email protected] Hosted on Acast. See acast.com/privacy for more information.
-
13
Yaradan bizi unudub mu?!
#NinjaMama podcastımın növbəti qonağı, spritual kouç Mədinə Mahmudova-Qarayevadır. 1:40 Allah bizi sevirmi? 2:45 Niyə bir niyyətimiz gec yerinə yetir və ya heç yerinə yetmir? 6:16 Bizi ilk dəfə izləyən biri necə anlasın ki, ana bağlarında, ata bağlarında və ya yaradanla arasında problemi var? 10:55 Ruhun qidası nədir? 14:19 Bizə daim pozitiv enerji verən birisinin pis olduğu zamanlarda belə pozitiv enerji verməsinin səbəbi nədir?Yaşam keyfiyyəti düşmüş adamlar adətən, bu təşvişə düşürlər. Görəsən Allah məni unudub? Niyə məndə alınmır? Niyə uğurlu ola bilmirəm? - kimi neqativ yükləmələr edirik, özümüzü daha da aşağı çəkirik. Xeyr, Yaradan səni unutmayıb. Yaradan sənlə əlaqədədir. Sadəcə sən o qədər közərmiş auradasan və aşağı tezlikdəsən ki, Yaradanın sənlə əlaqəsini nə duya, nə də hiss edə bilirsən... Son olaraq, Yaradan bizi unutmur, amma özümüzə sual verək, biz ən son onu nə zaman xatırlamışıq. Hosted on Acast. See acast.com/privacy for more information.
-
12
Uşaqlarda travma nədən yaranır?
Qonağım Klinik-psixoloq Nuriyə Quliyeva ilə "Uşaqlarda fəlakət, bədbəxt hadisə anlarında davranış qaydaları, travmalar və onlarla söhbətləşmə" mövzusundan danışdıq. 0:00 Ümumiyyətlə uşaqlarla fəlakət mövzuları danışılmalıdır mı?0:40 Hansı yaş dövründə bu haqda danışa bilərik? 2:19 Torpağın altında qalmaq nə hiss yarada bilər?2:50 Uşaqlar üzərindən bağça və məktəblərin şiddət mövzularında şoularına səbəb nələrdir?5:15 Hansı tərzdə oyunlarla uşaqdakı şiddəti aşkar edə bilərik? 8:23 Günahkarlıq duyğusu necə və niyə yaranır?10:45 Ağlamaq bizi stresdən nə dərəcə uzaqlaşdırır?12:12 Ananın ağlamağa gizlin yeri yoxdursa, nə etsin? Bu və digər maraqlı mövzuda podcastlara qulaq asmaq üçün kanalımızı izləyin və abunə olmağı unutmayın! Hosted on Acast. See acast.com/privacy for more information.
-
11
Acını yaşamaq qorxusu, beynimiz niyə icazə vermir?
Cəmiyyət olaraq acımızı göstərməyi ya bacarmırıq, ya da bunu başqalarını incidərək, qıraraq edirik. Əslində isə sadəcə acımızı doğru yaşamağı, hissimizin kədər olduğunu anlamırıq.Bu səbəbdən də, önümüzə gələn hərkəslə dalaşırıq, neqativ yük ötürürük.Bəs bu problemin şüuraltındakı nüanslar nələrdir? Necə edək ki, acımızı yaşaya bilək və eyni zamanda sağalaq?Qonağımız, thetahealer, Leyla Kürçaylı ilə kofe masası ətrafında "Acını yaşama qorxusu" mövzusunda maraqlı söhbətimiz baş tutdu.İlk dəfədir ki, canlı görüş ərəfəsində çəkilişi, bu formatı sınayırıq, odur ki, sizlərin rəyləri əsasında formatımız belə mi qalsın, ya standart mı davam edək, onu test etmiş olacağıq. Hosted on Acast. See acast.com/privacy for more information.
-
10
Ölüm qorxusu və yaranma səbəbləri - Qonağım Psixoloq Leyla Hacıyeva
Valideynlərin ölümünü övladına izah etmək indiyə qədər etməli olduğunuz ən çətin işlərdən biri ola bilər. Dürüst olmaq vacibdir, eyni zamanda uşağın yaşına və yetkinlik səviyyəsinə diqqət yetirmək lazımdır. Valideynlərin ölümünü uşağa necə izah etmək üçün bir neçə ipucu:- İzahlarınızı sadə və yaşa uyğun saxlayın: Uşağın anlaya biləcəyi dildən istifadə edin və onları çaşdıra biləcək texniki terminlər və ya cümlələrdən çəkinin.- Dürüst və birbaşa olun: Vəziyyəti ört-basdır etməyə çalışmayın və ya ölüm haqqında danışmaqdan çəkinin. Bu, uşaqda çaşqınlıq və ya inamsızlıq yarada bilər və onların onlardan nəyinsə gizləndiyini hiss etməsinə səbəb ola bilər.- Dəstəkləyici və sakit bir tondan istifadə edin: Bu, uşağın bu çətin dövrdə özünü daha təhlükəsiz və arxayın hiss etməsinə kömək edə bilər.- Uşağı suallar verməyə təşviq edin: Uşağa hər hansı sualı verməyə icazə verin və onlara dürüst və hərtərəfli cavab verməyə vaxt ayırın.- Uşağı nə gözləyəcəyinə hazırlayın: Uşağa bundan sonra nə baş verəcəyini, məsələn, dəfn və ya anım mərasiminin olub-olmayacağını əvvəlcədən bildirin.- Uşağın təhlükəsizliyinə əmin olun: Uşağa əmin edin ki, onlar təhlükəsizdirlər və siz həmişə onların qayğısına qalacaqsınız.- Yaşına uyğun mübarizə strategiyaları təklif edin: Uşağı rəsm çəkərək, yazı və ya oyun vasitəsilə hisslərini ifadə etməyə təşviq edin. Onları vəfat etmiş valideynləri ilə bölüşdükləri xoş anları xatırlamağa təşviq edin.!! Lazım gələrsə, peşəkar yardım alın: Əgər uşaq valideynlərinin ölümü ilə mübarizə aparmaqda çətinlik çəkirsə, onlara kədər və itkini aradan qaldırmağa kömək edəcək bir uşaq terapevtindən və ya psixoloqdan profesional dəstək alın.Nəzərə almaq vacibdir ki, hər bir uşaq fərqlidir və valideyn itkisini fərqli şəkildə idarə edə bilər, uşağın ehtiyaclarına həssas və cavabdeh olmaq və onların fikir və hisslərini emal etməsi üçün təhlükəsiz və dəstəkləyici məkan yaratmaq vacibdir. Heç bir halda uşaqların hislərini basdırmayın, ağlamaması üçün psixoloji basqı etməyin. Lazım gələrsə ağlasın, içindəkini tam çıxarsın. Əgər bacarmırsınızsa, işləri daha da çətinləşdirməyin və sadəcə profesional dəstək alın. Tövsiyələrlə bağlı mənbə: The National Association of School Psychologists (NASP) Hosted on Acast. See acast.com/privacy for more information.
-
9
Düzgün yazı yazma teknikaları - önəmlidir mi?! Bu uşağın savadına təsir edir mi?!
Etiraf edək, övladımız səliqəli yazsın deyə çoxmu stres keçirmişik, əsəbləşmişik?Bəs bunu məhz tələb edən müəllim və valideynlər, nə düşünürsünüz, sizcə bilik göstəricisidir mi səliqəli yazı? Doğru yazı texnikaları var mı?! Bu müasir təhsil sistemində nə dərəcə önəmlidir?! Bəs uşağın savadına, inkişafına təsir göstərir mi? Bütün bu sualları qonağım, Pedaqoq Rəhimə Hacıyeva ilə ( www.instagram.com/pedaqoq_rehime_haciyeva ) bu dəfə #NinjaMama podcastında məhz "doğru yazının uşağın zehni və fiziki inkişafına təsiri"ndən bəhs edən mövzumuzla cavabladıq 🥰Videonu izlədikcə, fikirlərinizi də gözləyirik ❤️ Hosted on Acast. See acast.com/privacy for more information.
-
8
Uşaqlı analar üçün həm dəbli görünmək, həm rahat olmaq
Heç birimizin bədəni ideal deyil, lakin biz doğru proporsiyalarda geyinərək, daha doğru vurğular edə, zövqlü görünə və dəblə ayaqlaşa bilərik 🔥Necə? Qonağım Vəfa Abdiyeva (insta hesabı: @vafaabdiyeva) ilə söhbət etdik!#NinjaMama podcastımın bu dəfəki rubrikasında sizə həm də xüsusi mesajımız var ❤️Bahalı geyinmək, dəbli geyinmək deyil və əksinə 🥰 Hosted on Acast. See acast.com/privacy for more information.
-
7
Övladımızın cinsi zorakılığa məruz qalmaması üçün bunları öyrətməliyik!
Cinsi tərbiyə övladınızın məhz zorakılığa məruz qalmaması üçün, qaldığı zaman bunu açıq bildirməsi və ya sizin hiss etməniz üçün, çox önəmli mövzulardandır!Yan keçməyin, qulaq verin mövzuya!Hazırda inkişaf dövrünü tamamlamamış övladınız varsa, #Ninjamama rubrikamızın bu mövzusu bu istiqamətdə bələdçi rolunu oynayacaqdır!✅ Cinsi tərbiyə nədir və neçə yaşdan başlamalıdır?!✅ Yeniyetmə dövründə olan övladınız porno video izləyirsə, necə reaksiya verməli və bunun öhdəsindən necə gəlməli?!✅ Övladınız taciz və ya təcavüzə məruz qalıbsa, bunu necə hiss edə bilərsiniz?!Zorakılığın "amma"sı, "təsəllisi" yoxdur! Bu istiqamətdə valideynləri daha da maariflənməyə dəvət edirik! Hosted on Acast. See acast.com/privacy for more information.
-
6
Tualet təliminin uşağın ərgənlik dövrlərinə təsiri
Valideyn təməldir, bugün bəzi təməl ehtiyaclar var ki, bunlar uşaqlara birbaşa valideyn tərəfindən doğru yaşında öyrədilməlidir. #TualetTəlimi də bu təməl ehtiyaclardan biridir ki, valideyn olaraq övladlarımızın həyatını sosial məkanlarda idarə edə bilmələri üçün ön görməli və öyrətməliyik!Valideyn olmaq asan deyil, amma çox gözəl duyğudur ❤️#Ninjamama rubrikamızın qonağı @psy.shahlazeynalli Hosted on Acast. See acast.com/privacy for more information.
-
5
Azad fikirli övlad yetişdirmək üçün nələrdən keçmək lazımdır? - Ninja Talks rubrikamızda Vəfa Əli qonağımızdır
#NinjaMama rubrikamın növbəti qonağı bloger Vəfa Əlidir və "Cəmiyyətdə azad uşaq böyütməkdən" danışır.Azadlıq sizin üçün nəyi ifadə edir?!Azad uşaqlar böyüdək dedik Ninja Kids Club by LTC klubumuzda 😍www.instagram.com/ninja.kidsclub.byltcwww.ninjakids.az Hosted on Acast. See acast.com/privacy for more information.
-
4
Uşaqlarda diş problemləri
Ortho 1 klinikasının rəhbəri Ortodont Orxan Qasımov ilə "Uşaqlarda diş problemlərindən danışdıq". Hosted on Acast. See acast.com/privacy for more information.
-
3
Karantin zamanı təxirə salınmış səyahətlər barəsində nə etməli? - Ninja Talks
Koronavirusla əlaqədar təxirə salınmış uçuşlardan, otel ödəmə şərtlərindən, viza prosedurlarından ibarət çox maraqlı söhbətimiz oldu Aysel Backpacktoday ilə birlikdə... Yeni podcastları dinləmək üçün kanalımıza abunə olmağı unutmayın. Hosted on Acast. See acast.com/privacy for more information.
-
2
Uşaqlarda dil qüsurlarını necə aradan qaldıra bilərik? - Ninja TALKS
Karantində uşaqlarımızın ev şəraitində dil qüsurlarını necə aradan qaldıra bilərikdən danışdıq, Psixoloq Aidə Nəbiyeva ilə... Dilin inkişafında əsas problem nələrdir və dil məşqləri buna necə təsir edir? Ev şəraitində və ananın dəstəyi ilə uşaq sərbəst danışa bilərmi? Bütün suallarınıza cavab vermişik bu buraxılışımızda... Daha çox video üçün kanalımıza abunə olmağı, videonu like etməyi və rəyinizi yazmağı unutmayın... Hosted on Acast. See acast.com/privacy for more information.
-
1
Panika və onu yaşadığımız zaman öhdəsindən necə gələk? - Ninja TALKS
Panika yaşadığımız zaman nələr baş verir? Ətrafımızda biri panika atak olarsa, ona necə kömək ola bilərik? Aqresiya yoxsa, panika? Ayırd etmək və daha duyarlı ola bilmək üçün Self Help qurucusu Gülnar Təbrizi çox maraqlı söhbətimiz oldu. Ninja Talks-un növbəti qonağı və gələn maraqlı suallar... Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz. Hosted on Acast. See acast.com/privacy for more information.
We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.
No matches for "" in this podcast's transcripts.
Loading reviews...
ABOUT THIS SHOW
Ninja Mama podcast-ımız müxtəlif qonaqlarla müasir dövrdə Azərbaycanda uşaq yetişdirmək, onların azad ruhlu inkişafında qarşılaşdıqları streotiplər, etdikləri səhvlər və doğru yolu tapma cəhdləri, uşaqlarla səyahət, uşaqların inkişaf dövründən bəhs edən azərbaycan dilində portaldır. Hər həftə yeni podcast dinləməyi unutmayın. Kanalıma abunə olmağı unutmayın, like edərək və rəy yazaraq motivasiyanızı verə bilərsiniz. Hosted on Acast. See acast.com/privacy for more information.
HOSTED BY
Havva Safarova
Loading similar podcasts...