Techaz Podcast podcast artwork

PODCAST · technology

Techaz Podcast

Tech.az Media innovasiya, startap və texnologiya mövzuları əhatə edən yeni podkast seriyasına yayımalyır. Podkast seriyasının əsas məqsədi innovativ texnologiya icması ilə ən son trendləri müzakirə edib, cəmiyyətə məlumat verməkdir.

  1. 9

    Şəhriyar Məmmədov: "Məhsulu Satmaq Onu Qurmaqdan Daha Önəmlidir"

    Şəhriyar (Sako) Məmmədov süni intellekt və kiber təhlükəsizlik üzrə mühəndisdir. 60-dan çox hackathon təcrübəsi ilə o, qlobal texnologiya mühitini yaxından tanıyır və innovativ yanaşması ilə seçilir. Bu podkastda onunla süni intellektin inkişaf istiqamətləri, Azərbaycan innovasiya icmasının hazırkı vəziyyəti, startapların qarşılaşdığı çətinliklər və imkanlar, həmçinin Silikon Vadisindəki real mühit və öyrənilən dərslər haqqında danışdıq. Texnologiya, innovasiya və real təcrübələrin bir araya gəldiyi bu söhbət xüsusilə bu sahəyə maraq göstərənlər üçün faydalı olacaq.

  2. 8

    Məmməd Kərim: "Time to build — qurmaq zamanıdır" | Techaz Podcast

    Məmməd Kərim “Caucasus Ventures”in rəhbəridir. O, Azərbaycan startap ekosisteminin formalaşmasında mühüm rol oynayan şəxslərdən biridir. Məmməd Kərim həmçinin “Khazar Ventures” Mələk İnvestorlar Klubunun qurucusudur və ölkədə erkən mərhələli startapların maliyyələşdirilməsi, mentorluq və investisiya mühitinin inkişafı istiqamətində fəal fəaliyyət göstərir. Onun təşəbbüsləri innovasiya və sahibkarlıq mühitinin güclənməsinə töhfə verir.

  3. 7

    Startapı 15 Milyon Dollar İnvestisiya Alan Yaqub Rəhimov | Techaz Podcast

    Bu buraxılışda qonağımız Yaqub Rəhimov, süni intellekt sahəsində təhlükəsizlik və qorunmanı təmin edən Polygraf AI startapının həmtəsisçisidir. Podkast zamanı Polygraf AI-nin hansı problemləri həll etdiyi, süni intellektdə qorunma və etibarlılığın niyə vacib olduğu, startap quruculuğunun real çətinlikləri, investisiya strategiyaları, investorlarla münasibətlər və texnologiya startaplarının böyümə yolu barədə ətraflı söhbət etdik. Bu buraxılış süni intellekt, startap ekosistemi və investisiya mövzularına marağı olan hər kəs üçün faydalı və ilhamvericidir. Videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın.

  4. 6

    Bakıda Qurduğu Startapı ABŞ-yə Satan Taleh Kərimli | Techaz Podcast

    Taleh Kərimli uğurlu startap təsisçilərindən biridir. Onun həmtəsisçisi olduğu Nextsale startapı ABŞ bazarına uğurla satılıb. Bu təcrübədən sonra o, startap və innovasiya ekosistemi ilə daha geniş şəkildə çalışmağa başlayıb. Hazırda Taleh Kərimli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) İnnovasiya ekosistemi departamentinin rəhbəri vəzifəsini icra edir. Bu podkastda Taleh Kərimli təsisçi olmaq, Azərbaycanda startap qurmağın reallıqları, süni intellektin rolu və startaplara göstərilən dəstək mexanizmləri haqqında fikirlərini bölüşür. Podkast 13 dekabr 2025-ci ildə çəkilib

  5. 5

    "Amazon"un Marketinq Rəhbəri Nərmin Fərzəliyeva | Techaz Podcast

    Nərmin Fərzəliyeva 10 ildən artıq davam edən zəngin və çoxşaxəli marketinq təcrübəsinə malik peşəkardır. O, həm lokal, həm də beynəlxalq bazarlarda müxtəlif kanallar üzrə strateji marketinq, məhsul idarəetməsi, rəqəmsal transformasiya və istehlakçı davranışlarının analizi kimi sahələrdə dərin ekspertizaya sahibdir. Karyerası boyunca Coca-Cola kimi qlobal şirkətlərdə mühüm liderlik rollarında çalışaraq e-commerce, omni-channel marketinq, brend idarəetməsi və iri həcmli beynəlxalq tədbirlərin marketinqi üzrə uğurlu layihələrə imza atıb. Bu təcrübə ona müxtəlif bazar dinamikalarını, istehlakçı motivasiyalarını və dəyişən tendensiyaları dərindən anlama imkanı yaradıb. Hazırda Nərmin xanım qlobal miqyasda ən innovativ şirkətlərdən biri olan Amazon-un Marketinq Rəhbəri (Head of Marketing) olaraq fəaliyyət göstərir. Onun rolu təkcə marketinq strategiyalarının qurulması ilə məhdudlaşmır – o, həmçinin məhsul yönümlü düşüncə, müştəri yönümlü innovasiya və data əsasında qərarvermə prinsiplərini birləşdirərək markanın davamlı inkişafına töhfə verir. Podkastda Nərmin xanım marketinqin gələcəyi, texnologiyanın brendlərə təsiri, süni intellektin rolu, data əsaslı marketinq yanaşmaları və Amazon kimi qlobal şirkətdə əldə etdiyi təcrübələrdən söz açır. O, həmçinin sürətlə dəyişən rəqəmsal mühitdə şirkətlərin necə çevik qalmalı olduqlarını və gələcək marketoloqlar üçün vacib bacarıqları da bölüşür. Podkast 27 Noyabr 2025-ci ildə çəkilib.

  6. 4

    Azərbaycandan Cənubi Amerikaya, “Dosty”nin Uğuru Ayaz Əhmədov | Techaz Podcast

    Ayaz Əhmədov 10 ildən artıq marketinq sahəsində peşəkar təcrübəyə malikdir. O, bununla yanaşı idman agentliyi və İT şirkətinə sahiblik edib. Daha sonra heyvanların sağlamlığı və baxımına innovativ həllər təqdim edən Dosty adlı startapı təsis edib. Dosty bu gün Azərbaycanın ən uğurlu startaplarından biri hesab olunur və bir çox ölkələrdə istifadəçilərə xidmət göstərir. Podkastda Ayaz Əhmədov startapların qurulması, ekosistemdə qarşılaşılan çətinliklər, investisiya cəlb etmə imkanları və PetTech sahəsində yeniliklər haqqında fikirlərini bölüşüb. Podkast 22 noyabr 2025-ci il tarixində çəkilib00:00 - Başlanğıc 00:33 - Ayaz Əhmədov kimdir? 02:17 - Dosty ideyası necə yarandı? 06:48 - Azərbaycanda investisiya almaq üçün hansı imkanlar var? 11:48 - Azərbaycan və digər ölkələrdəki ekosistemin fərqi nələrdir? 14:26 - Azərbaycanda investisiya almaq üçün nə etmək lazımdır? 20:11 - Bizim əsas problemimiz öz həyatımızı yaşamamağımızıdır. 25:01 - "Dosty"nin uğur hekayəsi necə icra edilib? 29:09 - Cənubi Amerika bazarına çıxmaq üçün marketinq strategiyanız necə olub? 38:30 - Ekosistemin inkişafı üçün nələr etməliyik? 44:06 - Ekosistemdə özəl sektorun dəstəyi lazımdır 47:21 - İşləməliyik

  7. 3

    "Nvidia"nın Azərbaycanda Data Mərkəzi Qurula Bilər - Rəşad Əliyev (2-ci bölüm) | Techaz Podcast

    Nvidia regionda data mərkəzi qurur və bu infrastrukturun Azərbaycanda yerləşdirilməsi üçün də böyük perspektivlər mövcuddur. Tech.az Podkastın bu buraxılışında Rəşad Əliyevlə məhz bu mövzunu müzakirə etmişik. Rəşad bəy uzun illərdir məlumat mərkəzləri, server infrastrukturu və ümumilikdə İT sahəsində dərin təcrübəyə sahibdir. Hazırda o, “Nvidia”nın “Cloud Gaming” texnologiyasının Azərbaycanda inkişafı üzərində çalışır. Podkastda həm görülən işləri, həm də yaxın gələcəkdə ölkəmiz üçün açılan yeni imkanları geniş şəkildə dəyərləndirmişik.Podkast 20 noyabr 2025-ci il tarixində çəkilib.

  8. 2

    Azərbaycandan 30 Ölkəyə Xidmət İxrac Edən Rəşad Əliyev | Tech.az Podcast

    Bu bölümün qonağı 20 ildən artıq İT təcrübəsinə malik Rəşad Əliyevdir. O, kibertəhlükəsizlik, proqramlaşdırma və innovasiya sahələrində geniş bilik və bacarıqlara sahibdir, həmçinin akademik fəaliyyətini də davam etdirir. Rəşad Əliyev podkast zamanı Azərbaycandakı İT talantlarının vəziyyəti, sahədə qarşılaşılan əsas çətinliklər, regional və qlobal bazarlara çıxış, 30-dan çox ölkəyə göstərilən xidmətlərin detalları və yerli İT ekosisteminin inkişaf perspektivləri haqqında öz real təcrübəsinə əsaslanan fikirlərini bölüşür. Podkastın çəkiliş tarixi: 15 noyabr 2025.

  9. 1

    Almaniyada Startap Quran Nail Vəliyev - Youzu AI | Techaz Podkast

    Nail Vəliyev Azərbaycan startap ekosisteminin pionerlərindən biridir. O, ölkədə ilk dəfə StartupWeekend tədbirini təşkil etmiş və SUP VC akselerasiya şirkətini qurmuşdur. Daha sonra fəaliyyətini Almaniyada davam etdirərək Qt Group şirkətində məhsul komandası rəhbəri vəzifəsində çalışıb. Sonradan bu vəzifədən ayrılaraq Youzu.ai startapını qurub. Youzu.ai, ofis və evlərin dizaynı üçün süni intellekt əsaslı vizuallaşdırma həlləri təqdim edir. Podkastda Nail Vəliyev Azərbaycan startap ekosistemi, Almaniyada startap qurmaq, investisiyalar və süni intellekt mövzularından danışır. (Podkastın çəkiliş tarixi: 30 oktyabr 2025)

  10. 0

    Süni İntellekt, Startap, İnvestisiya | Şaiq Muradov

    Şaiq Muradov İT və innovasiya sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, həm yerli, həm də beynəlxalq səviyyədə bir çox mühüm layihələrin rəhbərliyini etmiş, texnologiya və innovasiya sahəsində dərin bilik və təcrübə toplamışdır. Ekspert kimi zəngin təcrübəsini Tech.az Podkastında bölüşən Şaiq bəy innovasiya ekosistemi, investisiyalar və süni intellektin biznes və cəmiyyət üzərindəki təsiri mövzusunda ətraflı və dərin fikirlərini təqdim edib. Həmçinin, texnologiyanın gələcəyi, innovativ layihələrin inkişaf perspektivləri və startap ekosistemindəki imkanlar haqqında da geniş müzakirələr aparılıb.

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

Tech.az Media innovasiya, startap və texnologiya mövzuları əhatə edən yeni podkast seriyasına yayımalyır. Podkast seriyasının əsas məqsədi innovativ texnologiya icması ilə ən son trendləri müzakirə edib, cəmiyyətə məlumat verməkdir.

HOSTED BY

Tech.az Media

CATEGORIES

Frequently Asked Questions

How many episodes does Techaz Podcast have?

Techaz Podcast currently has 10 episodes available on PodParley. New episodes are automatically indexed when they're published to the podcast feed.

What is Techaz Podcast about?

Tech.az Media innovasiya, startap və texnologiya mövzuları əhatə edən yeni podkast seriyasına yayımalyır. Podkast seriyasının əsas məqsədi innovativ texnologiya icması ilə ən son trendləri müzakirə edib, cəmiyyətə məlumat verməkdir.

How often does Techaz Podcast release new episodes?

Techaz Podcast has 10 episodes. Check the episode list to see recent publication dates and frequency.

Where can I listen to Techaz Podcast?

You can listen to Techaz Podcast on PodParley by clicking any episode. We provide an embedded audio player for direct listening, and you can also subscribe via your preferred podcast app using the RSS feed.

Who hosts Techaz Podcast?

Techaz Podcast is created and hosted by Tech.az Media.
URL copied to clipboard!