PODCAST · society
Kandar
by Kandar Kanal
Kandar müsahibə kanalıdır. İctimai-siyasi və incəsənət istiqamətlərində maraqlı fiqurların bioqrafiya və yaradıcılığını əks etdirən video kontentdir.
-
30
UÇURUM #2 - Konspirologiya
Əli fakta çatmayan nəzəriyyəçilərin və məzlumların yeganə düşünmə metodu konspirologiyadır. Adətən bu dünyagörüşünü qəsdən düz dünyaya, yadplanetlilərə inanmaq kimi irrasional fikirlərlə qarışdırır, suyu bulandırırlar. Lakin konspirologiya ilk növbədə siyasi instinktdir. Fuko da, yeri gəlsə, konspiroloqdur, amma o nəhayi nəticəyə çatana qədər dünyagörüşünü rasional şəkildə əsaslandırır. Nəzarət sistemini ardıcıl təhlil edir, doğrudur, son qədəməyə çatanda əliylə faktı göstərə bilmir, amma bu o demək deyil ki, o xəstəhaldır.Konspiroloq politik instrumentarilərlə sursatlanıb, çünki o, ona göstərilməyəni ifşa etmək istəyir. O həm də ekzistensial əhvaldadır, çünki dünya nizamının ülviliyinə inam bəsləmir, konspiroloq düşünür ki, sövdələşmə var və sistem şərniyyətli təşkil olunub.Unutmayın ki, uçuruma baxarkən uçurum da sizə baxır!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar2Danışanlar:Elnur AllaqiyevFirudin HəsənovKandar heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaXüsusi təşəkkürlər: Content LabVüsaləddin RüstəmovNihad Əhmədov
-
29
UÇURUM #1 - Proqres ideyası
Uçurum adlı podkastlara start veririk!Artıq genişhəcmli müsahibələrlə yanaşı bəzi mövzular haqda podkastlarımızı da izləyə biləcəksiniz. Hər dəfə bir anlayış ətrafında söhbətlər edəcəyik.Proqres ideyasından başladıq. Neokonservativ sosioloq Robert Nisbetin iddiasına görə proqres/irəliləmə bəşər yaranandan mövcud olmuş və müəyyən fasilələrlə, yüksələn xətlə davam etmişdir. Onun əksinə, ingilis tədqiqatçı Börrinin nəzərində isə proqres bir ideya olaraq Aydınlanma dövrünün kəşfidir. O bildirir ki, Aydınlanmadan əvvəl insanların zehnində irəliləmə məfhumu olmayıb. Amerika qitəsinin, sənayə inqilabının, fərdin yaranması ilə insanlar irəliləmənin mümkünlüyünü aşkar ediblər. Siz də bizim bu bəhsdə müzakirəmizə tamaşa edə və fikirlərinizi yaza bilərsiniz.Unutmayın ki, uçuruma baxarkən uçurum da sizə baxır!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar2Danışanlar:Elnur AllaqiyevFirudin HəsənovKandar heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaXüsusi təşəkkürlər: Content LabVüsaləddin RüstəmovNihad Əhmədov
-
28
Mübariz Əsgərov - "Qulp"un tarixçəsi
Növbəti söhbətimiz Mübariz Əsgərovla baş tutdu. Onunla "Qulp"un tarixçəsindən və jurnalist fəaliyyətində yer alan Moskva, AZTV və ANS dövrlərindən danışdıq. O, Qulp kimi satirik verilişlə yanaşı ömürlük məhbuslarla intervyü etdiyi "Rezonans" adlı layihənin də müəllifidir. Mübariz Əsgərov 1962-ci ildə, 20 yanvarda doğulub. Onun jurnalist karyerası satira ilə faciənin tən ortasında yer alır. Beləcə, siz də bu xatirat videonun perspektivindən müəllifin dünyasına səyahət etmiş olacaqsınız.Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 Axşam Qulpa baxarsan!1:23 Moskva günləri11:15 Qulpun yaranması15:48 AzTv dövrü17:42 Tülkü tələsi 25:50 Baba Pünhanla tanışlıq29:16 Elçibəy və Əliyev fiqurları34:27 Cənnət Əliyev38:21 Murtuz Ələsgərov adında pişik46:06 Mirteymur Məmmədov54:33 Rezonans. Ömürlük məhbuslar1:00:31 İcra başçısını güllələyən adam1:05:17 Məhbusların vəziyyəti1:10:31 Sizi ən çox qorxudan nədir?İdeya müəllifi:Firudin HəsənovKandar heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaXüsusi təşəkkürlər: Vüsaləddin RüstəmovNihad ƏhmədovElvina Aliyeva
-
27
Hilal Baydarov - Venesiyaya Qayıdış
Bu dəfəki həmsöhbətimiz "Boşluğa Xütbə" filmi ilə ikinci dəfə Venesiya Film Festivalında iştirak edən rejissor Hilal Baydarovdur. Kino haqda ümumi qəbul olunmuş populyar fikirlərin əksinə, Hilal düşünür ki, kino hekayənin bitdiyi yerdə başlayır. Rejissor öz komandası ilə birlikdə sükut, uzun kadrlar və rəsm sənəti vasitəsilə sanki dünyaya məna yükləmək əvəzinə onu dinləməyə cəhd edir. Baydarovun fikrincə, kinonun əsası donmuş cəsəd-fotolar yox, rəsm və poeziyadır. O düşünür ki, forma və kadrların tərtibatı kinematoqrafiyanın mahiyyətini təşkil edir. Hətta personajlar danışmazdan əvvəl belə, kompozisiya nəyisə ifadə etməlidir. Bundan savayı, Baydarovla onun bioqrafiyası, incəsənət tarixi, İran və Hollivud filmləri, həmçinin yeni sənət növü olan kinonun mogikanları haqda söhbətləşdik.Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 Niyə müsahibə vermirdin?9:10 Riyaziyyatın filmə təsiri 17:30 Təbiətdə və şəhərdə kino23:06 Uzun kadrlar, memarlıq…27:11 “Sosial mövzulu filmlər film deyil”34:20 Venesiya festivalı haqda37:17 “Ana və oğul”43:00 Aleksandr Sokurov və kamera49:48 “7 000 sənət filminə baxdım…”1:01:53 Bela Tarr və Karlos Reyqadasla tanışlıq1:11:40 Filmdə fotoqrafiya yoxdur, rəsm var1:19:50 Renessans və sirr 1:31:19 Söz yoxsa vizual?1:41:06 Kino hekayə janrı deyil 1:47:53 Ən böyük 7 rejissor1:55:36 Hollivud filmləri niyə sənət deyil?2:02:40 Kino hələ yaranacaq, yoxsa bitib?2:09:10 “Vətən zamanı hiss etdiyin yerdir”2:23:33 Rembrandt məşhur idi!2:31:07 Boşluğa xütbə 2:42:37 Təxəyyül 2:47:22 Elmi kəşflərin incəsənətə təsiri 2:50:50 Da Vinçi, Rafael, Mikelancelo3:00:23 Dil inkişaf etmir, korşalır 3:09:12 Gözəllik obyektivdir?3:17:25 Filmin heyəti3:29:19 “İnsanlar sevməyə nifrət edir” 3:36:00 Ronaldo, Seymur Baycan və zəhmət 3:41:15 Səni ən çox qorxudan nədir?İdeya müəllifi:Firudin HəsənovOperatorlar:Oktay NamazovSəməd ŞamçiyevMontaj işi:Elnur Allahverdiyev Oktay Namazov Kandar heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaAygün BudaqXüsusi təşəkkürlər: Vüsaləddin RüstəmovNihad Əhmədov Elxan QuliyevElnur Allaqiyev
-
26
Memarlıq: İqtidarların Leqosu
Şellinqin təbirincə, memarlıq daşlaşmış, yaxud donmuş musiqidir. Bu ifadə memarlığın ritm, harmoniya və müəyyən ölçülərə malik olmasına dəlalət edir. Biz də memarlığın Bakı kontekstində vacibliyini anlamaq üçün urbanist və memarlarla bu mövzunu əhatə etməyə çalışdıq. Urbanizmin yaranması, Bakının keçdiyi tarixi prosesdə şəhərin necə dəyişməsi və indi sökülməkdə olan Bayırşəhər haqda danışdıq. İbtidai təfəkkürlə modern tarixi anlamaq mümkündürmü? Bakının "ağarması" və beləcə, amneziyalaşmasının səbəbləri nələrdir?Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 Şəhər nədir?18:00 Əlibəyovların mülkü24:16 İnteraktiv şəhərsalma planı28:52 Siyasiləşmiş məkan37:41 Mifik və modern təfəkkür42:58 Nina mətbəəsi 45:27 Fantaziya hamamında ilk telefon xətti52:46 Urbanistikaya niyə ehtiyac yarandı?1:04:14 Asiya modeli1:10:34 Ornament və cinayət1:16:55 Müxtəlif dövrlərdə Bakı 1:34:35 Sovet memarlığı və insan psixologiyası 1:42:52 Hündürmərtəbəli binalar1:48:40 Zibilliklər və ətraf mühitə etinasızlıq1:57:35 Bayırşəhərdəki söküntülər Müsahiblər:Bayram AxundovSəbinə AbbasovaFərid AbdulovDilqəm İsmayılovSəslənən musiqi:Çiçək Bayramlı - "Dalğa"Kandar heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaXüsusi təşəkkürlər;Elnur Allaqiyev"Coffee Moffie" kollektivinə
-
25
Sonuncu Nərə
Qubalı yazıçı Rahim Dünyamalı "Tərsinə Addımlayan Kölgələr" romanından sonra çoxsaylı təhdidlərə məruz qalır. Romanın içindəki antaqonist obrazlar reallıqda ona yaşamağa imkan vermirlər. Lakin Rahim bunlara məhəl qoymayıb daha qlobal, ictimai-siyasi mövzuları əhatə edən "Sonuncu Nərə"ni yazır və bu əsərin əlyazması ilə Bakıya yollanır. Bakıda romanı oxuduqdan sonra onu çap etməkdən imtina edirlər və Rahimə qarşı təqiblər başlanır...O, 9 sentyabr 1995-ci ildə qəfil intihar edir. Onun ölümünə səbəb olan “Sonuncu nərə” romanının əlyazması isə naməlum şəkildə yoxa çıxır. Həmin romanın çox az bir hissəsi ailəsinin və dostlarının yaddaşında canlı olaraq yaşamaqdadır. Xoş seyrədalmalar!0:00 Həyat36:52 Kölgələr1:02:49 Təqib1:26:35 ÖlümBizi dəstəkləmək üçün:patreon.com/Kandar2İdeya müəllifi:Firudin HəsənovTati SəttarOperatorlar:Tati SəttarLali BinyatovaPərviz MəcidovElturan MəmmədovElşən AbbasovMontaj işi:Çiçək BayramlıKandar heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaSəslənən musiqi:Çiçək Bayramlı - Deep inXüsusi təşəkkürlər:Sadiq QasımovVüsaləddin RüstəmovNihad ƏhmədovMehman AbdullayevElgün DursunoğluSəbuhi AzadMətləb BağırovElnur AllaqiyevSevil Manafzadə
-
24
Qismət Rüstəmov - Romantizm, horror və "ChatGPT"
Bu dəfə həmsöhbətimiz yazıçı və tənqidçi Qismət Rüstəmov oldu. Onunla ədəbi birliklərin əhəmiyyəti, manifest dövrü və romantizmdən başlayaraq postmodernə qədər Avropanın müxtəlif cərəyanları haqqında danışdıq. Həmçinin müsahibədən sonra müəllifin bioqrafiyası barəsində və siyasətə baxışını da öyrənmiş olacaqsınız. Müasir romanların keyfiyyəti necədir və ChatGPT dövründə yazıçı kimdir?Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 İntro0:08 Ədəbi birliklər5:00 Şirzadın kafesi6:27 Parfümer9:20 AYO 11:32 Metamodernizm və yeni manifest19:42 Romantizm: modernizmin kökləri28:00 Edqar Alan Po30:52 Horror - insanın qaranlıq tərəfi34:32 Qəhrəmanın yox olması37:38 Müasir romanlar, ChatGPT dövrü50:57 Seymur Baycan və türkcənin dilə təsiri1:00:24 Nabokov1:07:35 "Maşenka"1:11:25 Naşirlərə dair təklif və tərcümə xətaları1:19:04 Şəxsi həyat haqda1:25:03 Niyə siyasi məsələlər haqda yazmırsız?1:29:35 Sizi ən çox qorxudan nədir?Kandar çəkiliş heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılova
-
23
Zümrüd Dadaşzadə - Totalitar rejimdə sənət
Növbəti qəhrəmanımız musiqişünas Zümrüd Dadaşzadədir. O, məşhur ədəbiyyatşünas Məmməd Arifin nəvəsi, "Azərbaycan Sovet Ensiklopediyası"nın baş redaktoru olmuş Araz Dadaşzadənin qızıdır. Bu müsahibə onun bioqrafiyası fonunda Bakının 50-80-ci illərinin ictimai-siyasi həyatını əks etdirir. Sovetlərdən müasir dövrə qədər sənətin keçdiyi mərhələlərin ümumi xəritəsini təsvir etməyə çalışdıq.Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar2Xüsusi təşəkkürlər:"Yuva Baku", Maral Qurbanzadəhttps://www.instagram.com/yuvabaku/?locale=ru&hl=am-et0:00 İntro0:07 Heydər Hüseynovun müdafiəsi6:58 "Məmməd Arifin tribunalı"15:40 Çexoslovakiyaya azarkeşlik etmək20:12 68-ci ildə Rüstəm İbrahimbəyov Praqada idi24:05 Qarayevin sarsıntısı və ona qarşı musiqiçilər pleyadası43:35 Varyaqların hücumu - orientalizm51:05 Postmodern musiqi1:06:28 Ensiklopediya skandalı. Araz Dadaşzadə1:16:58 Bəstəkarlar İttifaqı haqqında 1:26:02 Rəhilə Həsənova niyə Amerikaya köçdü?1:34:48 Sizi ən çox qorxudan nədir?Kandar çəkiliş heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılova
-
22
Qar Adamı / Yeti
Dünyanın müxtəlif ölkələrində Qar adamını gördüyünü iddia edən insanlar var. Bu misteriya ilə bağlı çoxsaylı fərziyyələr mövcuddur. Kimsə onları qədim əsatirlərə bağlayır, kimsə elmi izahatlar verməyə çalışır, bir başqa insanlar isə Yeti fenomeninin kultural qarabasma olduğunu vurğulayırlar. Biz də Xınalıq sakini Babəli Babəliyevin şahid olduğu bu qəribə hadisəni çəkmək və olduğu kimi göstərmək istədik. Dağçı, fotoqraf Zaur Mirzəyevin gördüyü nəhəng və əcaib izlər isə bizə başqa bir baxış bucağı təqdim etdi. Qar üzərindəki izlər həmin məxluqun qaibliyinə işarət edirdi.Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar2İdeya müəllifi:Firudin HəsənovTati SəttarMehman AbdullayevOperatorlar:Tati SəttarLali BinyatovaPərviz MəcidovMontaj işi:Əlibaxış RəşidzadəTati SəttarKandar heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaİllüstrasiya müəllifi:Elnur AllahverdiyevSəslənən musiqi:https://www.youtube.com/watch?v=ZK5vT2RQx0UAintnolie, Neocortex, F'Rhyme - Mağara AdamıXüsusi təşəkkürlər:Sadiq QasımovVüsaləddin RüstəmovNihad ƏhmədovElgün DursunoğluSəbuhi AzadFərid Məmmədov
-
21
Tofiq Bakıxanov - Şifahi tarix: Bağırov, Hacıbəyov, Bakıxanovlar
1950-ci illər yaddaş xronikası silsilə müsahibələrdən növbətisi Tofiq Bakıxanovla baş tutdu. T.Bakıxanov Simberovdan skripka, Qarayevdən isə bəstəkarlıq dərsləri almışdır. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər") və bir çox simfoniya, musiqili komediya və romansların müəllifidir. Bununla yanaşı, o, Vaqif Mustafayevlə birlikdə cazın yaranmasına da töhfə vermişdir.Qəhrəmanımız Üzeyir Hacıbəyovla, Mircəfər Bağırovla bağlı münasibətlərini və repressiya dövrü ilə bağlı xatirələrini bizimlə bölüşdü. Həmçinin 30-50-ci illərin bizim üçün əfsanələşmiş bir çox fiqurları ilə real tanışlıqları barədə danışdı. Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 Əhməd Bakıxanov haqda4:40 Qarayevin bəstəkarlıq dərsi14:11 Mircəfər Bağırovun oğlu ilə duet15:12 Repressiyalar - Hacıbəyov və Bağırov fiqurları20:17 Eddi Roznerin azərbaycanlı trubaçısı21:20 Cazın yaranması - Vaqif Mustafazadə23:32 Neft Daşları. Qarayevin Paris səfəri29:56 Bakıda çoxmillətlilik - Rektor Tiqranyan31:54 "Ərtoğrul Cavid ehtiyac içində öldü"33:41 Hal-hazırda Bəstəkarlıq İttifaqının vəziyyəti38:10 "Bəstələrimi ancaq gənc ifaçıların ifasında dinləyirəm"Kandar çəkiliş heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaXüsusi təşəkkürlər:Əli NovruzovŞəfaqət MəmmədovaTahir İbişov
-
20
Rəhman Bədəlov - 1950-80-ci illərdə Bakıda ictimai-siyasi həyat
68-ci il Praqa hadisələrindən əvvəl və sonra Bakının ictimai-siyasi mühitində nələr baş vermişdi? Düşünmək və nəyəsə iddia etmək dərdi olan insanlar harada toplanır və nələri müzakirə edirdilər? Rus dili hələ də Azərbaycanda təfəkkürün dilidirmi? Bu barədə qəhrəmanımız kulturoloq Rəhman Bədəlovla söhbətləşmişik. Azərbaycanda Sovet və yeni dövrlə bağlı xatirələr çox az və əsasən qeyri-azərbaycanlılar tərəfindən yazıldığı üçün qısa da olsa bu video-yaddaşı yaratmaq qərarına gəldik. Bu qəbildən bir neçə müsahibə paylaşmaq niyyətimiz var.Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 İntro3:51 İlk təsirləndiyiniz insanlar9:42 Mircəfər Bağırovun ölümü13:23 İmperiya, yoxsa milli dövlət?16:00 İngilisdilli və rusdillilik20:26 Lal mədəniyyəti22:08 Qarayevin motosiklet hobbisi23:28 Birinci toplantılar: Anar Rzayev, Araz Dadaşzadə və s.27:53 Praqadan sonra Bakıda müzakirə olunan mövzular31:10 Anar və heykəllər 35:31 Qərblə Yaxın Şərqin oxşarlığı39:00 Mirzə Cəlil və Həmidə xanımın bioqrafiyaları48:50 İkinci toplantılar: Vaqif İbrahimoğlu, Elçin Məmməd və s.52:24 Rəssam Mircavadovun xarizması və əhvalatı58:13 Çoxmillətli Bakı. Tarixin təhrif olunması1:03:16 Ploşkosuz, Sençixinsiz Bakı memarlığı1:05:29 Anti-Nizami1:07:30 Əliağa Vahid - bakılı təxəyyülü1:11:32 İsa Hüseynov. Tütək səsi1:12:42 Yuri Lotman və semiotika məktəbi1:15:45 Sizi ən çox qorxudan nədir? - Ölüm haqqındaKandar çəkiliş heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaOperatorlar:Elşən AbbasovElnur AllahverdiyevXüsusi təşəkkürlər: Bakı Marionet teatrı, Heyran QorçuSadiq QasımovƏli Novruzov
-
19
Helikopteri Kəşf Edən İnsan
Adil Salehov Azərbaycanda öz gücünə, emalatxanada sıfırdan helikopteri kəşf edən insandır. Bəli, o özünü mükaşif adlandırır və ixtira anlayışını kəşfdən ayırır. İxtira tarix boyu müxtəlif alimlərin səyi nəticəsində pilləli şəkildə inkişaf etdirilən və sonda bir alimin ayağına yazılan fenomendir. Kəşf isə bir dəfə ixtira olunan şeyin öz ölkəndə yenidən elmi əsaslarla ortaya qoyulmasıdır.Bu mənada Sikorskiy və ya Rayt qardaşları helikopteri, yaxud təyyarəni ixtira edərkən özündən əvvəl tikilən libasın yalnız naxışlarını vurmuş olurlar... Adil Salehov da elmi mühiti olmayan Azərbaycanda romantizm dövrünün alimi kimi ixtira olunanı yenidən kəşf edir. O sanki özünü sənaye dövründə aşkarlamış romantizm çağının eksperimentatorudur. O həmçinin hesab edir ki, elm bir qrup alimlərin kollektiv əməyinin nəticəsidir və dövlətlər buna müdaxilə etməməlidir. Ona qarşı lağlağı edən şairlərə isə əks arqument gətirərək bildirir: "Əgər ixtira olunan bir şeyi yenidən kəşf etmək gülməlidirsə, onda bütün ali şeirlər yazıldığı halda niyə şairlər yazmağa davam edirlər?!"Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 İntro0:45 Helikopter ehtirası necə yarandı?4:16 Nəzəri biliklərin vacibliyi 9:38 Da Vinçinin helikopter sxemi16:20 Kür kompüterlərinə görə kollecin bağlanması18:33 "Analoqu olmamaq" xəstəliyi və yalançı iddialar22:40 Elmi təcrübələrə dövlət müdaxilə etməlidirmi?23:49 Kəşf və ixtira28:00 Texniklər şairlərə qarşı!33:46 İntuisiyanın vacibliyi34:35 21 yaşında dueldə ölən mükaşif riyaziyyatçı35:37 "Biz 800 yolun səhv olduğunu kəşf etdik"38:52 Elmi mirası izləmək42:35 "Helikopter dünyasında lağlağı yoxdur"44:12 "Rayt qardaşları təyyarə düzəltməyib, onu sadəcə yerindən qaldırıb"47:35 Sizi ən çox qorxudan nədir?Çəkiliş heyəti:Oktay NamazovNatiq HüsiyevÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəElturan MəmmədovGülənaz İsmayılovaXüsusi təşəkkürlərGülnar SalehovaTural NuruluElnur Allahverdiyev
-
18
Quşu Duman Apardı
"Quşu duman apardı" ifadəsi Bakı kəndlərində quşbazlar arasında çox məşhurdur. Bəs bu cümlənin arxasında hansı hekayə dayanır? Bu sənədli müsahibədə quşbazların peşələrinə olan ehtirasını, quşların nəsil növlərini, itərkən onları üzüklərindən tanımaq məharətlərini və öz daxili terminlərini göstərmək istədik. Quş saxlamaq avara olmaqdır, yoxsa nəsil həvəsidir? Şəhərləşmənin quşbazlığa təsiri nələrdir? Bu suallar ətrafında dolandıq.Müsahibənin qəhrəmanları*Yarməmməd ƏzimovPolad RəsulovSabir DanyarovRəşad MəlikhəsənovXoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 Bakı quşlarının üstünlüyü və Nikolayın ağquyruqları11:16 Bibiheybətə Ərəbistan və Hindistandan gələn ilk göyərçinlər13:40 Quşların dumanda itməsi19:34 Üzüklər və nişanlar25:35 Göydələnlər, elektrik xətləri, hava kirliliyi29:19 Həbsxanaya məktub aparan quşlar31:52 Xoruz döyüşləri34:44 Havada 11 saat quş saxlamaq və yarışlar38:40 Alverçilər və ziyanaverlər41:15 "Əvvəl güzgüylə, vannada su ilə quşu müşahidə edirdilər"42:40 Xəstəliklər44:35 Boynugüllüm öldü...46:15 Quşbazlıq ənənədir, həvəsdir, yoxsa avaraçılıq?İdeya müəllifi:Firudin HəsənovÇəkiliş heyəti:Oktay NamazovÇiçək BayramlıTati SəttarƏlibaxış RəşidzadəGülənaz İsmayılovaNatiq HüsiyevElturan MəmmədovXüsusi təşəkkürlər:Nicat ƏsgərzadəElşən MehdiElşad KubinkaAğahüseyn DanyarovElçin QuliyevAqşin Söhraboğlu
-
17
Ultras-kultura və "Neftçi"
Bu müsahibəmiz "Neftçi" futbol klubunun tarixi fanat ənənəsinə həsr olunub. Ultras-kulturanı təmsil edən İlqar Məmmədov və Elnur Allahverdiyevlə Bakıda azarkeşin yaşadıqları problemlərdən bəhs etmişik. "Qarabağ"ın uzun müddətdir dominant klub olduğu ölkədə "Neftçi" azarkeşləri nələr yaşayır və tənqidləri kimlərədir? Tribunalarda hansı hadisələr baş verir? Müsahibədə bu məsələlərə şahid olacaqsınız.Xoş seyrədalmalar!Bizi dəstəkləmək üçün:patreon.com/Kandar20:00 İntro0:49 Modern futbola qarşı6:19 Sumqayıt azarkeşi və polis9:50 Ultras nədir? Kolbasa-çörək azarkeşi kimlərdir?13:56 "Neftçiyə azarkeşlik ənənəsi millidən qədimdir"17:25 Azər Salahlı və fanatlar18:40 İşıqları söndürün, seks başlayır...22:30 "Rəhbərlik deyir ki, oyunlara gəlməyin"25:35 "Xəzər Lənkəran"la böyük oyun29:00 Fanat ehtirasları33:18 "Neftçi"nin pandemiya çempionluğu40:08 İstefa və ya Flavinyonun rəyi43:53 Türklərin balaca qardaşı kompleksi45:38 Macarıstanda dava49:31 Roberto Bordinə italyanca bəstə52:57 Samir Abbasov, Böyükağa Hacıyev...53:45 "Fanatın anası hərbçi oğluna 90 dəqiqə oyunu canlı şərh edib..."55:14 Tribunada kamera qadağası58:05 Livorno və Latsio - sol və sağ siyasət59:35 Sizi ümidləndirən nədir?İdeya müəllifi və aparıcı:Firudin HəsənovÇəkiliş heyəti:Oktay NamazovÇiçək BayramlıƏlibaxış RəşidzadəGülənaz İsmayılovaNatiq HüsiyevElturan MəmmədovTati SəttarElnur Allaqiyev
-
16
Şəfaqət Məmmədova - Müasir musiqinin yaranması / Repressiyalar və donosbazlar
Növbəti qəhrəmanımız musiqi tarixçisi Şəfaqət Məmmədovadır. Müsahibənin ilk hissəsində müasir musiqinin Avropada və Azərbaycanda yaranmasından, dodekafoniya və böhran musiqisindən, ikinci hissədə isə 30-50-ci illər Sovet Azərbaycanında repressiya qurbanlarından danışmışıq. Həmçinin Qarayev, Hacıbəyov fiqurlarından və onlara yazılan donoslardan bəhs etmişik. Xoş seyrədalmalar!0:00 İntro0:48 Avropada müasir musiqinin yaranması10:05 Yeni Vyana Məktəbi: Şönberq, Vebern, Berq11:40 Kuryoxin. Contemporary musiqi böhrandırmı?18:45 Dövrün musiqili meyxanaçısı - Şopen24:14 Romantizm, yoxsa sentimentalizm?31:08 "Sənət sənət üçündür"38:30 Bəstəkarın bioqrafiyasını bilmədən musiqini dinləmək44:08 Əsirlikdə olan bəstəkar - Olivye Messian46:34 Dahi kimdir?52:50 Depressiya. Qarayevlə Stravinskinin görüşü1:01:43 Üzeyir Hacıbəyova donos yazanlar: Cövdət. Bülbül1:09:08 Tənqid və kövrəklik1:11:20 Bəstəkarlar İttifaqının iqnoru1:13:50 Sonor. Cadenza1:21:03 Fəaliyyətiniz tam müstəqildirmi?1:23:46 Çaykovskinin homoseksuallığı1:27:33 Qarayevin ölümü. Narkotik. Qeyri-standart həyatlar1:33:40 Üzeyir Hacıbəyov və diktatorlar1:35:39 Dirijor Niyazinin nasist olması haqda yazılanlar1:38:18 Rusiyanı dəstəkləyən Gergiyev1:43:07 Heydər Hüseynovun intiharı1:44:45 30-50-ci illər repressiyaları 1:50:58 "Asəf Zeynallı yatalaq xəstəliyindən ölməyib"1:52:41 Ərtoğrul Cavid1:56:46 Şostakoviçə olan təqiblər2:02:58 Saksofonçu Pərviz Rüstəmbəyovun naməlum ölümü2:06:29 Kobzarlar. Aşıqlar. Stalinin milli şüura qarşı həmləsi2:09:13 Fikrət Əmirov - Orgiya2:15:25 Musiqi Forumu. Problemi yaradanlar.2:26:30 "Si bi mol" bu gün işləmir...2:29:54 Opera studiyasında meyxanaçıların afişası2:35:07 "Fərhad Bədəlbəyli, bəlkə də getmək vaxtıdır..." 2:41:48 Səni ən çox qorxudan nədir?2:42:47 OutroAparıcı:Firudin HəsənovÇəkiliş heyəti:Oktay NamazovÇiçək BayramlıƏlibaxış RəşidzadəGülənaz İsmayılovaNatiq HüsiyevElturan MəmmədovTati SəttarXüsusi təşəkkürlər;"Coffee Moffie" kollektivinəSadiq HüsiyevəMehman Abdullayevə
-
15
Ağali Şirvanlı - Sələfilik, əxilik, vəhhabizm
Bu dəfə Ağali Şirvanlı ilə sələfi icması mövzusuna toxunmuşuq. Azərbaycanda sələfiliyin yaranması, inkişafı, əxilik və vahhabizm adlandırmalarının nə mənaya gəlməsi məsələsi barəsində, həmçinin ümumən İslamın ictimai-siyasi baxışına nəzər yetirmək üçün qəhrəmanımızla söhbətləşmişik. Xoş seyrədalmalar!0:00 İntro0:10 Adətlər, xurafatlar7:23 Filosoflara münasibət və qeybi məsələlər15:58 Şeyx Hələbi və tolerantlıq23:40 Vəhhabilik nə deməkdir?33:55 Şirvanda yaranan dini cərəyanlar40:15 Səlim Zaharna: Bakıda sələfiliyin yayılması43:45 Ərəblər haqda stereotiplər52:24 Əbubəkr və Ləzgi məscidinin bağlanması58:04 Qamət Süleymanovla mübahisə1:02:36 Rəhbər və əmr sahibi kimdir?1:10:20 Cəmiyyət islah ola bilərmi?1:14:50 "Beləliklə, hər ölkədə onların başçılarını günahkarlar təyin etdik..."1:18:36 Cahillik üzrdürmü?1:31:33 Seyyid Qutb1:35:27 İbn Teymiyyə və monqollar1:42:04 Quranda məcaz1:49:36 Avtomobillərə olan sevgi1:55:07 Sizi ən çox qorxudan nədir?Aparıcı: Firudin HəsənovÇəkiliş heyəti: Oktay Namazov Çiçək Bayramlı Əlibaxış Rəşidzadə Gülənaz İsmayılova Natiq Hüsiyev Elturan Məmmədov Tati SəttarXüsusi təşəkkürlər; Mehman Abdullayevə
-
14
Cahangeşt Balaxanılı - "Meyxana hər zaman yenidir - tərdir"
Bu dəfə mövzumuz meyxanadır. Qəhrəmanımız isə Rəşad Dağlının tələbəsi və yeni meyxanaçılar arasında məşhur olan Cahangeşt Balaxanılıdır. Onunla meyxananın mətbəxindən Əliağa Vahidin müzarə bəhrinə qədər uzanan söhbətimiz oldu. Xalq arasında fenomen olan bu şifahi ədəbiyyata başqa bucaqdan baxmaq fürsətiniz olacaq.Xoş seyrədalmalar!Söhbətimizin xülasəsi:0:00 İntro0:21 İlk qafiyə6:05 Meyxananın mətbəxi8:45 İstedad və vərdiş11:05 Rəşad Dağlı ilə tanışlıq19:09 Aydın Xırdalanlı: fitri cavablar24:18 Toy27:57 "Meyxananın öz iyi var"31:45 Şabaşın bölünməsi - naliçka40:40 "Adımı çək, pul verim deyən imkansız adamın əqlində problem var"42:33 Mübahisəli "xətt" qafiyəsi47:34 Əliağa Vahiddən müzarə bəhri və ya sözlər tükənibmi?!53:06 Yazıçılarla konflikt56:57 Nizami Rəmzi: çağdaş və siyasi mövzular1:02:50 Rep1:05:03 Narkotik maddələr 1:09:28 Səni ən çox qorxudan nədir?1:10:38 P.S. deyişməAparıcı:Firudin Həsənov Çəkiliş heyəti:Oktay Namazov Çiçək BayramlıƏlibaxış RəşidzadəGülənaz İsmayılovaNatiq HüsiyevElturan MəmmədovTati Səttar
-
13
Руслан Айсин - Что такое государство? / Радикализм Джемаля
Руслан Айсин - историк, политолог и руководитель концептуальной площадки «ТатПолит». Он является учеником Гейдара Джемаля, так же создателем интеллектуальной платформы «Поистине». Признан иноагентом за высказывание политических мыслей о войне в Украине. В этом интервью мы попытались поговорить о политических особенностях Турции, o будущем России, и конечно же о персоне Джемаля. Приятного созерцания! 0:00 Тираническая власть и "иноагенты"10:01 Левиафан в Турции и в России16:40 Община против общества21:55 Xтонь: Ктойность России32:49 ТатПолит - национальный вопрос36:52 Кто такой радикал?42:57 Знакомство с Гейдаром53:55 Южинский кружок56:00 Пелевин и "Ориентация - север"1:01:51 Орхан Джемаль1:12:30 Дугин о Джемале1:19:15 Илья Кормильцев - Наутилус Помпилиус1:26:50 Феноменальное знание языков1:31:52 Азербайджан и мелкая конспирология1:36:44 Помидоры1:43:05 Кочевники1:45:14 Гражданская или мировая война?1:51:38 Война и миръ Толстого1:52:44 Горы Юлиуса Эволы1:48:14 Что для тебя является страх?Ведущий: Firudin HəsənovСъемка и монтаж: Nadir Tiflisihttps://www.poistine.org/https://www.kontrudar.com/
-
12
Həmid Herisçi - Meyxana və ya immoralist ədəbiyyat
Nasir, şair Həmid Herisçi növbəti həmsöhbətimizdir. Onunla meyxananın performativ tərəfindən, dekadans və epiqonçu Azərbaycan ədəbiyyatından, İran inqilabından, Heydər Camal və Mirzə İbrahimovla yoldaşlığından, istedadın təbiətindən və s. mətləblərdən danışmışıq. Tamaşaçı da bu müsahibə vasitəsilə bizim nəzəri gəzintimizə qoşulub Herisçinin eynəklərindən keçmişə və gələcəyə səyahət edə biləcəkdir. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 Ey mənə bənzər insan!1:42 Əruzun pozğun vəzni - meyxana9:41 "Xalq yazılı ədəbiyyata inanmır"13:30 "Proto-mətn həmişə dinidir"15:45 Məşədi Baba fenomeni18:58 Mərsiyələr22:38 Legioner Otello!25:41 Orfey31:15 Futurizm: Robot Sofiyaya, Subzeroya şeir34:20 Böyük hadisənin kiçik qardaşını tapmaq36:51 Renesans Mehdiçilik və ya dekadans Hüseynçilik39:57 Fədailər və sonrakı boz məişət44:05 Rembo, Bodler, Verxarn və sairə47:59 İran inqilabı55:28 Əl-Cəzair uğrunda döyüş58:08 Mirzə İbrahimovun danışan dili1:04:02 Meyvə ağacda yox, göydə bitir...1:09:05 Heydər Camalla tanışlıq1:17:01 "AYO Yujinski krujokun Bakı filialı olmadı"1:20:56 Gecə kanalı1:25:45 AZTV və ya Nekroloq romanı1:27:48 Remark, yoxsa Yunger?1:33:53 Alman kinematoqrafı1:34:53 "Kortəbii hadisə heç vaxt gündəmə düşmür"1:38:21 Performativ poeziya - Priqov, Qolovin1:40:08 İstedad bir nüsxədir1:40:43 Sizi ən çox qorxudan nədir?1:45:26 Mən, mən, mən...Müəllifin şeirlər bloqu: http://hemidherisciseirleri.blogspot.com/
-
11
Məmməd Süleymanov - "Realist olun, mümkün olmayanı arzulayın!”
Marksist yazıçı, həkim, jurnalist Məmməd Süleymanov Kandarın növbəti qəhrəmanıdır. Bu müsahibədə Koronavirusun dünyaya siyasi təsiri, inqilabçı ilə qiyamçının fərqi, vətəndaş cəmiyyəti, postmodern dünyaya klassik marksizmin baxışı barəsində müəllifin fikirlərini öyrənəcəksiniz. Məmməd Süleymanov "Çe Gevaranın son sirri" və "Ədəbi portretlər" kitablarının müəllifidir. Müsahibədə həmçinin yazıçının bioqrafiyasından və Erkin Qədirli ilə məşhur debatından məlumatlar ala biləcəksiniz. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro0:16 Koronakratiya11:06 Həkimlikdən jurnalistikaya13:10 İnqilabdan bir gün öncə17:01 İnqilabdan bir gün sonra20:30 Çe Gevaranın son sirri23:10 "Bir Vyetnam, iki Vyetnam, çoxlu Vyetnam..."26:50 Şüur bədən dialektikası29:27 "Qiyamçı media personajıdır"32:25 Saxtakar və satqın ziyalılar38:35 Erkin Qədirli ilə debat43:00 Bandotdel və saytlarda çap olunmamaq44:03 Maskulin və feminen50:28 Ekoloqlar51:12 Kontr-vətəndaş cəmiyyəti53:30 Avropada sağın güclənməsi: KİV faşizmi57:00 Anti-sosial şəbəkə - şərin qloballaşması1:01:00 Uduzulmuş qiyamların dumanı və ya kiçik etirazlar1:04:59 Təklik: Viktor Tsoyla baş-başa1:08:40 Kafkanın səma qapısı, yaxud bürokrata inanmamaq azadlığı1:12:28 Sovet Zaqatalası və Bakısı1:13:50 Yeni Sol 1:20:46 Permanent inqilab1:22:32 Radikallar və onlara edilən işgəncələr1:25:37 Nihilizm: Sizif əməyi1:29:45 "İnsan maşının ümidsiz vintinə çevrilir"1:34:56 Qramşi1:36:18 Rusiya-Ukrayna və Qarabağ müharibələri1:43:08 Maxnonun taçankası - İnqilabi alətlər niyə vaxt keçdikcə əmtəəyə çevrilir?1:44:42 Sizi ən çox qorxudan nədir?
-
10
Rizvan Hüseynov - "Tarix iqtidarın quludur"
Kandarın növbəti qonağı Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik Rizvan Hüseynovdur. O, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və güc strukturlarında hərbi xidmət edib, kapitan rütbəsinə qədər yüksəlib. Həmçinin YUNESKO-nun kafedrasının Şimali Qafqaz bölməsinin dosenti seçilib. Bu müsahibədə qəhrəmanın ilk dəfə Azərbaycan dilində bioqrafiyasından, rok musiqiçi keçmişindən məlumat ala biləcəksiniz. Qarabağ müharibəsinə, Tərtər hadisələrinə, feminizmə və "dinlərarası dialoq"a yanaşmasına da şahid olacaqsınız. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro1:10 90-cı illərin Bakısı10:21 XDMX-da kapitan rütbəsi13:06 İkinci Qarabağ müharibəsinin başlanması15:52 "Xalqın Milli Məclisə daxil olması spontan deyildi"19:24 Tradisionalizm və liberalizm25:26 Ziya Bünyadovun falsifikasiya olunmuş tarixi30:48 Türklərin siyasi səhnəyə qayıdışı36:45 Putinin britaniyalı gənclərlə görüşü42:54 İqtidarın tarixi46:13 Nizami, Rustaveli, Sasunlu David54:45 Azərbaycan və erməni tarixçiliyi57:22 Oriyentalizm1:02:20 Mirzə Kazım bəy - Rusiya şərqşünaslığı1:04:28 Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək?1:11:10 Rok və rok qrupları1:21:10 Allahşükür Paşazadə və dinlərarası dialoq1:27:15 Feminizm və matriarxat1:34:35 Ərdoğanın uşaq məsələsi1:40:00 Nə vaxtsa müxalif, təhlükəli fikir söyləmisiz?1:42:15 Tərtər hadisəsi1:45:25 Sizi ən çox qorxudan nədir?
-
9
Səid Riad - Qalstuklu reper / Narkotik və incəsənət / Gənc yazarların Nobel sevdası
Kandarda növbəti qəhrəman Səid Riaddır! O, Bakıda hip-hopun müxtəlif istiqamətlərinin - breyk-dans, rep, qraffiti - inkişaf etdiyi dövrlərdə həmin məkanlarda olub, proseslərdə fəal iştirak edib və beləcə, müşahidə etdiyi anları bu intervyüdə bizimlə bölüşür... Səid Riad həmçinin replə bağlı Azərbaycanda ilk kitabların müəllifidir - "İNTRO: repin tarixi" və "OUTRO: repin təhlili". Bununla yanaşı, ixtisası yunanşünaslıq olduğu üçün Platonun fəlsəfəsinə maraq salmış və filosofun azərbaycancaya "Başla" nəşriyyatında çap olunan "Dialoqlar"ını tərcümə etmişdir. Bütün bunlar və xeyli mövzular barədə müsahibədə... Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro0:09 Hip-hop, breyk-dans, qraffiti6:54 Patriot Mamed və rusdillilər9:10 Repdə bəhri-təvil12:55 Elşad Xosenin adına çıxan rep16:51 Pul kolleksiyası24:57 "Bakı oğrusu"30:22 "Alkoqol və narkotik hansısa sənət nümunəsinə bağlı deyil"33:53 True rap37:30 Əfsanəvi qalstuklu reper43:14 Nağılbaz ABŞ-da46:23 Yunanşünaslıq50:18 Universitetdən xaric olunma52:48 "Kitabxananı yandırmışam..."54:42 Platonu tərcümə etmək57:57 Yan Patoçka1:01:56 Kamal Abdulla Umberto Ekogildə nə edirdi?1:04:35 Sevdiyim və sevmədiyim azərbaycanlı yazıçılar1:09:32 Kirlikir və kot begemot. Səmədoğlu və Bulqakov1:11:44 "Vörd proqramı ilə işləyə bildinsə, yazıçısan..."1:15:45 Nobelin əlçatanlığı:18:27 Sərdar Cəlaloğlunun yeni elmi1:19:35 Kobranın ölüm rəqsi1:22:21 Səni ən çox qorxudan nədir?Müəllif haqda linklər:https://bakuresearchinstitute.org/author/said-riad/Submədəniyyətlər: Qərb və Azərbaycan | Səid Riadhttps://www.facebook.com/BaslaTv/posts/2248505761970013
-
8
Rasim Qaraca - İnqilabi şeir / AYO-dan dönənlər / Melanxoliyanı qovmaq
Şair, nasir, AYO ədəbi birliyinin və Alatoran yayınlarının təsisçisi Rasim Qaraca ilə şeirin inqilabiliyi və gənc yazıçıların entuziazmı barədə söhbət etmişik. AYO-nun vaxtilə yaratdığı qığılcımın miqyası, sonradan isə bəzi üzvlərinin metamorfozası sualları ətrafında gəzişmişik. Eləcə də, müəllifin ədəbiyyatımızın vacib bir dövründə qarşılaşdığı simalar da az deyil və "Zülmətdə bir alatoran" kitabında qeyd etdiyi həmin insanlar haqda da danışmışıq. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro1:03 Həyatdan qopmuş şeir3:52 Basyö və Füzuli6:40 Rus poeziyasının gümüş əsri. Mayakovski12:05 Nazim Hikmət18:30 "Böyük sənətçi böyük hadisələrdə olmalıdır"22:00 Co Dassenin diski25:22 Baca - Dərnəkçilik28:16 AYO burulğanı35:15 Gənc yazıçıların tez müdrikləşməsi haqda40:30 AYO-dakı müəlliflərin metamorfozası42:32 Aqşin Yenisey. Murad Köhnəqala50:56 Həmid Herisçi ilə əhvalat55:08 Rəsmi yazıçılar - Salam Sarvan1:00:51 İntihar etmiş mühacir - Siyamək Əli Səbri1:07:40 Mifoloq və Ermənistan millisinin hücumçusu - Mirəli Seyidov1:13:02 Türkün məsəli1:15:19 Çox sayda yazıçıya rəğmən hadisəsizlik1:23:23 Prinsipiallıq1:26:52 "Kaş kür çayı daşaydı"1:29:45 Replikalar1:33:43 Sizi ən çox qorxudan nədir?Müəllifin şeirlər bloqu: https://rasimqaracaseirleri.blogspot.com
-
7
Zakir Əsədov - Əllərin yaddaşı
Pianoçu Zakir Əsədov növbəti qəhrəmanımızdır. Müsahibədə Sebastyan Baxın yaradıcılığı, Azərbaycan musiqisinin kökləri, pianoçunun məziyyəti və virtuozluq barədə söhbət açmışıq. "Əllərin yaddaşı"na şahidlik etmək üçün sizi nəzəri gəzintiyə dəvət edirik. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi: 0:00 İntro0:10 Virtuozluq4:54 Absolyut eşitmə8:06 Folk və trubadurlar11:54 Georgi Şaroyev15:20 Rusiya bəstəkarları18:00 Aristokratiya və elektorat21:40 Şostakoviçin ironiyası25:10 Baxın dühalığı32:20 Bayatı-Şiraz və Bax?38:24 Üzeyir Hacıbəyov və Komitas. Təsirlənmələr.42:02 Daşınan musiqi: caz 44:47 Müasir küy48:18 Zaman və pauza49:42 Fərhad Bədəlbəyli ilə ilk görüş54:00 "Qarayev Azərbaycanın ən böyük bəstəkarıdır"59:42 Sevimli beşlik1:00:55 Anar Rzayev və Fərhad Bədəlbəylinin bənzərliyi1:03:53 Vaxtsız alqışlar1:06:34 Maddi rifah 1:11:30 "Operanı sevmirəm"1:14:46 Səsin adı1:20:24 Erotizm: Maykl Ceksonun ifşası1:24:43 Səni ən çox qorxudan nədir?1:25:30 Gigue
-
6
Qiyas İbrahim - "Qəhrəmanın son major notu onun ölümüdür"
İctimai-siyasi fəal, anarxist, 2016-cı ildə siyasi həbs yatmış Qiyas İbrahim növbəti həmsöhbətimizdir. Siyasi şüurun yaranmasından məhbəs dövrünə, oradan isə politik nəzəriyyələrə qədər geniş mövzuda danışmışıq. Hər hansı aktdan daha çox onun motivi, niyyəti əsasdır. Odur ki, bizimlə bu müsahibəyə baş vuraraq fərqli mətləbləri özünüz üçün aşkara çıxara bilərsiniz. Xoş seyrədalmalar!0:00 Kim? Harada? Niyə?3:45 Məktəb və politikləşmə8:39 NİDA11:00 Bayram Məmmədov12:50 Həbs günü20:24 Məhbəs xatirələri27:48 İşgəncələr və təzyiqlər33:40 Sistem və sistemiçi müxalifət39:45 Xaki rəngli köynək41:01 Təsirlənmələr47:22 Müharibə əleyhdarları54:46 İdeologiya uğrunda ölmək1:01:42 Vətəndaş cəmiyyətinin iradəsizliyi1:10:20 Damdakı sabotaj1:16:04 Siyasi aktlar sistemi gücləndirirmi?1:18:47 Azadlıq və təhəkküm1:23:43 Mif, yoxsa utopiya?1:29:33 Sizifin zəfəri1:33:08 Tamamlanmamış inqilablar - 1848, 19681:37:51 Gələcəyin böhranı1:40:23 Səni ən çox qorxudan nədir?
-
5
Tahir İbişov - Nəfəs və Nəbz
Avstriyada təhsil almış və hal-hazırda Azərbaycanda yaradıcılıqla məşğul olan bəstəkar Tahir İbişov növbəti həmsöhbətimizdir. Dünya musiqisinin tarixi və nəzəriyyəsi, Şərq və Qərbin musiqiyə baxışı arasındakı fundamental fərq, Azərbaycanın Sovet və müasir dönəmdə keçdiyi melodik yol, yaradıcı adamın inkişafının qarşısını alan bürokratik əngəllər, həmçinin bəstəkarın məsələlərə individual baxışı söhbətimizin ana mövzularıdır. Xoş seyrədalmalar!0:00 İntro0:54 Eşitmə qabiliyyəti5:46 "Musa, dinlə!"7:50 Konsert14:00 Qara Qarayev. Fərhad Bədəlbəyli17:58 Rok: sözün mahiyyəti21:28 Pişiklər25:48 Küy30:43 Xəyyam Mirzəzadə. Beat Fürrer36:10 Ruhani və dünyəvi musiqi42:34 Avropa musiqisinin hegemonluğu56:56 Don Kixotun müdafiəsizliyi59:24 Aristotelin poetikası1:01:55 Nəsimi1:07:27 Halqa. Sait və Samit1:11:16 Müasir musiqi və bəstəkarlar1:23:45 Uşaqlıq xatirəsi: Füzuli rayonunda səksəkə1:28:59 Sovetdə musiqi təcrübələri1:42:00 Qərbə köçənlərin tənhalığı1:44:57 Maneələr1:50:10 Operanın refleksiz qalması1:58:26 "Rusiyanın strateji bazası"2:04:22 Kilsə musiqisi. Notlar2:12:12 Qərb alətləriylə şərq ifası2:14:37 Üslub və metod2:22:46 Səni ən çox qorxudan nədir?
-
4
Heydər Mirzə - "Mən Azərbaycan propaqandasının simasıyam"
Bu buraxılışda hərbi-analitik, "Caliber" platformasının yaradıcılarından biri, İTV-də "Radius" verilişinin aparıcısı Heydər Mirzə bioqrafiyasını və düşüncələrini ehtiva edən azərbaycanca ilk genişhəcmli intervyü verib. Qarabağ müharibəsi, qazilər, sosial şəbəkələr, demokratiya, propaqanda və s. mövzular haqda münasibətini kifayət qədər kəskin şəkildə bildirən qəhrəmanımızın fikirlərinə şahid ola bilərsiniz. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro0:42 Müharibənin proqnozu və radiusu9:11 Qaraqaya əməliyyatı16:25 Tərtərdə dağ keçisi totemi23:48 Xəyali xəritələr31:58 Elitaların irrasionallığı36:55 Lalə Şövkətin liberal partiyası43:06 Aristokratiya və demokratiya59:20 Sosial şəbəkələrin ləğvi1:01:30 Seçkidə təhsilsiz insanların rolu1:06:40 İlham Əliyev obrazı1:09:52 Caliber1:13:15 "Nə qədər məvacib alırsınız?"1:18:05 Hans Kloss kimdir?1:22:05 İTV-də müstəqil qalmaq1:27:30 Dövlət və Allah bir yerdə ola bilərmi?1:32:10 RAF: radikallıq, yoxsa terrorizm1:39:48 "Biz hələ bilmirik biz kimik"1:44:40 Rəsulzadə bu gün1:50:45 Qazilərin intiharı2:00:25 Nevzorov fenomeni2:03:03 Sizi ən çox qorxudan nədir?Müəllifin şəxsi kanalı: https://www.youtube.com/@HeydarMirza/...
-
3
Əli Novruzov - Kənd romanı / Tural Abbaslının konservativ peyvəndi / AFU
Yazıçı-tənqidçi Əli Novruzov qeyd edir: "Azərbaycanlı" sözü öz qeyri-müəyyənliyi ilə çox güclü ifadədir. Qəhrəmanımızla kimliyin çalarlarından hadisəsiz ədəbiyyata qədər müxtəlif mövzularda danışmışıq. Həmçinin ədəbiyyat və siyasi mühitdə baş verənlərə ekskurs etmişik. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro0:29 Nostalgiya və rekviem05:07 "Bizim kimliyimiz reaksiyadır"10:47 Türk hissiyyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai13:34 Anqlo-sakson tənqidlər21:18 Hadisəsiz ədəbiyyat26:01 Şəhər və kənd romanı29:33 "Əkrəm Əylislini o əsərə görə QULAQ-a göndərmək lazım idi"31:55 Erkin Qədirli və ya siçan zəhəri38:48 "ReAl-çılar heç vaxt səhv etdiklərini boynuna almaq istəmirlər"41:57 Tural Abbaslının konservativ peyvəndi47:20 Azərbaycan gəncliyi proqressiv deyil53:01 Obamanın demokratçılığı56:20 Modernizasiya paradiqmasında ilişib qalmaq59:00 Əli Əkbərin tərbiyəsiz kitabı1:05:23 AFU və Amneziya1:18:38 Dostoyevskini tam oxumaq1:24:24 "Ədəbiyyat" qəzetində çap olunmaq sənin üçün problemdir?1:27:20 Səni ən çox qorxudan nədir?Müəllifin bloqu: https://alinovruzov.com/
-
2
Əkbər Nəcəf - 90-ların Türkiyəsi / Qoyunun tarixi / "Azərbaycanda elm yoxdur"
Bu dəfəki qəhrəmanımız tarixçi-tədqiqatçı Əkbər Nəcəfdir. 90-lardan günümüzə qədər bir azərbaycanlı tarixçinin və onun simasında tarix elminin ölkəmizdə izlərini axtarmışıq. Türkiyə nəşriyyatlarında redaktor olmuş, hal-hazırda da Azərbaycanda çox sayda əsərlərin və monoqrafiyaların müəllifinin bioqrafiyası və yaradıcılığında əsas məqamlar barədə söhbətləşmişik. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro0:24 Vurğun Əyyubun Türkiyəyə göndərdiyi tələbələr8:11 Orhan Pamuk, İsmet Özel, Cemil Meriç və sairə13:11 İstanbulda nəşriyyat redaktoru olmaq15:35 “Selçuklular” kitabı ilə tanınma18:02 Saparmurat Niyazovdan hədiyyə20:15 Türkiyədə sağ və sol universitetlər24:30 Bakıya qayıdışın siyasi maneələri28:22 Siyasi fəaliyyətinə görə həbs olunanlar. Aqil Səmədbəyli36:24 Ərdoğanın vədləri40:00 Sovetsiz sovet pasportu ilə 7 il42:00 Azərbaycanlı müəlliflərin türkcəyə tərcüməsi47:23 İntiharlar49:00 Nilgün Marmara53:00 Uzun saçlar56:36 Neftçalada lampa işığında kitab yazmaq58:11 Qoyunun tarixi1:06:46 Nağıl dünyası və kitabxana1:10:45 “Təhsil sistemi əsəb sistemidir”1:13:14 Təsirlənmələr: Mişel Fuko1:17:03 İqtidarla intellektualın münasibəti1:20:06 "Müharibələr tarixin lokomotividir"1:22:58 Milliyyətçilik sizin üçün nə mənaya gəlir?1:26:38 Erməni tarixçiliyi. Kiçik xalqların kiçik xəstəliyi1:28:03 Haydeger və pul1:28:44 Humanizm və Avropa1:31:04 Ən çox nədən qorxursunuz?Müəllifin bloqu: https://n-marmara.blogspot.com/2010/?m=0
-
1
Aydın Talıbzadə - Oyun və faciə / "Dünyanın ən böyük səhvi - insan"
Kandarda ilk söhbətimiz teatrşünas, tənqidçi Aydın Talıbzadə ilədir. İnsan niyə oynayır və nə zaman oynamağı saxlayır? Üçüncü Dünya müharibəsinin astanasında olan insanı nə gözləyir? İlk qəhrəmanımızla bu sayaq mövzuların ətrafında dövrə vurmuşuq. Xoş seyrədalmalar! Söhbətimizin xülasəsi:0:00 İntro0:22 Oyunla gerçəklik arasındakı fərq.7:02 Maskalar və cəmiyyət.9:44 Təbiətdə niyə faciə yoxdur?19:50 Müharibələr və sözün əbəsliyi. Qəhrəmanın enerji artıqlığı.25:38 Dionis kultu və Şərq teatrı.28:34 Yeni teatr və kino fəndləri.36:36 Orijinallıq iddiasında olmaq.40:58 "Əbuhübb" romanı. Bir həyətdən 3 roman yazmaq.48:40 Təsirlənmələr: Vaqif İbrahimoğlunun “YUĞ” teatrı.54:10 “Yeddi gözəllər əslində gözəl deyillər”.1:00:40 Humanitar elmlərin sonu.1:02:10 İbrahim ibn Ədhəmin hekayəsi1:04:42 Hüseyn Cavidlə Nitsşeni bağlayan nədir?1:12:49 “Bu gün yazıçılar oxuculardan çoxdur”.1:15:04 Sizi ən çox qorxudan nədir?
No matches for "" in this podcast's transcripts.
No topics indexed yet for this podcast.
Loading reviews...
ABOUT THIS SHOW
Kandar müsahibə kanalıdır. İctimai-siyasi və incəsənət istiqamətlərində maraqlı fiqurların bioqrafiya və yaradıcılığını əks etdirən video kontentdir.
HOSTED BY
Kandar Kanal
CATEGORIES
Loading similar podcasts...